Icma.az
close
up
RU
BMU Çində keçirilən sammitdə təmsil olunur

BMU Çində keçirilən sammitdə təmsil olunur

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül Çin Xalq Respublikasında keçirilən “Universitet Tərəfdaşları Sammiti Hangzhou 2025”də iştirak edir.

BMU-dan AZƏRTAC-a bildirilib ki, Çinin Beihang Universitetinın təşkilatçılığı ilə baş tutan sammitdə 5 minə yaxın qonaq, 100-dən artıq alim iştirak edir. Tədbirin keçirilməsində əsas məqsəd tərəfdaş universitetlər arasında əməkdaşlığın gücləndirilməsi, təhsil mübadiləsinin genişləndirilməsi və qarşılıqlı bərabər imkanların yaradılmasıdır.

Sammitin ilk günündə Şanxay şəhərində “23-cü Beynəlxalq Mütəxəssislərin Mübadiləsi” adlı altkonfrans keçirilib. Tədbirdə universitet rektorları, beynəlxalq əlaqələr üzrə məsul şəxslər, nüfuzlu tədqiqatçılar, aparıcı mütəxəssislər çıxış edərək təhsil sahəsində aktual mövzularda müzakirələr aparıblar.

BMU prorektoru sammit çərçivəsində bir sıra görüşlərə, dəyirmi masalara qatılıb. Görüşlərdə ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi, müəllim-tələbə mübadiləsi mexanizmləri, ikili diplom proqramlarının yaradılması, həmçinin birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, universitetlərarası əməkdaşlıq formatlarının genişləndirilməsi və gələcəkdə həyata keçirilə biləcək yeni təşəbbüslərin müəyyənləşdirilməsi məsələlərinə toxunulub.

Sammit işini Hangzhou şəhərində davam etdirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see428

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see245

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see239

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see219

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see198

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see195

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see183

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see182

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see179

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see175

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see160

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see158

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see154

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see153

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see152

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see151

Rihanna illər sonra səhnəyə qayıtdı Video

14 İyul 2026 07:14see150

Tramp: İrana zərbələrin davam etməsinə baxmayaraq, razılaşma mümkündür

14 İyul 2026 05:45see150

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see150

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri