BMU məzunu dünyanın 7 nüfuzlu universitetində təhsil almaq hüququ qazanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 11 avqust, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) kimya müəllimliyi ixtisası üzrə məzunu Fatimeyi Zəhra Seyfiyeva dünyanın 7 nüfuzlu universitetindən qəbul alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, o, Böyük Britaniyanın Edinburq, Mançester, Bristol, Varvik, York, həmçinin İsveç Krallığının Stokholm, Uppsala kimi nüfuzlu universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb.
BMU məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın Edinburq Universitetində (analitik kimya ixtisası) təhsil almaq qərarı verib.
Elmi və təhsildə davamlı inkişafı hədəfləyən Fatimeyi Zəhra Seyfiyeva beynəlxalq təcrübə qazanaraq analitik kimya sahəsində müasir tədqiqatlar aparmaq, innovativ texnologiyalar və yeni həllər üzərində işləmək, əldə etdiyi bilik və bacarıqları Azərbaycanda tətbiq etməklə ölkənin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 11 Avqust 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















