BMU tələbələrinin ifasında Qürur və qərəz tamaşası nümayiş olunub FOTO
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı Mühəndislik Universitetində (BMU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə ingilis bölümlərində təhsil alan tələbələrin ifasında dünya ədəbiyyatının görkəmli klassiklərindən Ceyn Ostinin “Qürur və qərəz” tamaşası nümayiş etdirilib.
Modern.az xəbər verir ki, əvvəlcə kafedranın müdiri Nərminə Əliyeva çıxış edərək, layihənin tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına, eləcə də bədii-estetik zövqünün formalaşmasına, ədəbiyyata, teatra marağının artırılmasına xidmət etdiyini bildirib. O, tələbələrin belə bir əsərdə rol almasına məmnunluqla yanaşdıqlarını vurğulayaraq, tədbir iştirakçılarının tamaşadan zövq alacağına əminliyini söyləyib.
Sonra tələbələrin ifasında əsərdən ingilis dilində müxtəlif epizodik səhnələr nümayiş etdirilib. Hər bir səhnə əsərin əsas ideyasını, obrazların daxili aləmini, personajlar arasındakı münasibətləri və dövrün ictimai-mədəni mənzərəsini əks etdirməyə yönəlib.
Tamaşa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və tələbələrin səhnə mədəniyyəti yüksək qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















