“BMW” idxalçısı “İmprotex Motors” cərimələnə bilər SƏBƏB
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“BMW” avtomobillərinin rəsmi idxalçısı olan “İmprotex Motors” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin mülkiyyət əleyhinə olan 231.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə, xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
“İmprotex Motors”la bağlı işə 14 mart tarixində Səbail rayon Məhkəməsində hakim AZər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimə edilməsi gözlənilən “İmprotex Motors” şirkətinin baş direktoru Bayram Yaqubovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 12 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















