Icma.az
close
up
RU
“Boeing”in vəziyyəti çətinləşir Qəzaların səbəbi nədir?

“Boeing”in vəziyyəti çətinləşir Qəzaların səbəbi nədir?

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, ötən gün "Air İndia" aviaşirkətinə məxsus "Boeing 787" sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 242 sərnişindən 241-i həyatını itirb. 

Bu qəzadan sonra "Boeing"in hissələrində 10 milyard dollarlıq düşüş olub. Şirkət isə nüfuzunu itirməkdə davam edir. Mütəxəssislər də artıq bu növ təyyarələrin hissələrində ciddi problemlər olduğunu açıqlayır. 

"Boeing"in sabiq idarəçilərindən olan Ed Pierson bu barədə açıqlama verib: "Bu təyyarələrdə çox ciddi problemlər var. Sözdə deyil, əməldə təhlükəsizlik təmin edilməlidir".

"Boeing" təyyarəsi bundan öncə son ağır qəzanı Cənubi Koreyada yaşamışdı. 2024-cü il dekabrın 29-da "Jeju Air" şirkətinə məxsus "Boeing 737-800" təyyarəsi eniş zolağından çıxaraq hasara çırpılmışdı. Nəticədə 179 nəfər həyatını itirmişdi. 

Bundan bir ay öncə isə yenə "Boeing 737" karqo təyyarəsi Litvada qəzaya uğramışdı. Hava gəmisinin evin üzərinə düşməsi nəticəsində bir nəfər ölmüşdü, 3 nəfər isə yaralanmışdı. 

Elə həmin ilin yanvar ayında "Alaska Airelines" "Boeing 7437 MAX" təyyarəsində qapılardan biri partlamışdı. 

2024-cü ilin martında Çilinin LATAM hava yollarına məxsus "Boeing 787" təyyarəsi havada ani idarəetmədən çıxaraq 50 nəfərin xəsarət almasına səbəb oldu. 

ABŞ-nin Federal Aviasiya Administrasiyasının araşdırmasından sonra təyyarənin panelini sabitləyən boltların əksik olduğu ortaya çıxmışdı. 

Federal Aviasiya Administrasiyası 2024-cü ilin mayında "Boeing" haqqında araşdırmalara başladığını açıqlamışdı. Araşdırmaların əsas məqsədi "Boeing 787" Dreamlinerlərdə təhlükəsizliyin hansı səviyyədə olmasıdır. 

Bu təkcə ötən il baş verən hadisələrdir. 

2018-ci ilin oktyabrında İndoneziyanın "Lion" şirkətinə məxsus "Boeing 737 MAX" Cakartadan qalxdıqdan bir müddət sonra dənizə düşmüşdü. Nəticədə 189 nəfər həyatını itirmişdi.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, 2019-cu ilin martın 10-da isə Efiopiya Hava Yollarına məxsus "Boeing 737 MAX" Nayrobi şəhərindən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Nəticədə 157 nəfər həyatını itirib. 

Düzdür, "Air İndia" qəzasında pilot xətasının olduğu əsas ehtimallar arasındadır. 

Mütəxəssis Geoffrey Tomas görüntüləri izlədikdən sonra belə fikir bildirib: "Təyyarənin şassiləri aşağıda olsa da, qanad qapaqları açıqdır. Bu onu göstərir ki, təyyarə havaya doğru şəkildə qalxmayıb". 

Terri Tozer də pilot xətasının olduğunu bildirib. 

Mütəxəssis Marko Çan da "qanad qapaqları doğru şəkildə idarə edilmir" şərhini verib. 

Amma o, bu videonun qəza səbəbini demək üçün yetərli olmadığını bildirib. 

Bütün bu olanlardan sonra isə "Boeing" dəyər itirməyə davam edir...

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 İyun 2025 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri