Icma.az
close
up
RU
Boks millisinin baş məşqçisi: Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir

Boks millisinin baş məşqçisi: Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir

Icma.az bildirir, Report.az portalına istinadən.

Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir.

"Report" xəbər verir ki, bunu kişi boksçulardan ibarət millinin yeni baş məşqçi Ravşan Xocayev federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis müstəqillik illərində ölkə boksunda belə nəticənin olmadığını bildirib: "Əlbəttə ki, buna idmançıların özünün, məşqçilərin və federasiya rəhbərliyinin köməyi ilə çatmaq olar. Azərbaycan boksu həmişə dünyada liderlik edib. Nəriman Abdullayev, Vaqif Şirinov, Məmməd Eyvazov kimi məşqçilər həmişə yay olimpiya oyunları və dünya çempionatlarından medallarla qayıdıb, çempionluq sevinci yaşayıblar”.

Özbəkistanlı baş məşqçi təyinatı ilə bağlı danışıb: “Son üç olimpiadada mən də iştirak etmişəm, Azərbaycan boksçularını izləmişəm. Onlar olimpiadalarda gümüş və bürünc mükafatlar qazanılıblar. Məlum olduğu kimi, Milli Olimpiya Komitəsinin prezidenti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Boksdan danışsaq, şəxsən mən bir mütəxəssis kimi düşünürəm ki, yığmada rəqabəti artırmaq, komanda üçün kontingent toplamaq lazımdır. Ölkənin çox sayda istedadlı oğlanlarının olduğu rayonlarında şərait yaratmaq və gələcək üçün həmin bölgələrdə boksu inkişaf etdirmək lazımdır. İnanıram ki, biz buna nail olacağıq”.

R.Xocayevin sözlərinə görə, 2023-cü ilin sentyabrından Azərbaycan boksçularının uğurlu çıxışı üçün müxtəlif yaş qruplarına nəzarət edib və bu, öz bəhrəsini verib: “Məni ötən ildən Azərbaycan Boks Federasiyasının texniki direktor vəzifəsinə dəvət etdilər. Vəzifəm yığmalara nəzarət etmək və hazırlıq proseslərində iştirak etmək idi. Məşqçi olduğum üçün kənarda qala bilmədim, boksçu hazırlamağa, gənclər və Elbrus Rzayevin çalışdığı 19-22 yaşlılardan ibarət komandaların hazırlığına kömək etməyə başladım. Onunla birlikdə iki qızıl medal əldə etdiyimiz Avropa çempionatında yaxşı nəticələr qazandıq, son illərdə 19-22 yaşlılar arasında iki Avropa çempionatında da maksimal nəticələrə imza atdıq. Monteneqroda təşkil olunan gənclərin dünya çempionatında da yaxşı nəticələr göstərdik. Qızıl medal qazanmasaq da, nəticələrin pis olmadığını düşünürəm. Çünki Azərbaycan boksçuları Kuba, Rusiya, Qazaxıstan kimi ölkələrdən olan güclü rəqibləri məğlub etməyə başladılar”.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri