Boksçumuz Avropa çempionu oldu
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.
Azərbaycan Boks Federasiyasından Axar.az-a verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.
S. Mamedov və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan Himnini səsləndirib.
Ondan öncə Səidcəmşid Cəfərov (75 kq) da adını finala yazdırıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykin (İngiltərə) üzərində qələbə qazanıb – 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28). Cəfərov sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) gücünü yoxlayacaq.
Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarışı bürünc mükafatla bitirib. Sentyabrın 25-də - çempionatın son günündə Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.
Baxış sayı:33
Bu xəbər 25 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















