Icma.az
close
up
RU
BOKT dan kredit götürənlərin nəzərinə

BOKT dan kredit götürənlərin nəzərinə

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mikro-maliyyə bazarında istehlakçıların borc yükünün artması və BOKT-lərin borc toplama təcrübəsində yaranan hüquqi suallar Mərkəzi Bankın adekvat tənzimləmə addımları atmasını zəruri edib.

Oktyabrın 10-dan etibarən tətbiq olunacaq yeni prudensial çərçivə xüsusilə qısamüddətli “gündəlik” kreditlər bazarında ciddi dönüş nöqtəsi vəd edir.

Bakıvaxtı.az-ın xəbərinə görə, Metbuat.az mövzu ilə bağlı Mərkəzi Banka suallar ünvanlayıb. Həmin sual və cavabları təqdim edirik:

- BOKT-də borcların toplanması prosesində istehlakçıların şəxsi məlumatlarının və üçüncü şəxslərin kontaktlarının qanunsuz işlənməsi hallarına qarşı AMB tərəfindən kredit təşkilatlarına qarşı hansı tənzimləyici inzibati tədbirlər nəzərdə tutulur?

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun (Qanun) və “Kommersiya sirri haqqında” Qanunun və ya “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinin pozulmasına səbəb ola bilər. Belə ki, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna əsasən bank olmayan kredit təşkilatı (BOKT) öz müştəriləri ilə apardığı əməliyyatların məxfiliyini “Kommersiya sirri haqqında” Qanuna müvafiq surətdə qorumalı, onun qanunsuz açıqlanmasına yol verməməlidir. “Kommersiya sirri haqqında” Qanuna əsasən isə kommersiya sirrinin konfidenti kommersiya sirri rejiminə riayət etməyə borcludur. “Fərdi məlumatlar haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız müştərinin yazılı (o cümlədən, Elektron Hökumət İnformasiya Sistemi üzərindən) razılığı ilə yol verilir. Odur ki, əgər müştərinin belə bir razılığı yoxdursa və ya razılıq qeyd edilən qanunların tələblərinə uyğun deyildirsə, onun krediti barədə yaxınlarına və ya hər hansı üçüncü şəxslərə məlumat verilməsi qanunsuz hesab olunur. Fərdi məlumatları və ya kommersiya sirri təşkil edən məlumatları yayan şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Kommersiya banklarının BOKT-lərin resurslarından (və ya əksinə) istifadə edərək borclanması fonunda, eyni bankların sıravi vətəndaşlara borc verməkdən imtina etməsi Mərkəzi Bank tərəfindən necə qiymətləndirilir?

“Banklar haqında” Qanunun 2.4-cü maddəsinə əsasən cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən kredit təşkilatları dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. Həmin Qanunun 36.6-cı maddəsinin tələbinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqları və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

- Bu ödənişi edə bilməyən vətəndaşlar üçün hansı alternativ tənzimləmə nəzərdə tutulur və 45 günlük restrukturizasiya müddəti bitdikdən sonra təkrar yenidən rəsmiləşdirməyə limit qoyulurmu?

“Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nın əvvəlki redaksiyasında gündəlik kreditlərin restrukturizasiyası nəzərdə tutulmurdu. Mərkəzi Bankın İdarə Heyətinin 18 avqust 2026-cı il tarixli, 36/2 nömrəli Qərarı ilə Qaydaya dəyişikliklər təsdiq edilmiş və həmin dəyişikliklər 10.10.2026-cı il tarixində qüvvəyə minəcəkdir.

Dəyişikliklərdə gündəlik (qısamüddətli) kreditlərə kreditin əsas məbləği üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə və maksimum 45 gün müddətinə restrukturizasiya olunur. Bu zaman gecikdirilmə faizləri və ya dəbbə pulu tətbiq edilmir.

- 10 oktyabr 2026-cı il tarixindən qüvvəyə minəcək bu qaydaların pozulması (gizli xərclərlə 100% həddinin aşılması və ya qanunsuz girov tələbi) halında Mərkəzi Bank tərəfindən BOKT-lərə qarşı hansı konkret inzibati sanksiyalar və lisenziya məhdudiyyətləri tətbiq ediləcək?

Qaydanın 2.1.5.6-ci yarımbəndinə dəyişikliyə əsasən restrukturizasiya halında belə kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.8-ci maddəsinə əsasən Mərkəzi Bankın əsas funksiyalarından biri olaraq maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlərin görülməsi və bu sahədə maarifləndirmə işlərinin aparılması müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunun 48.3.8-ci maddəsinə uyğun olaraq, istehlakçı hüquqlarının pozulması və ya belə hallara şərait yaradan çatışmazlıqlar aşkar edildikdə, Mərkəzi Bank nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir.

Qeyd edirik ki, Mərkəzi Bankın rəsmi internet səhifəsində (cbar.az) “İstehlakçıların və investorların hüquqları” bölməsində sektorlar üzrə tətbiq edilmiş nəzarət tədbirləri barədə məlumatlar mütəmadi olaraq açıqlanır.

Ümumilikdə, Mərkəzi Bank BOKT-lər tərəfindən hüquqi aktların tələblərinə əməl edilməsi prosesini daimi əsasda nəzarətdə saxlanılır və hər hansı bir kənarlaşma müəyyən edildikdə bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri addımlar atılır.

- İqtisadçı ekspertlər hesab edirlər ki, günlük 0,3% faiz dərəcəsi illik bazada (APR) kifayət qədər yüksək göstərici (təxminən 109,5%) hesab olunur. Mərkəzi Bank bu faiz dərəcəsinin effektiv məcmu xərcini nəzərə alaraq, gələcəkdə bu göstəricinin aşağı salınmasını istisna edirmi?

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, BOKT dövlət hakimiyyəti və bələdiyyə orqanlarından asılı deyil və həmin orqanlar onun cari fəaliyyətinə müdaxilə edə bilməzlər. Qanunun 3.4-cü maddəsinə əsasən, BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla, BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.

Mərkəzi Bank istehlakçıların izafi borclanmasının qarşısının alınması məqsədilə Qaydalarda ilk dəfə olaraq qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilmiş, həmçinin aktiv gündəlik krediti olan şəxsə, gündəlik kredit verilməsi qadağan edilmiş və yalnız həmin kredit tam ödənildiyi gündən 3 (üç) iş günü sonra həmin şəxsə yeni gündəlik kredit verilməsi müəyyən edilmişdir. Qaydalarda yalnız gündəlik (qısamüddətli) kredit üzrə gündəlik faiz dərəcəsi maksimum 0.3%-dir.

Bununla yanaşı, “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın 9.6-cı bəndinin tələbinə əsasən gündəlik (qısamüddətli) kreditlər verildiyi anda “nəzarət altında olan aktiv” kimi, 1 (bir) gün gecikmə halında “ümidsiz aktiv” kimi təsnifləşdirilir ki, bu da həmin Qaydalarda digər kreditlərin ehtiyatlanması ilə müqayisədə daha sərt tələbdir.

Mərkəzi Bank istehlakçıların maliyyə ehtiyaclarının vaxtında və effektiv təmin edilməsi, bu zaman borcalanların düzgün məlumatlandırılması və izafi borclanmaması üçün araşdırmalar davamlı aparılır, zəruri olduqda bu sahədə əlavə tənzimləmə tədbirlərinin tətbiqi imkanları qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 Sentyabr 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri