Icma.az
close
up
RU
Bolat Akçulakov: Qazaxıstan qarşılıqlı faydalı şərtlərlə neftin Azərbaycan vasitəsilə tədarük həcmini artırmağa hazırdır

Bolat Akçulakov: Qazaxıstan qarşılıqlı faydalı şərtlərlə neftin Azərbaycan vasitəsilə tədarük həcmini artırmağa hazırdır

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 3 oktyabr, AZƏRTAC

Qazaxıstan öz tərəfdaşları ilə qarşılıqlı faydalı şərtlərlə əməkdaşlığa və ticarətə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə “KAZENERGY” Assosiasiyasının sədri Bolat Akçulakov Astanada keçirilən “Kazakhstan Energy Week 2025” çərçivəsində keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri Bosfor boğazından tranzitlə bağlı çətinliklərdən yan keçməyə imkan verir.

“Ceyhan artıq Aralıq dənizinə birbaşa marşrutdur ki, bu da Bosfor boğazının darboğazından və gəmilərin dayanma müddətindən qaçmağa, fasiləsiz neft tədarükünü təmin etməyə imkan verir”.

Bolat Akçulakov qeyd edib ki, Qazaxıstan bu variantı 2000-ci illərin əvvəlindən nəzərdən keçirirdi. “Lakin sonradan neft kəmərinin - Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) tikintisinə dair qərar qəbul edilib ki, bu da bu gün Qazaxıstanın Avropa bazarlarına, daha sonra isə Qara və Aralıq dənizləri vasitəsilə digər bazarlara neft ixracı üçün əsas nəqliyyat marşrutudur” -deyə o bildirib.

Onun sözlərinə görə, artıq ikinci ildir ki, Xəzər dənizi vasitəsilə Azərbaycana sınaq neft daşımaları davam edir. Assosiasiya sədri əlavə edib: “Amma hazırda bu imkanlardan tam istifadə etmək üçün həm Azərbaycan tərəfindən, həm də nəqletmənin təşkil olunacağı təqdirdə nefti alacaq tərəflərlə bir sıra texniki məsələlər razılaşdırılmalıdır”.

Onun sözlərinə görə, BTC Qazaxıstan üçün diversifikasiya elementidir, Xəzər Boru Kəməri Konsorsiumu isə əsas nəql marşrutu olaraq qalır. B.Akçulakov vurğulayıb: “Ümid edirik ki, bu cür tranzit nəqlləri gələcəkdə daha geniş miqyasda həyata keçiriləcək, yəni, hazırkı sınaq səviyyəsindən 1,5-2 milyon ton artıq. Bütün lazımi razılıqlar əldə olunarsa, Qazaxıstan neft ixracı üçün bu marşrutdan tam istifadə edə biləcək”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri