Bölgə klubu satışa çıxarıldı
Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan I Liqası təmsilçisi “Şahdağ Qusar”ın taleyi qeyri-müəyyən olaraq qalır. Klubun sponsoru AZENKO bölgə təmsilçisinindən imtina edib.
Rəhbərlik Qusar klubuna yeni mövsüm üçün pul ayırmayacaq. Növbəti mövsüm I Liqada çıxış edəcək əyalət təmsilçisi çempionatda iddialı olmaq istəyirdi.
Ancaq bu, yalnız dövlətdən ayrılan vəsaitlə mümkün deyil. Sponsorun klubdan imtina etməsinin ardından işləri çətinə düşən “Şahdağ Qusar” satışa çıxarılıb.
Klub iddialı olmaq üçün komandanı himayəsinə götürən yeni rəhbərliyə ehtiyac duyur. Bölgə təmsilçisi yalnız bu halda yüksək pillələr üçün mübarizə apara biləcək.
İdmanxeber.az
Baxış sayı:107
Bu xəbər 24 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















