Bölgə klubunun təklifi bu məsələnin bağlanmasına səbəb oldu “Neftçi”də qalır!
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin qapıçısı Rza Cəfərov gələcək karyerası ilə bağlı qərarını verib. Təcrübəli qolkiper komandadan ayrılmır.
O, davamlı oynamaq istəsə də, hələlik “ağ-qaralar”da qalacaq. Cəfərovun adı son günlərdə “Kəpəz”lə hallanırdı. Gəncə təmsilçisi futbolçunun xidmətində maraqlı olsa da, transferi reallaşdıra bilməyib.
Buna səbəb “sarı-göylər”in təklifinin millimizin qapıçısını qane etməməsidir. Gəncə klubunun maaş təklifi oyunçunun ürəyincə olmayıb.
Bu səbəbdən də keçid alınmayıb və məsələ bağlanıb.
İdmanxeber.az
Baxış sayı:81
Bu xəbər 22 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















