Icma.az
close
up
RU
Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hesablanmış tarixi əhəmiyyətli birgə bəyanat

Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hesablanmış tarixi əhəmiyyətli birgə bəyanat

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2020-ci ilin 27 sentyabrında Azərbaycan xalqı haqq-ədalət savaşında ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. 44 günlük Vətən Müharibəsində qazanılan böyük Qələbədən sonra noyabrın 10-da haqq savaşının Azərbaycanın qələbəsi ilə başa çatdığını rəsmiləşdirən üçtərəfli sənəd imzalandı.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir.

Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi olan üçtərəfli bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar”-deyə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın hərbi kapitulyasiyası müjdəsini xalqa çatdırdı.

Prezident cənab İlham Əliyev Qalib komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diqtə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi. Azərbaycanın döyüş meydanında əldə etdiyi uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirildi. 30 il torpalarımızı işğal altında saxlayan düşmən acizliyini, məğlub oduğunu sənəd üzərində təsdiq etdi. Ali Baş Komandan cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradə nəıticəsində status-kvo, “Dağlıq Qarabağ” adlı ərazi vahidi birdəfəlik ləğv edildi. Məğlub Ermənistan hökuməti Azərbaycan Prezidentinin diplomatik uğuru, Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”u qarşısında açızliyini qəbul etməyə məcbur oldu.

2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində qondarma rejim ləğv edildi. Tərksilah edilmiş separatçı rejimin qailləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildilər. Azərbaycan isə əbədi və əzəli torpaqları olan Xankəndi, Xocalı, Əsgəran, Xocavənd üzərində tam suveren hüququnu bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərədə, Xocalıda, Xocavənd şəhərinin mərkəzində və Xankəndidə üçrəngli bayrağımızı ucaltdı.

Bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına hesablanmış tarixi əhəmiyyətli birgə bəyanat xalqımızın haqq-ədalət uğrunda savaşının bütün dünyaya nümayişi olmaqla yanaşı, ölkə Prezidentimiz cənab İlham Əliyevin diplomatik qələbəsi idi.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri