Icma.az
close
up
RU
Bölgələrdə mədəni həyat: müxtəlif səpkili tədbirlər təşkil olunub AZƏRTAC

Bölgələrdə mədəni həyat: müxtəlif səpkili tədbirlər təşkil olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 noyabr, AZƏRTAC

Şəmkir rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət “Sənətin izi ilə” adlı hesabat sərgisi keçirilib. Tədbirdə musiqi nömrələri də səsləndirilib. Sonda sərginin iştirakçılarına təşəkkürnamələr təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Qusar rayon Mədəniyyət Mərkəzində “Narkomaniyaya qarşı mübarizə hər kəsin işidir” adlı dəyirmi masa keçirilib.

Bildirilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlərin həlli istiqamətində davamlı addımlar atılır. Bu istiqamətində yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi prioritet məsələlərdən biridir.

Göyçay, Kürdəmir, Ucar və Yevlax rayon icra hakimiyyətləri və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Mədəniyyət müəssisələri əməkdaşlarının iştirak etdiyi aksiyada ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac tingi əkilib.

Şirvan-Salyan RMİ-ni əhatə edən şəhər və rayonlarda “Hozu 007” kinokomediyasının nümayişi təşkil olunub. Şirvan şəhər Folklor evi, Salyan Dövlət Kukla Teatrı, Biləsuvar və Neftçala rayon Heydər Əliyev mərkəzləri, həmçinin Hacıqabul rayon Mədəniyyət Mərkəzində göstərilən filmin yaradıcı heyəti ilə görüşlər də olub.

Masallı rayon Mərkəzi Kitabxanasında “Korrupsiyaya qarşı mübarizə dövlətin prioritet vəzifələrindən biridir” mövzusunda tədbir keçirilib. Çıxışlarda dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Astara rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib. Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi rəşadətli Ordumuzun Zəfəri ilə başa çatıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Sonda “Kəlbəcər rayonunun işğaldan azad olunmasından 4 il ötür” adlı film nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri