Boliviyanın xarici işlər naziri: COP29da mühüm dəyişikliklərə nail ola bilməyimiz çox vacibdir AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
COP29 dünyanın bütün ölkələrinin iqlim böhranının həlli hədəfinə çatmaq üçün mexanizmin necə qurulacağını müzakirə etmək fürsətinin olduğu əhəmiyyətli bir yerdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-da iştirak edən Boliviyanın xarici işlər naziri Celinda Sosa Lunda jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, bu mübarizədə xalqın iştirakı çox önəmlidir.
“Bakıda keçirilən COP29-da mühüm dəyişikliklərə nail ola bilməyimiz, iqlim böhranının yumşaldılması, edilməli olan ədalətli keçidlər çox vacib amillərdir. Həm inkişaf etmiş, həm də inkişafda olan ölkələr bu gün bu böhranla üz-üzədir. Bunun qarşısını almaq üçün yeganə şərt qəbul edilən qərarlara əməl edilməsidir”,- deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















