Bolqarıstan Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 17 iyun, AZƏRTAC
Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker N. Kiselova ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Baxış sayı:43
Bu xəbər 17 İyun 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















