Bolqarıstan parlamenti aylarla davam edən koalisiya danışıqlarına son qoyaraq yeni hökumətin tərkibini təsdiqləyib AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Bolqarıstan parlamenti Rosen Jelyazkovun başçılıq etdiyi Nazirlər Kabinetini təsdiqləyib və bununla da koalisiya hökumətinin formalaşdırılması ilə bağlı aylarla davam edən danışıqları yekunlaşdırıb.
AZƏRTAC xəbər verir ki, sağ mərkəzçi GERB partiyası oktyabr ayında Balkan dövlətinin son dörd ildə yeddincisi olan növbədənkənar seçkilərdə qalib gəlsə də, hökuməti formalaşdırmaq üçün digər siyasi partiyalarla iki aydan çox çətin danışıqlar aparmalı olub.
“Reuters” yazır ki, Baş nazir postuna namizədliyi GERB-SDS ən böyük parlament qrupu tərəfindən təklif edilən Rosen Jelyazkov çərşənbə günü Prezident Rumen Radevdən hökuməti formalaşdırmaq mandatı alıb.
Bolqarıstanın avro zonasına qoşulmaq planları inflyasiya göstəriciləri hədəflərinə çatmadığı üçün iki dəfə təxirə salınıb. Rosen Jelyazkov çərşənbə günü hökumətinin ölkənin vahid valyuta blokuna qoşulmasına kömək edəcəyinə söz verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Yanvar 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















