Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Bolşeviklərin Azərbaycandakı qurbanları

Bolşeviklərin Azərbaycandakı qurbanları

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

VIII Yazı

1920-ci ilin avqust və sentyabr aylarının Quba üsyanı

1920-ci ildə Quba qəzasının Kuzun kəndində Sovet Rusiyasının 27 aprel işğalına qarşı başlanmış xalq üsyanı 3 həftəyə yaxın davam etmişdi. Üsyana Azərbaycanın şimal bölgəsində Azərbaycan Milli Ordusunun təsisçiərindən biri; Azərbaycan Xalq Cümhuriyyəti Məclis-i Məbusanının üzvü Həmdulla əfəndi Əfəndizadə, qaçaq Mayıl və Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Səttar Əfəndiyev rəhbərlik edirdilər. Üsyanın lideri Həmdulla əfəndi Əfəndizadə rus və ermənilərin 1918-ci ildə Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım zamanı bu vəhşiliklərin qarşısını almaqda xüsusi xidmətlər göstərən şəxslərdən olub. O, Quba qəza komissarı Əli bəy Zizikskinin komandanlığı altında soyqırım törədənlərə qarşı təşkil olunan mübarizə dəstələrində vuruşub.1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları Azərbaycan türklərinə qarşı soyqırıma başladıqda, Həmdulla Əfəndi Qaçaq Mayılla birlikdə xalqı ayağa qadıraraq ermənilərə qarşı vuruşmuşdur. 1918-ci il “Qanlı Dərə” döyüşündə Həmdulla əfəndinin hərbi məharət və cəsarəti sayəsində düşmən darmadağın edilmişdir.

Şirvan Savaşı

1920-ci il aprelin 27-də rusların zirehli qatarı Azərbaycana soxulduqda, Həmdulla əfəndi Əfəndizadə öz tərəfdarları ilə birlikdə Şabran rayonu Sarvan stansiyasında zirehli qatarın qarşısını kəsmiş, relslərin sökülməsi, barikadaların qurulmasının tapşırığını vermişdir. Lakin zirehli qatarı XI Qızıl Ordunun süvari diviziyaları müşayət etdiyindən qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdur. Ümumiyyətlə, Həmdulla əfəndi, 18-ci illərdə David Gelovaninin, Amazapsın, Martıkyanın, Çurayevin, Abraab Velnutsun, 20-ci illərdə isə İ. Miluninin, Moravskinin, Şalomovun, Molonovun, Moyerin orduları iə dəfələrlə üz-üzə gəlmiş, Şamaxıda soyqırım törədən Lalayanı şəxsən öldürmüşdür.

Quba Kuzun Olayları

1920-ci il avqustun 23-də Quba qəzasında Kuzun kəndinin əhalisi siahlı üsyan qaldırdı. Onlar kənddə iki nəfər milisi öldürdülər və yeni hakimiyyətə itaətzizliklərini bəyan etdilər. Üsyanın yatırılması üçün Vartazar ləqəbli Əliheydər Qarayev və Levan Qoqobeidze bölgəyə ezam olunurlar. Üsyançıların qarşısına Kuzun kəndinə XI Qızıl Ordu tərkibindəki 4-cü süvari alayından 45 nəfərlik (30 nəfər süvari,15 nəfər piyada) dəstə göndərdi. Lakin dəstə üsyanı yatıra bilmədi və çoxlu itki verdi. Dəstədən yalnız 6 nəfər qaçaraq ölümdən xilas oldu. Qubanın hərbi komissarı Kuzun kəndində işğal hakimiyyətinin bərpa olunması üçün bir taqım və pulemyotçu göndərdi.Avqustun 26-da Kuzun kəndinin üsyançıları ilə Qızıl Ordu qüvvələri arasında yeni döyüş oldu. Kənd əhalisi bu dəfə də işğal qüvvələrinə ciddi müqavimət göstərdi.

Avqustun 29-da Qubanın 4 verstliyində Qızıl Ordu qüvvələri ilə üsyançılar arasında yeni savaş baş verdi.100 nəfərlik rus əsgəri birliyi xeyli itki verdi. Avqust ayının sonu və sentyabrın əvvəllərində üsyançıların silahlı dəstəsi artıq formalaşmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun podpolkovniki Səttar Əfəndiyevin rəhbərlik etdiyi dəstədə türk zabitləri də vardı. Üsyançılar xeyli pulemyot və tüfəng əldə etmişdilər. Sentyabrın 3-də səhər saat 7-də üsyançılar Dəvəçi-Xaçmaz üzərinə hücum etdilər. Onların qarşısına Qızıl Ordunun 7-ci süvari dəstəsi çıxarıldı. Gərgin döyüşlərdən sonra rus əsgərləri döyüş mövqelərini qoruyub saxlaya bildilər.Bununla belə, onlardan 4 nəfər öldürüldü və 4 ədəd “Lyuis” pulemyotu alındı.Xaçmaz yaxınlığında bolşeviklərin zirehli qatarı da dayanmışdı.Bu da onların imkanını artırırdı. Üsyançılar elə mövqelərdə yerləşmişdilər ki, zirehli qatardakı topların atəşi onlara çatmırdı. Kəşfiyyat məlumatlarından məlum olmuşdu ki, Çərxi stansiyası ətrafında da yeni rejimlə razılaşmayan yerli əhalinin silahlı dəstəsi təşkil edilmişdir.

Quba ərazisində mövcud olan bu güclü müqavimət hərəkatına Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı olmuş Həmdulla əfəndi Əfəndizadə rəhbərlik edirdi. Onun qardaşı Şəmsəddin Əfəndi,türk zabiti İsmayıl Əli Əfəndi, milli ordunun zabitləri Səttar Əfəndiyev ilə Şükür bəy də üsyana başçılıq eüdirdilər. Quba ərazisində Kuzun kəndindən başqa qəzanın böyük hissəsi üsyançıların nəzarəti altına keçdi.Bura çoxlu kənd və ərazi daxil idi. Üsyançıların sayı 5000-6000 nəfərə çatırdı.

Sovet rejimi üçün təhlükəli xarakter alan bu üsyanlar Azərbaycan Kommunist Partiyasının 1920-ci il sentyabrın 9-da keçirilən plenimunda ciddi müzakirə edilmişdi. Plenum Quba üsyanını yatırmaq üçün Əliheydər Qarayev Levan Qoqoberidzeni ora ezam etmək Qəzənfər Musabəyovu isə Quba qəzasının fövqəladə komissarı təyin etmək barədə qərar qənul etdi.

Üsyanı yatırmaq üçün qəzanın fövqəladə komissarı Qəzənfər Musabəyov 1920-ci il sentyabrın 11-də Quba əhalisinə müraciət etdi. Bu müraciətdə Həmdulla Əfəndinin və Qaçaq Mailin rəhbərlyi altında qəzasa baş qaldıran üsyan haqqında,onun yatırılması haqqında məlumat verilirdi. Üsyanın daha da genişlənməsinə yol verməmək üçün Qəzənfər Musabəyov sovet hakimiyyəti adından üsyanda iştirak edən əhaliyə amnistiya elan edir və qəza əhalisinə silahlarını XI Qızıl Orduya təhvil verməyə çağırırdı.Bundan başqa o həm də onu bildirirdi ki, sovet hakimiyyətinə qarşı yeni üsyan qaldırmaq cəhdi amasızca yatırılacaqdır. Azərbaycan Xalq Cümhuriyyəti zamanı Denikin təhlükəsi və şimaldan gələn bolşevik təhlükəsinə qarşı Quba qəzası və Dəvəçi –Xaçmaz əhalisi partizan hərəkatı aparmaq üçün silahlandırılmışdı. Əllərdə saxlanılan silahların toplanması və yeni üsyanların qarşısının alınması üçün Qubadakı sovet hakimiyyəti nümayəndələri ilə birlikdə XI Qızıl Ordu nümayəndələri də Quba əhalisinə müraciət etdi.Bu müraciətdə də əhalini bolşevik qüvvələrinə qarşı aparılan təbliğata inanmamağa,sovet hakimiyyətinə qarşı mövqe tutmuş bəylərə və xanlara qoşulmamağa, əllərindəki silahları hakimiyyət nümayəndələrinə təhvil verməyə çağırırdı.

5-6 min nəfərin iştirak etdiyi Quba üsyanı sentyabr ayında amansızlıqla yatırıldı. Üsyanı yatırmaq üçün bölgəyə ezam olunmuş Əliheydər Qarayev və Levan Qoqoberidzenin rəhbərlik etdiyi əməliyyatlarda 400-500 kəndli öldürüldü.Bəzi kəndlər top mərmilərinin atəşlərindən alışıb yandı. Çətinliklə yatırılan bu üsyandan sonra Quba üsyançılarının böyük silahlı dəstələrindən birinin rəhbəri Həmdulla əfəndi Şamaxı ilə sərhəd olan yüksək dağ kəndlərinə çəkildi. Üsyançı kəndlər isə Sovet Rusiyasının XI Qızıl Ordusunun nəzarəti altına keçdi.

Muğan Üsyanı

1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğalından sonra işğala qarşı savaşan böyük üsyançı dəstələrdən biri də Muğanda formalaşmışdı. 1920-ci il avqustun sonundan başlayaraq bu dəstənin fəaliyyəti bölgənin bir çox kəndlərində sovet hakimiyyəti orqanlarının devrilməsi ilə başa çatdı. Qızıl Ordu qüvvələri Qaradonlu ətrafında üsyançı dəstəni məhv etməyə cəhd göstərsə də,bu cəhd nəticəsiz qaldı. Qaradonlu ətrafında 7 kənd də üsyançılara qoşuldu.Bu kəndlərin birləşmiş silahlı dəstəsinə Sarıxan rəhbərlik edirdi. Həmin dəstə xeyli gücə malik idi. Cavad qəzası İnqilab Komitəsinin sədri Baxtamov Bakıya göndərdiyi raportlarında israrla əlavə kömək göndərilməsini xahiş edirdi. Sarıxanın 4 minlik dəstəsinin qarşısını almaq üçün qəzada kifayət qədər qüvvə yox idi. Üsyançı dəstə yerlərdəki Qızıl Ordu qüvvələrinin müqavimətini qıraraq, sentyabrın 21-də qəzanın daha bir neçə kəndini qırmızılardan təmizlədi. Kəndlərdə olan milislər də üsyançıların tərəfinə keçdilər. Qəza rəisi sentyabrın sonlarına aid raportlarının birində sovet hakimiyyətinin qəzadakı mövqeyinin getdikcə mürəkkəbləşdiyini və yaxın vaxtlarda təcili tədbirlər görülməzsə, Salyana qədər olan ərazilərin üsyançıların nəzarəti altına keçəcəyini bildirdi. Qəza rəisi sovet hakimiyyətinin möhkəmləndirilməsinin yeganə yolunu XI Qızıl Orduya mənsub silahlı qüvvələrin hamısının Sarıxana qarşı göndərilməsində görürdü. Çünki bölgədəki Azərbaycan Sovet Sosialist Respublikasına məxsus az saylı hərbi qüvvənin əsgər və komandirləri xalqla bir olduğundan üsyançılara qarşı çıxış etmirdilər. XI Qızıl Ordu ilə savaşa girən Sarıxanın qüvvələri sayca az olduğu üçün döyüşdən sağ çıxan dəstə üzvləri ilə Qacar Dövləti ərazisinə keçmişdi.1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 120 min nəfər Qızıl Ordu terrorunun qurbanı olaraq öldürülmüşdü.

Bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini işğalından sonra əhalinin vəziyyəti

Bu bir həqiqətdir ki, Azərbaycan Cümhuriyyəti 1918-ci il 28 mayda yaranana qədər Azərbaycan türklərini Qərb dünyasında heç kim tanımır, onların etnoqrafiyası, tarixi, ədəbiyyatı, həyat tərzləri dərin tədqiqatın predmeti olmayıb. Buna səbəb yüz il Azərbaycan Xalq Cümhuriyyəti elan olunana qədər davam edən rus işğal rejimi olmuşdur. Həmin rejim hər vasitə ilə Azərbaycan türklərini ruslaşdırmağa, onun milli xarakterini sıxışdırıb çıxarmağa çalışırdı.

Bundan əlavə, Quzey Azərbaycan türklərinin səciyyəvi xüsusiyyəti onların hədsiz təvazükarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir addımdan saxlayır. Azərbaycan türkləri özlərini gözə soxmağa,başqalarına nisbətən onların payına daha çox düşən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa öyrənməmişdilər. Bütün bu dərd və fəlakətləri onlar səslərini çıxarmadan, mətbuat vasitəsi ilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə müraciətlə ağlayıb-sıtqımadan içərilərində çəkirdilər.

Bu vəziyyət bir neçə nöqreyi-nəzərdən qüsur sayılmalıdır: məhz Azərbaycan türklərinin xarakterindəki həmin xüsusiyyət onların bir sıra fəlakətlərinin mənbəyinə çevrilmiş və bu xalqa özünün milli fizionomiyasını dolğunluğu ilə göstərməyə mane olmuşdur. Azərbaycan türkləri haqqında Avropanın və Amerikanın mətbuat orqanlarında bir sıra yalan məlumatların yayılmasına da bu şərait əsas vermişdir. Həmin məlumatların müəllifləri bir sıra hallarda fantaziyalara güc vermiş,bəzi təsadüflərdə ictimaiyyətin diqqətinə təqdim etmək iddiasında olduqları məsələyə nabələdliklərini nümayiş etdirmiş, əksər hallarda isə belə materiallar bizim xalqa düşmənçilik məqsədi ilə, onu gözdən salmaq niyyəti ilə yazılmışdır. Belə yazıların müəlliflərinin öz siyasi korluqları ucbatından Azərbaycan türklərinə gücləri çatan qədər ziyan vurmaq istəmiş və bu yolla da öz millətlərinə fayda göstərmək fikrində olmuşlar.

Son

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Dekabr 2024 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri