Əfqanıstanın Azərbaycandakı səfirliyində zəlzələ qurbanları üçün anım mərasimi keçirilib
Icma.az, 525.az saytına istinadən bildirir.
Əfqanıstanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ölkənin şərqində baş vermiş son zəlzələlərin qurbanları üçün anım mərasimi keçirib.
525.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında yazılıb.
Bildirilib ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, həmçinin bir sıra ölkələrin səfirləri və diplomatları iştirak edərək öz başsağlıqlarını Anım Kitabında qeyd ediblər.
Səfirliyin müvəqqəti işlər vəkili Məhəmməd Feysəl zəlzələnin fəsadları barədə məlumat verib və iştirakçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, son məlumatlara görə, Əfqanıstanda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 2 205 nəfərə çatıb.
Baxış sayı:49
Bu xəbər 04 Sentyabr 2025 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















