Icma.az
close
up
RU
Bolt dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət

Bolt dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprel ayından etibarən Azərbaycanda Bolt istifadəçiləri Bolt Plus xidmətinə abunə ola biləcəklər. Aylıq 4,99 AZN abunə haqqı ilə təqdim olunan bu xidmət istifadəçilərə taksi və çatdırılma sahəsində əlavə üstünlüklər təqdim etməklə yanaşı, gündəlik səfərlərdə həm vaxta, həm də pula qənaət imkanı yaradır.

Bolt Plus üzvləri seçilmiş restoran və mağazalardan minimum sifariş məbləğini keçən sifarişlərdə çatdırılma haqqı ödəmədən sifariş verə biləcəklər. Bu, istifadəçilərə hər sifarişdə əlavə üstünlüklərdən yararlanmağa imkan verir. Bundan əlavə, Bolt Plus üzvlərinin sifarişlərinə prioritet verilir və bu da sifarişlərin daha tez çatdırılmasını təmin edir.

Bolt Plus üzvlüyü həmçinin taksi xidmətləri üçün də üstünlüklər təqdim edir. Bolt vasitəsilə sifariş verən istifadəçilər üçün prioritet xidmət təqdim olunur. Müştərilər həmçinin hava limanı, planlaşdırılmış və premium səfərlər üzrə 15% cashback, bütün digər kateqoriyalar üzrə isə 10% cashback əldə edirlər. Bu məbləğ Bolt Balance hesabına köçürülür və ödəniş üsulu kimi istifadə oluna bilər.

Bolt Food-un Azərbaycandakı ofisinin rəhbəri Dilarə Tomtiyeva bildirib:

"Bolt Plus, istifadəçilərimizin Bolt ilə təcrübəsini daha da yaxşılaşdırmaq üçün təqdim etdiyimiz növbəti addımdır. Bu xidmət vasitəsilə gündəlik ən çox istifadə olunan Bolt xidmətlərini əhatə edən əlavə üstünlüklər təqdim edir və istifadəçilərə həm vaxta, həm də pula qənaət etməyə imkan yaradırıq."

Bolt Plus üzvlərinin çatdırılma haqqı ödəmədən sifariş verə biləcəyi restoran və mağazalar tətbiqdə "+" işarəsi ilə qeyd olunur. Bundan əlavə, istifadəçilər xidmət haqqına endirim və "Bolt+ həftələri" çərçivəsində tərəfdaş restoranlarda əlavə endirimlərdən də yararlana bilirlər.

Qeyd edək ki, yeni Bolt Plus istifadəçiləri üçün ilk ay pulsuz təqdim olunur, bundan sonra aylıq abunə haqqı 4,99 AZN, illik abunə haqqı isə 39 AZN təşkil edir.

Bolt-un taksi xidmətləri Azərbaycanda 41 şəhərdə mövcuddur. Bolt Food ölkəmizin 10 şəhərdə fəaliyyət göstərir. Bolt Plus üzvlüyü Bolt xidmətlərinin mövcud olduğu bütün ərazilərdə keçərlidir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri