Icma.az
close
up
RU
Boradigah sakinlərindən Prezidentə müraciət: Məktəbimiz uşmaq təhlükəsindədir

Boradigah sakinlərindən Prezidentə müraciət: Məktəbimiz uşmaq təhlükəsindədir

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı Rayonu Boradihah qəsəbəsinin bir qrup sakini prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə müdaciət ediblər.

Bizimyol.info xəbər verir ki, müraciət Boradigah qəsəbə N.Gəncəvi adına 1 saylı tam orta məktəbinin təhlükəli vəziyyətə düşməsi ilə bağlıdır. Sakinlər bildirir ki, 1974 cü ildə istifadəyə verilən məktəb fəaliyyət göstərdiyi müddətdə xeyli istedadlı və savadlı şagirdlər yetişdirib. Bugün onların sırasında müxtəlif sahələrdə çalışan xeyli sayda elmlər doktorları və alimlər var.

Bu məktəbdə vətənə sevgiylə tərbiyə edilən xeyli gənc torpaqlarımızın mənfur düşmənlərdən azad olunmasında da böyük şücaət göstəriblər. Şəhid Qeysər Məmmədov, Zəfər Cavadov, İnqilab Nağıyev, Fərasət Paşayev, İbrahim Rükabzadə və xeyli sayda qazilərimiz bu məktəbin məzunları olublar.

Müraciətdə deyilir ki, məktəb son illər qəzalı vəziyyətə düşüb və bundan dövlət qurumları da məlumatlıdır. 2022 ci ildə Elm və Təhsil Nazirliyinin Tikinti idarəsi əsaslı təmir məqsədilə məktəbin dam örtüyünün bir hissəsini (akt zalı, idman zalı və bufet hissəsini) sökmüş, ertəsi gün isə söküntünü dayandırıblar. İdarə rəsmiləri deyiblər ki, məktəbi H.Əliyev Fondu əsaslı təmir edəcək. O vaxtdan heç bir təmir işləri aparılmayıb. Binanın bir hissəsinin damı söküldüyündən məktəb yağış və qarın altında qalaraq, daha da qəzalı vəziyyətə düşüb. Hər an uçmaq təhlükəsi var.

2023 cü ildə Bakı Şəhərsalma idarəsinin əməkdaşları məktəbə baxış keçirib, binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Lakin heç bir təmir işləri görməyiblər. Şagirdlər məktəbdə normal idman dərslərini keçə bilmirlər, akt zalınln olmamasından tədbirlər dəhlizdə keçirilir. Şagirdlər bufet xidmətindən istifadə edə bilmirlər. İstilik sistemi dağıldığından sinif otaqları odun peçi ilə qızdırılır. 270 şagirdi, 25 müəllimi, 17 texniki işçisi olan məktəbin otaqları həddən artıq soyuq olduğundan şagirdlər və müəllimlər tez -tez xəstələnir. Bu isə dərsə davamiyyətə çox ciddi təsir göstərir.

Xahiş edirik, tezliklə məktəbin əsaslı təmiri üçün bizə köməklik göstərəsiniz.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:390
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri