Icma.az
close
up
RU
Borc vərəsəyə keçirsə, pensiya niyə keçmir?

Borc vərəsəyə keçirsə, pensiya niyə keçmir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar pensiya sistemi ilə bağlı  bir sıra məsələlər davamlı müzakirə olunur. 

Burada əsasən pensiya yaşı və pensiya kapitalının çox olması, eləcə də vərəsəlik kimi amillər öz əksini tapıb.  Ancaq  aktual olan bu məsələlərin həlli istiqamətdə heç bir dəyişiklik müşahidə olunmur. 

Pensiya ilə bağlı ən çox narahatedici məqamlardan biri də varisliklə bağlıdır. Belə ki, vəfat edən şəxsin pensiya kapitalı varisə ötürülmür.  Ancaq vəfat edən şəxsin banka borcu qalırsa, bank varis olaraq övladını məhkəməyə verir. Niyə borcla bağlı vətəndaş varis hesab edilir, ancaq pensiya kapitalı ilə bağlı hesab edilmir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənovun “Cebheinfo.az”-a bildirdiyinə görə, hər bir kəsin əmıakı vəfatından sonra vərəsəsinə keçir: 

“Yəni vəfat edən şəxsin əmlakı olmalıdır ki, vərəsə onu qəbul etsin. Məsələn, evi, torpağı, avtomobili qalıb. Əgər heç nəyi qalmayıbsa, vərəsə də yoxdur. Vərəsə demək, sadəcə “mən onun oğluyam, qızıyam” demək deyil.  

Əmlakı varsa, oğlu və ya qızı vərəsədir və ona keçib. Əmlak varsa belə, şəxs  öldükdən sonra 3 ay ərzində onun qanuni varisi olan şəxslər gedib notariata ərizə yazıb imtina edə bilər. 

Deyə bilər ki, mən onun vərəsəsi deyiləm. Yəni əmlakını qəbul etmək istəmir. Əgər ölən şəxsin əmlakı varsa belə, onun vərəsəsi qəbul etdiyi əmlak həddində cavabdehdir. Məsələn, ölən şəxsin 100 min manat borcu var, onun qalan evinin qiyməti də 150 min manatdır. 

Onun oğlu da, qızı da varsa, demək evin 50 faizi oğluna, 50 faizi də qızına çatır. Bu zaman oğlu və qızı hərəsi müəyyən məbləğlə onun borcunu ödəməlidirlər. Çünki valideyndən əmlak qalıb. 

Yaxud vəfat edən şəxsin borcu 100 manatdırsa, qalan avtomobilin qiyməti isə 50 min manatdırsa, bu borca çatmır.  Bu halda yenə övladları hər biri 25 min manat ödəməlidirlər. Çünki onlar miras əmlakın dəyəri həddində məsuldurlar”.

Pensiya kapitalına gəldikdə isə ekspert deyir ki,  qanunvericiliyə görə, şəxs vəfat etdikdə onun pensiya kapitalı da itirilir: 

“Bunun səbəbi isə qanunda belə olmasıdır. Qanun nə vaxt dəyişərsə, o zaman pensiya kapitalını varisə ödəyəcəklər. Bəzi ölkələr var ki, vətəndaş öldükdən sonra pensiya kapitalı tam, yaxud qismən vərəsələrinə keçir. Bizdə belə deyil. 

Çünki bizdə Dövlət Sosial Müdafiə Fondunda pul onsuz da yoxdur. Biz hamımız məcburi şəkildə DSMF-yə sosial sığorta haqqı ödəyirik.   O pul pensiyaları verməyə çatmır. Əlavə olaraq hər il dövlət büdcəsindən də bir neçə milyon manat verilir. 

Sistem ona hesablanıb ki, hamı pensiya yaşına çatmayacaq. Yaxud çatacaq, pensiya kapitalından tam istifadə edə bilməyəcək. Hamı istifadə etsə, dövlətin yükü də çox olacaq. 

Yəni sistem elə hesablanıb ki, bəziləri öləcəklər, pensiya ala bilməyəcəklər.  Pensiya kapitalını vərəsələrə verməli olsalar, o zaman heç  orada pul qalmaz”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: vərəsə Əkrəm Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 May 2026 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri