Icma.az
close
up
RU
Bordyujanın etirafları düşmənimizin necə güçlü olduğunu bir daha təsdiq etdi ANALİZ

Bordyujanın etirafları düşmənimizin necə güçlü olduğunu bir daha təsdiq etdi ANALİZ

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hələ 44 günlük müharibə zamanı Şuşaya atılan “İsgəndər M” raketləri ilə bağlı Azərbaycan hökuməti tərəfindən Rusiyadan rəsmi cavab tələb etsə də, Moskva nə cavab verəcəyini bilmədiyi üçün xeyli müddət susur. “Rusiya ərazisindən “İsgəndər M” raketlərinin buraxılmasının müəyyən edilməyib” cavabı isə məsələdən yayınmaqdan başqa bir şey deyildi.

Rusiyaya məxsus Skad  ballistik raketi, yer-yer tipli TOÇKA-U raketi və reaktiv yaylım atəşi sisteminə, dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri olmayan “Smerç” ermənistanın Azərbaycan ərazisinə atdığı silahlardır.

Təəccüblüydümü? Xeyir! 2020-ci ilin iyulunda Tovuzda aktiv döyüşlərin başladığı bir vaxtda Rusiya Ermənistana 400 tondan çox müasir hərbi texnika və vasitələr hədiyyə etdi. Özü də hərbi yüklər Ermənistana gizli şəkildə çatdırılırdı.
Ümumiyyətlə, Ermənistanın silahlandırılması hər zaman Rusiya tərəfindən həyata keçirilib və Ermənistanın büdcəsinin o silahları almaq gücündə olmaması da reallıqdır. Deməli, Rusiya hər zaman erməniləri təmənnasız olaraq silahlandırıb.
 Məsələn, 2009-cu ildə Rusiya Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verdiyini unutmamışıq! Hətta 2016-cı ilin fevralında rəsmi Moskva və İrəvan Ermənistana 200 milyon dollar kredit ayrılmasına dair saziş imzaladılar. 10 il müddətinə! Məlum oldu ki, vəsait Rusiya istehsalı olan hərbi texnikanın və silahların alınmasının maliyyələşməsinə ayrılıb. Həmin sənədə əsasən Ermənistan Rusiyadan “Smerç” reakiv yaylım atəşi sistemləri və onun sürsatlarını, “Igla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odatanları, “9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri aldı. Bu saziş və alverdən cəmi 2 ay keçməmiş Azərbaycanla Ermənistan arasında Aprel döyüşləri baş verdi və 101 hərbçimiz şəhid oldu,  5 hərbçimiz itkin düşdü, 44 hərbçimiz yaralandı, 6 mülki şəxs həlak oldu, 26 mülki şəxs yaralandı. 1 Mi-24 helikopter vuruldu və 1 PUA itdi, 1 tankımız məhv edildi. Bütün bunlara baxmayaraq Azərbaycan ordusunun üstünlüyünü görən Rusiya təcili dövriyyəyə girərək, döyüışü dayandırdı.
Yəqin ki, mənim kimi bir çoxunuz Ermənistanın sabiq müdafiə naziri, hazırda isə parlamentin deputatı olan hərbi cinayətkar Seyran Ohanyanın bu etirafını unutmamısınız: “Təkcə nazir olduğum 2008-2016-cı illərdə Rusiyadan Ermənistana silah daşınan 1500 təyyarə reysi həyata keçirilib”.
 Yeri gəlmişkən hətta bu ilin yanvarında Ermənistan parlamentinin Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan  elan etdi ki, Rusiyadan alınan silahların ilk partiyası artıq Ermənistana təhvil verilib.
 Bu gün Rusiyanın rəsmiləri Ermənistanın onlara qarşı naməırdliyini gördükcə, “qardaş”ının nəinki Rusiya silahlarından imtina edərək Fransa, ABş, Hindistan İran, Yunanıstan istehsalı olan silahlara maraq göstərməsini, üstəlik başında Rusiya hökmran olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) -dən ayrılmasını müşahidə etdikcə yanıb yaxılır, “yanğı”dan etiraf etmək məcburiyyətində qalırlar.
2003-2016-cı illərdə KTMT -nin baş katibi olmuş Nikolay Bordyujanın etirafları yetir ki, Rusiyanın Azərbaycana qarşı heç vaxt səmimi olmadığını duyaq.  Bordyuja Ermənistanın KTMT üzvlüyünü dayandırması “böyük səhv”adlandırıb və təəsüflə qeyd edib ki, biz ermənilər “yaman çox köməklik edirdik”: “Ermənistanın hərbi qüvvələri, o cümlədən bütün güc strukturları illər boyu Rusiyadan hərtərəfli - hərbi texnikadan tutmuş elmi və texniki dəstəyə qədər, yardım alıblar. Sadəcə rəqəmlər gizlidir, ancaq onu bilərəm ki, Rusiya Ermənistanın silahlı qüvvələrinə və bütövlüklə Ermənistana kifayət qədər maliyyə xərcləyib. Söhbət böyük rəqəmlərdən gedir”
Qeyd edək ki, Mart ayında Ermənistan ona təklif edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin müavini vəzifəsindən imtina etdi. Ermənistanın baş naziri Nikol Paşinyan  rəsmi İrəvan KTMT-də iştirakını dondurub -dedikdən sonra Caliber.az sentyabrın 14-də "Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir" məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirdi. Moskva İrəvana böyük miqdarda "Smerç" reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başladı. Amma Paşinyan hələki geri addım atmayıb və “peşmançılığını” bildirməyib. Görünən odur ki, Paşinyan “peşmançılığını” bildirmədiyi zamanda Rusiya rəsmiləri etiraflarını çoxaldacaq.

Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri