Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Boş döl yumurtası sindromu

Boş döl yumurtası sindromu

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Anemrbrional hamiləlik və ya boş döl yumurtası sindromu inkişafdan qalmış hamiləliyin bir növüdür.

Anembrional hamiləlik zamanı mayalanma baş verdikdən sonra döl yumurtasının qişaları inkişaf edir, embrion isə inkişaf etmir. Lakin buna baxmayaraq qadında bütün hamiləliyin əlamətləri müşahidə olunur - menstruasiyalar kəsilir, qadın yorğunluq  və yuxululuq hiss edir, süd vəzilərinin həssaslığı artır. Hamiləlik testləri müsbət nəticə göstərir (iki hətt), qanda xorionik honadotropin hormonunun səviyyəsi artır, sarı cisim inkişaf edir.

Anembrional hamiləlikdən USM zamanı şübhələnmək olar. İlk USM hamiləliyin 6-7-ci həftəsində (axırıncı menstruasiyanın ilk günündən sayılır) keçirilməlidir. Bu çox vacibdir. USM vasitəsilə uşaqlıqdan kənar hamiləliyi və anembrional hamiləliyi istisna etmək mümkündür.

Hamiləlik normal inkişaf etdikdə 6-cı-7-ci həftəsində USM zamanı uşaqlıq boşluğunda    daxilində embrion olan döl yumurtası izlənilir və dölün ürək döyünməsi eşidilir. Döl yumurtasının daxilində embrion izlənmədikdə və dölün ürək döyünməsi aşkar olunmadıqda, həkim anembrional hamiləliyin ilkin diaqnozunu qoyur və 1 həftədən sonra təkrar USM-dən keçməyini tövsiyə edir. Bir çox hallarda təkrar müayinə zamanı embrion "tapılır". Bu səbəbdən anembrioniyanın ilkin diaqnozu qoyulduqda vahiməyə düşməyin və 1 həftədən sonra mütləq təkrar USM-dən keçin.

Əgər təkrar müayinə zamanı embrion aşkar olunmazsa, boş döl yumurtası diaqnozu təsdiqlənir. Bəzi hallarda belə diaqnoz səhvən qoyula bilər. Bunu istisna etmək üçün müasir avadanlıqla təchiz olunmuş klinikaya və təcrübəli mütəxəssisə müraciət edin. Ən yaxşı variant isə - bir neçə mütəxəssisə müraciət etməkdir.

Beləliklə, boş döl yumurtası sindromu diaqnozu təsdiqləndi. Bu halda boş döl yumurtası uşaqlıq boşluğundan xaric olunmalıdır. Qadın abort olunur və boş döl yumurtası qişaları ilə birlikdə uşaqlıq boşluğundan xaric edilir. Əməliyyatdan sonra qadın təkrar USM-dən keçməlidir.

Boş döl yumurtası sindromunun səbəbləri hələ ki axıra qədər məlum deyil. Belə hesab olunur ki, bunun səbəbi valideynlərdə olan genetik pozulmalar, hormonal pozulmalar, infeksion xəstəliklər ola bilər.

"Boş" hamiləliyi keçirilmiş ailə cütlüyu mütləq ginekoloqa müraciət etməli və bütün lazım olan analizlərdən keçməlidir. Bu müayinə və analizlərin arasında:

- kariotipin analizi (genetik analiz). Analizdən sonra cütlük genetikin müayinəsindən keçməlidir;

- cinsi yolu ilə keçən infeksiyalara görə analiz (xlamidiya, toksoplazma, mikoplazma, ureaplazma və s.) ;

- kişi spermoqramma verməlidir, qadının isə hormonal fonu yoxlanılmalıdır.

Bundan əlavə uşaqlıq boşluğundan xaric edilmiş boş döl yumurtasının hüceyrələri genetik analiz olunmalıdır.

Lakin bir çox hallarda cütlükdə müayinə və analizlər zamanı heç bir pozulma aşkar olunmur. Bu halda boş döl yumurtası sindromunun səbəbi aşkar olunmamış qalır. Adətən cütlükdə heç bir ciddi pozulma aşkar olunmadıqda, boş döl yumurtası sindromu halı növbəti hamiləliklərdə təkrarlanmır.

Növbəti hamiləliyi cütlük yalnız 6 aydan -1 ildən sonra planlaşdırmalıdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri