Boşananlara bəd xəbər: aliment artırılır
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.
Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Boşananlara bəd xəbər: aliment artırılır
21 Noyabr 2024 14:52
Boşananlara bəd xəbər: aliment artırılır KONKRET
21 Noyabr 2024 15:54
Boşananlara bəd xəbər: Aliment artırılır Yeni Çağ Media
21 Noyabr 2024 15:06
Azərbaycanda boşananlara bəd xəbər: Aliment ARTIRILIR
21 Noyabr 2024 15:19

