Icma.az
close
up
RU
Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks həmlələri: İrəvanda gərginlik

Kilsə vasitəsilə çevriliş cəhdi və Paşinyanın əks həmlələri: İrəvanda gərginlik

Icma.az bildirir, Ayna portalına istinadən.

Qadir Aslan: “Rusiya son dörd ildə baş verənlərin qisasını almaq niyyətindən əl çəkməyib”

Ermənistanda Baş nazir Nikol Paşinyanla Apostol Kilsəsi arasında qarşıdurma açıq müstəviyə keçib. Paşinyan bir neçə dəfə erməni kilsəsinin rəhbərliyini, digər din xadimlərini tənqid edən çıxışlar edib. Baş nazirin kilsə əleyhinə paylaşımları sosial şəbəkələrin erməni seqmentində fəal müzakirə olunur. Paşinyan kilsə və din xadimlərini tənqid edərək hətta nalayiq ifadələrdən istifadə etməkdən belə çəkinmir. Baş nazirin Apostol Kilsəsi başda olmaqla erməni ruhaniliyini hədəfə almasının arxasında bir sıra məqamların dayandığı aydındır. Analitiklər hesab edirlər ki, əsas məsələ Ermənistanda Rusiyanın dövlət çevrilişinin qarşısının alınmasına yönələn addımlardır. Paşinyan açıq şəkildə bəyan edir ki, Rusiya xüsusi xidmət oranları dövlət çevrilişi niyyətindədir ki, bu niyyətini də kilsə üzərindən həyata keçirmək cəhdi göstərir. Ekspertlər belə qənaətə gəliblər ki, Baş nazir kilsə ilə yox, dolayısı ilə Rusiya ilə mübarizə aparır ki, hakimiyyətini qorusun.

Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran siyasi şərhçi Qadir Aslan deyib ki, əslində bu vəziyyətin yaranacağı əvvəllər proqnozlaşdırılırdı:

- Məlumdur ki, kilsə Ermənistan dövləti üçün çox mühüm əhəmiyyət daşıyır. Apostol kilsəsi Paşinyan tərəfdən ona görə zərbələrə məruz qalır ki, Baş nazir Ermənistan və dünya erməniliyi üçün ictimai təfəkkürdə müqəddəs olduğunu bilir. İndi Paşinyan preventiv tədbirlərlə kilsəni sıradan çıxarmaq niyyətindədir. Kilsə başçısı dedi ki, Ermənistanda narkomaniya, fahişəlik baş alıb gedir. Dərhal Baş nazir kilsə başçısının özünün məişət məsələlərini, onun dinə uyğun olmayan həyat tərzi barədə kompromatları ortaya çıxardı.

Əslində Paşinyan bununla həm də Rusiyanın Ermənistan daxili siyasətində təlatümlər yaratmaq istəklərinin qarşısını almaq niyyətindədir. Bəllidir ki, Rusiya Ermənistan siyasətində hər zaman kilsədən istifadə edib. Rusiya Ermənistanın indiki hakimiyyətinə qarşı gah iqtisadi, gah diplomatik, gah hərbi rıçaqlarından istifadə, bəzən isə kilsə vasitəsilə təsirlər etməyə çalışır. Rusiyaya elə gəlir ki, bu proqramlarla Ermənistanda qarşısına qoyduğu məqsədə çatacaq. Bununla da Cənubi Qafqazda mövqelərini gücləndirə biləcək. Ötən ay Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda səfərdə olarkən açıqlama verdi ki, münasibətlər artıq axarına düşdü, yaxşılaşmağa doğru gedir. Amma bu, mümkün deyil, çünki Rusiya son dörd ildə baş verənlərin qisasını almaq niyyətindən əl çəkməyib.

- Söhbət Paşinyan hökumətini devirməkdən gedir?

- Əlbəttə, məsələ Paşinyanin hakimiyyətdən uzaqlaşdırılması planlarından gedir. Rusiya bu çevrilişi kilsənin vasitəsilə etmək niyyətində olduğu üçün Paşinyan kilsəyə hücumlara başlayıb. Fikir verin, keşiş Baqrat Qalstyanyanın son bəyanatlarında silahlı çevrilişə çağırış elementləri var. Hesab edirəm ki, bu, Qastyanın özünün təfəkkürünün məhsulu deyil. Keşiş bu şağırışı göstərişlə, daha doğrusu, Moskvadan gələn göstərişlə edir. Aydındır ki, MDB məkanında silahlı çevriliş planları adətən Moskvaya aid olur. Əsas sual budur: Rusiyanın bu kombinasiyaları uğurlu alınırmı? Kremlin son dövrlər apardığı bu siyasi xətt hələ ki, uğurlu nəticə verməyib.

- Apostol Kilsəsinin Rusiyadan təlimatlar aldığını Paşinyan açıq şəkildə bildirir. Baş nazir Rusiya ilə münasibətlərin korlanmasını istəmədiyini dəfələrlə bəyan etdiyi halda indi Moskvanın bu addımlarını açıq şəkildə deməklə hansı mesajları verir?

- Xatırladaq ki, Paşinyan 9 mayda Moskvada keçirilən Qələbə paradında iştirak etdi və həmin vaxt rus mediasında lağlağıya qoyuldu, kiçildildi, diskriminasiyaya məruz qoyuldu. Məlum idi ki, mediada Paşinyana qarşı gedən materiallar Kremlin göstərişi ilə edilirdi. Əlbəttə, Paşinyan bunun cavabını verməli idi. Bu gün görürük ki, açıq şəkildə Rusiyaya qarşı bəyanat verir, Ermənistanda rus kəşfiyyat orqanlarının çevriliş etməyə çalışdığını bildirir. Paşinyan kartları açıb və aşkar savaşa girdiyini nümayiş etdirir. Paşinyan bilir ki, Ermənistan cəmiyyətinin 60 faizi Rusiyaya nifrət edir. Baş nazir bundan istifadə etməklə həm çevriliş cəhdlərinin qarşısını almaq niyyətindədir, həm də gələn il keçiriləcək parlament seçkilərində partiyasının qalib gəlmək şanslarını artırmaq fikrindədir. Əslində Paşinyan bu siyasətini əvvəl də həyata keçirirdi, amma açıq yox, diplomatik yollarla bunu edirdi. İndi bu, açıq müstəviyə keçib. Səbəb də hazırkı situasiyanın fərqli olmasıdır. Həm geosiyasi vəziyyət dəyişib, Rusiyanın özünün qlobal vəziyyətində problemlər var, həm də regiona təsir gücünü itirməkdədir. Ermənistan təhlükəsizlik çətirini də dəyişməkdədir. Bütün sahələr üzrə Ermənistan üçün alternativlər yarandıqca, Paşinyan daha sərt ritorikaya keçir. Bu da təbiidir, çünki Rusiyanın çevriliş cəhdlərinin ciddi olduğunu Ermənistan hakimiyyəti yaxşı anlayır. Paşinyan bu siyasətində uğur qazana biləcəkmi sualına cavab vermək elə də asan deyil. Hər halda, hakimiyyətini qorumaq üçün mübarizə aparacaq. Yəqin ki, Rusiyanın kilsə üzərindən çevriliş cəhdinin qarşısını almaq mümkün olacaq. Çünki dediyim kimi, erməni cəmiyyətinin yarıdan çoxu Rusiyaya qarşıdır, Rusiyanı sevmir. Hətta Paşinyanı dəstəkləməyən, amma Rusiyaya rəğbət bəsləməyən kəsim də var ki, Paşinyan həmin kəsimi də öz tərəfdarına çevirmək niyyətindədir. Bütün bunlar isə gələn il keçiriləcək parlament seçkilərinə hesablanıb. Çox güman ki, Rusiyanın əvvəlki illərdə olduğu kimi, bu dəfə də çevriliş cəhdi baş tutmayacaq və Paşinyan hakimiyyətini qoruya biləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://ayna.az
archiveBu xəbər 06 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri