Boşanma prosesində olduğu ərini narahat edən qadına uzaqlaşdırma qərarı çıxarıldı
Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.
Ankarada yaşayan Cihan K. (44) ona qarşı psixoloji və iqtisadi zorakılıq tətbiq edən həyat yoldaşı B.K-dan (39) boşanmaq üçün məhkəməyə müraciət edib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, boşanma prosesi zamanı həyat yoldaşı Cihana telefonla zəng edib, söyüş söyərək psixoloji zorakılığını davam etdirdiyi üçün məhkəmə ona müdafiə və ehtiyat tədbiri qərarı çıxarıb.
Qərarda B.K-dan 6 ay müddətində Cihan K.-ya yaxınlaşmaması, onu hər hansı ünsiyyət vasitəsi ilə narahat etməməsi, zorakılıqla təhdid etməməsi, təhqir etməməsi, aşağılamaması istənilib. Bildirilib ki, bu qaydaya riaət etmədiyi təqdirdə B.K-nın barəsində 30 sutkayadək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Faktla bağlı araşdırmalar davam edir.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 28 Noyabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















