Icma.az
close
up
RU
Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay Psixoloq

Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay Psixoloq

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vaxtilə qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin sabiq rəisi Qüdrət Şükürov qızı Aysel Şükür evlilik təklifi alıb.

Lakin blogerin 3-cü dəfə ailə qurmağa hazırlaşmağı bəzilərində qıcıq doğurdu.

3 övladı olan blogerin daha əvvəl iki dəfə ailəli olmasını əsas gətirənlər onu tənqid etməyə başladılar. Bəziləri isə iddia edir ki, qarşı tərəf onunla məhz puluna görə ailə qurur.

Görəsən, Azərbaycanda niyə boşanmış, övladları olan xanımların ailə qurması birmənalı qarşılanmır? Bunun altında hansı psixoloji məqamlar yatır?

 

Sağlamolun.az bildir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Samirə Bağırova qeyd edib ki, kişiləri boşanmış, dul qadınlar daha çox cəlb edir:

"Kişi psixologiyası qadından fərqlidir. Həmişə dul, qapalı və boşanmış qadınlar kişiləri daha çox cəlb edib. Şüuraltı qadını qurban obrazında gördüyü üçün, ələlxüsus uşağı da varsa, özünü onun mənəvi və cinsi ehtiyaclarını ödəyəcək yeganə kişi kimi hiss edir. Özünüsübut hissi kişi üçün önəmlidir. Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay. Çünki qadının artıq təcrübəsi var, az-çox öz yanlışlarını və kişi ilə rəftarı bilir. İkinci dəfə ailə qurmaq ayıb bir məsələ deyil. İlk evlilik yanlış seçim ola bilir. Həm cinsi, maddi, həm mənəvi, emosional və xarakter baxımından uyğunlaşmadıqları təqdirdə, insanlar bu gün özlərini travmatik həyat yaşamağa məcbur etmir. Artıq boşanma məsələlərinə yavaş- yavaş uyğunlaşırlar. Bu məsələ birmənalı qarşılanmasaydı, bu qədər boşanma olmazdı.

Azərbaycanda uşaqlı qadınla evlənmək bir az çətin qəbul olunur. Onun da altında çox səbəblər yatır: Ögeylik səbəbindən istismar, aqressiv davranış çox zaman vurğulanır, hərçənd ki, elə doğmalar tərəfindən də bu davranışlar baş verir.

Bu ögey ya doğma məsələsi deyil, insan keyfiyyətinin göstəricisidir".

Psixoloq blogerlərin daim şəxsi həyatı ilə gündəmə gəlməsini tənqid edib və bunun gənclərə pis örnək olduğunu da qeyd edib:  

"Blogerin məsələsinə gəlincə isə təbii ki, şəxsi həyatı ilə gündəmə gəlməyin altında  diqqətə ehtiyac duyması, özünüsübut dayanır. Təbii ki, Azərbaycan gəncləri üçün yaxşı örnək deyil desək də, müasir dünyada hər şey adi qarşılanır. Yəni evlilik təklifinin, imzanın  ilk dəfəsinin həyəcanını anlamaq olar və paylaşmaq olar. Amma 3 kişi ilə yatmağa evlilik adı yapışdırmaq, nə mənəvi dəyərlərə, nə də qadına uyğunlaşmır. Yəni hər kəsin şəxsi həyatı var, ola bilər 15 dən artıq münasibəti olsun. Amma bunu cəmiyyətə göstərməyin adı yoxdur. Bu, boşanmanı təbliğ etməkdir. Adətən məşhur ulduzların da bəziləri şəxsi həyatı ilə gündəmə gəlməyi sevir.  Hollivud ulduzu Cennifer Lopez uzun illərdir bu şəkildə trenddə qalmağı sevir. Kimi ağlı ilə, kimi sənəti ilə, kimi isə göstərməyə bir şey qalmadıqda şəxsi həyatını mərkəzə gətirərək aradakı boşluğu doldurur. Həqiqi hisslər qorunur, gizli saxlanılır. Bu hisslər cəmiyyət üçün deyil, ürək üçündür".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri