Icma.az
close
up
RU
Boss Group” audiovizual media sahəsində lisenziyanın şərtlərini pozdu QƏRAR

Boss Group” audiovizual media sahəsində lisenziyanın şərtlərini pozdu QƏRAR

“Boss Group” MMC audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərini pozduğuna görə cərimələnib.

AzPost-un əldə etdiyi məlumata görə, Audiovizual Şura tərəfindən İnzibati Xətalar 381.11-ci (Məcəlləsinin Media haqqında qanunvericiliyin pozulması, Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

seeBaxış sayı:61
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri