Icma.az
close
up
RU
Pensiyaçıların sayı niyə qonşularımızdan azdır? Üç əsas səbəb

Pensiyaçıların sayı niyə qonşularımızdan azdır? Üç əsas səbəb

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycanda pensiyaçıların sayı məlum olub. Statistik məlumatlara əsasən, pensiyaçıların sayı 10, 8%-dir. Gürcüstanda isə əhalinin sayına görə pensiyaçılar 23,8%, Ermənistanda 16,6% təşkil edir.

İqtisadçı ekspert Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada bir neçə səbəb var:

"Birincisi, yaşla əlaqədardır. Azərbaycanda pensiya yaşı qadınlar və kişilər üçün 65-dir. Hazırda qadınlarda pensiya yaşı 64 yarımdır, amma iyul ayından sonra 65-ə qaldırılacaq. Ermənistanda pensiya yaşı 63, Gürcüstanda kişilər üçün 65 olacaq, qadınlar üçün 60-dır. Nəzərə alsaq ki, qadınların sayı kişilərdən çoxdur, buna görə Gürcüstanda və Ermənistanda pensiyaçılar çoxdur. Azərbaycanda isə faiz nisbətində azdır".


Əkrəm Həsənov ikinci səbəb kimi Gürcüstan və Ermənistanda yaşlı nəslin əhalinin xeyli hissəsini təşkil etməsində görür:

"Azərbaycan əhalisi orta hesabla daha gəncdir. Bunun da iki səbəbi var. Birincisi, Gürcüstan və Ermənistanda gənclər ölkədən gedir. Onlar əsasən işləməyə, oxumağa Avropaya yollanır. Oxuyandan sonra elə orada qalıb işləyirlər. Bizdə isə bu proses qismən azdır. İstənilən Avropa ölkəsində təhsil alıb işləyənlər arasında ermənilər, gürcülər bizdən çoxdur".

İqtisadçı problemin üçüncü səbəbini doğumla əlaqələndirib:

"Azərbaycanda doğum problemi yoxdur, onlarda isə əhali artmır və bu, ciddi problemdir. Gənc nəsil azdır, amma yaşlı nəsil çoxdur".

Bahar Rüstəmli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri