Icma.az
close
up
RU
BOYALI SÖZ ARAMIRAM

BOYALI SÖZ ARAMIRAM

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

 -Bu dünya sınaq meydanıdır, -deyirlər. Biz də bu inancla ömür sürüb, Haqqın qulluğuna gedirik.

Xeyli vaxtdır, bu yazını yazmağa fürsət axtarır, başlamaq məqamını gözləyirdim.

Yaradanın xüsusi çalarla  yaradıb, bizə bəxş etdiyi Sona xanım, Sona Çərkəz Azərbaycan Dövlət Universitetində  müəllimim olub. Onun səmimiyyət və doğmalığı, gözəl çöhrəsi həmişə  gözlərimin önündədir. 

İnsana, qadına xas olan bütün gözəlliklər cəm olmuş Sona xanımı tanıdığıma şükürlər olsun! – deyirəm hər zaman. Belə bir insanın tələbəsi olmağın özünün zövqü isə başqa bir aləmdir.  

Düşündüm ki, Sona xanımı dərk edib də ona yaddaşında xüsusi bir yer verməmək mümkün deyil. Onu sağlığımda yaddaşıma, Haqqıma qovuşanda ruhuma hopdurub, aparacağam Haqqın dərgahına. Haqq da mənim seçimini qiymətləndirəcək ki, yaddaş və ruhunu şər-şeytanlarla doldurmamısan.

Müəllim və insanlığı ilə yanaşı qadınlığı, - isməti, sədaqəti, hər qıza, qadına örnək ola biləcək bir xəttdir, bir həyat dərsidir Sona xanımın. Həyatının özəyi, sütunu olan Çərkəzinə böyük sevgi və sədaqəti onun yaşam tərzinə, amalına çevrilib və Çərkəzini itirəndən sonra qələmə sarılıb. 

Sənsiz bu dünyanın tək bir rəngi var,
Gündüz də gözümdə zülmət gecədir. 
Kaş, bircə biləydim, biləydim, Çərkəz, 
Sən olan dünyanın rəngi necədir?!

...Ayrıldıq biz, hamı üçün adi söz, 
Bizimçünsə şər güc gəldi xeyirə.
Çox talesiz bəndəyəm ki, bu yaşda
Əl  atmışam qəm qoxulu şeirə, 

- deyə-deyə hiss və düşüncələrini qələmə alıb, diqqətə çatdırdı. Rusdilli olmasına, “şair deyiləm” deməsinə baxmayaraq yaddaşı oyadan fikirlər araya gətirib, dastana çevrilə biləcək şeirlərini gündəmə gətirdi Sona xanım. 

Sən məni özünlə aparmasan da 
Mən hər gün yanına yol gələcəyəm.
Sənin torpağına qovuşmaq üçün 
Öz qara bəxtimə güvənəcəyəm.

“Bəxtəvərlik yuxu imiş” -deyib, “qara bəxtinə güvənmək”, bu güvənclə sevgisinə, sevgilisinə yol getmək, onun üz qoyduğu torpağa qovuşmaq kimi hisslər hər kəsdə sevgi və sədaqət hissi aşılayıb, Çərkəzi və Sona Çərkəzi oxucuya sevdirdi.       

Düşüncələr öz fikrimdən doğulubdur,
Boyalı söz, ölsəm belə aramaram.
Mən etibar və sədaqət aşiqiyəm,
Üzəvari dostluqlara yaramaram.

Şair hər nəsnədən yaza-yaza mühitini, o mühitin içərisində özünü, kimliyini, mövqeyini göstərə bildi.

Soruşur dostlar məndən,
Necəyəm, nə təhərəm?!
Cavabım qısa olur:
-Sağ olun, birtəhərəm!
...Açığını deyim ki, 
Canımı unutmuşam.
Ayaqda durum deyə
Ürəyimdən tutmuşam, 

-deyib də, şair olmamaq mümkün deyil və müəllifin özü öz qələmindən süzülüb, görün, necə təqdim olunur?!

  “-Gözümün toxluğunu, çox nəsnənin yoxluğunu, bəzən tükənməsindən qorxduğum gücümü, həyatda
hamı kimi çatışmazlıqlarımın olmasına baxmayaraq, şükr edən dilimi, hamını gözəl görən, yaxşı görən gözlərimi, Allaha açılan və heç zaman boş qayıtmayan əllərimi, kimsənin paxıllığını çəkməyən, mənə pis təsir edən nə varsa, onu silə bilən  beynimi, hər kəs üçün narahat olan, hər kəsin dərdini dərdi bilən, hərdən yorğun düşən və göynəyən ürəyimi sevirəm!”

Özünün şaircəsinə, şeircəsinə təsviri.

Ər kişinin kövrək qızı,
Mərd qardaşlar bacısıyam.
Uymamışam yağlı dilə,
Acıların acısıyam.

Atam mənlə qürur duydu,
Anam yandı ağ saçıma.
Dedi: -Özünü də düşün,
Bala, yetənə acıma!

Öz-özümlə bacarmadım, 
Hər yetənə qucaq açdım.
Mən özümü düşünmədən
Hamının ardınca qaçdım.

Bir dəfə uzun illər sonra universitetdə böyük və səmimi insan, şair Ağa Laçınlı ilə rastlaşdım. Hal-əhvaldan sonra: - Evin, şəraitin necədir?!- dedi. 

 -Necə olacaq?! –Ev deyil ki! 29 kv. metrlik mehmanxana, xəstəxana, yataqxanadı. Rayondan alış-verişə, həkimə, iş dalınca gələn hər kəs bizdədi, biz də onların qulluğunda.

Ağa Laçınlı: -Dayan, görüm, sən nə ağıllı qızsan! Necə dəqiq dedin onu! Elə biz də sizin gününüzdəyik, -dedi. 

Çərkəz müəllimin, Sona xanımın böyüklüyü, insansevərliyi üzündən zamanında onların da evi tanış-bilişlərə, qohum-qəbiləyə qucaq açıb və Sona xanımın yazılarına yansıyıb.  Bəzən incə qəlbinə dəyib-toxunanları, üzüdönükləri qələmi ilə üz-üzə qoyub, “bir vaxtlar evimin başına keçən yalançı doğmalar” –deyə qınadı Sona xanım.

İllərlə hər yerdə yanınızdaydım,
Zülmət yolunuza işıq salardım.
Bacara bilmədim mən ürəyimlə,
Kaş ki, sizin kimi daş doğulaydım!

Bu qınaq özündən çox bəlkə də Çərkəzinə qarşı soyuqluq kimi anlaşılıb. Əslində sevimli Çərkəzi sağ olsa idi, bu “ögey təbəssümlər, çürük niyyətlər ...” Sona xanıma bu qədər əsər etməz, ürəyinə  toxunmazdı. Çərkəzinin böyüklüyünə, doğmalığına, yad və qohumcanlılığına qarşılıq axtarmazdı. Çünki Çərkəzi sağ olsa idi, yenə də yad-doğma bilmədən maddi və mənəvi dəstəyindən qalmaz, Sona xanımı da:

-Ummadıqlarından istilik gördüm,
Qanım damarımda don atdığında.
Yanımı kəsdirdi etibarlılar,
Xəstə yatağında mən yatdığımda.

Onlar tək çoxları ümidə döndü,
Yaman günlərimdə O Yaradandan. 
Səmimi sevgilər önəmli imiş 

Cürbəcür gərəksiz dava-dərmandan, -deyərdi.

Yaradan insanı geniş mənada sevgi üçün, sevib-sevilmək üçün yaradıb. Nə yazıqlar ki, həsrəti, ayrılığı da ona qarşılıq yaradıb. Belə məqamlarda insan təsəlliyə, ovunmağa daha çox ehtiyac duyur və bunu insanlardan gözləyir. Çox zaman bunlardan biri və birincisi, əvəzolunmazı ana olur. O ana da təhsilli, dünyagörüşlü, ev, ailə və cəmiyyət arasında püxtələşmiş, təcrübə yığıb, elm və mərifət sahibi olmuş ana olanda həyatda dayaq nöqtən olur. O  dayaq nöqtəsi dözüm, səbr yerin, səni hər zamanında həyata bağlayan cazibə qüvvən olur.

 “- Sanki, dağa söykənmişdim sənli günlərimdə, kədər saçıma qəfil qar ələsə də səndən güc alırdım, Ana! Səndən başqa hər kəs mənim kədərimdən bezdi. Sən isə: - Dərdinə, kədərinə, niskilinə, qeyrətinə, təəssübkeşliyinə qurban olum, Sona! Qərib anana el-gün, ana-bacı olan, yel ətəkli, quş qanadlı, dərdlərimin dərmanı Sonam! –dedin, Ana! İllərlə məlhəm sözlərinlə ovunub, təsəlli tapdım.”

Anamın nəsihəti 
sırğadı qulağımda,
Vergülü, nöqtəsi ilə 
qalıb onlar ağlımda.
Dedim: -Çox küskünəm mən.
Yaman yoruldum, Ana!
Dedi: -Bu yazılıbmış, 
Anan ölsün, baxtına!
Səbrini boğ, sığalla 
xalını yatımına.

  “Yazılıbmış bəxtinə. Səbrini boğ.” Yəni fələklərdən gələnə sus və təslim ol!- deməklə olmur bəzən. Və bir gün fələklər səni:

...Gəl, qapımdan gir, qardaş!
Sənsizliyin zülümdü, 

-deməyə məcbur edir. Dağ üstündən dağ, yara üstündən yara vurur.

Getdin istəmədən, ay yel ətəklim!
Həsrətin ömrümə yağan qar oldu.
Axı sən bilirdin, mən yaralıyam!
Mənə bu gen dünya yenə dar oldu.

Bu da bəxtinə yazılan başqa bir yazı. Səbrini boğ, çağırışına üsyan. Şairin “taleyinə yazılanlar” fikrinə qarşı qoyduğu “taleyinə yazılmayanlar” fikri.

Sənin taleyinə yazılmayanlar
Anama dərd oldu, atama ağrı.
Getdin istəmədən, vaxtsız, biəcəl.
Paramparça oldu o gündən bağrım.

   Bağrı paramparça edən ölümlərin qarşısında bir olum sözü dayanır və “ol” deməklə həyatı ollaşdıran Yaradan insanı təkcə sınağa çəkmir, eyni zamanda onun başını olum-ölümlərlə qatıb, ağlını olum-ölümlərlə çaşdırıb, qarışdırır. Bununla da tarazlıq yaradır. Baba Çərkəzin adını nəvə Çərkəzə ötürməklə bir tarazlıq saxlanılır. Nəvə Çərkəz baba Çərkəzdən bir yadigar olduğunun məsuliyyətini dərk etməklə yanaşı çərkəzsevərlarə bir təsəlli olduğunu da dərk edir, ən çox da Sona nənəsinə:

 -Nə yaxşı ki, adını daşıdığın Çərkəz babanın çox xüsusiyyətini varlığında yaşadırsan, Çərkəz!

Çox düşüncələr yaradan Sona xanımın özündən ayrıla bilmədiyim kimi onun haqqında yazılan bu yazını tamamlamağa da çətinlik çəkirəm. Yəni beş düşünüb, bir yazdım. Sona xanımın tələskənliyinə qıymadım və Sona Çərkəzin bir bəndi ilə yazıma son verdim, bəlkə də davam verdim.

Sən məni görəndə boynuma sarıl,
Yalançı xoş-beşi qəbul etmirəm.
Qeyri-səmimilik qorxudur məni,
Elələrinə mən yaxın getmirəm.

Məlahət Yusifqızı 
AYB-nin üzvü, 2012-ci ilin Prezident mükafatçısı, “Çıraq” və “Od parçası” ədəbi məclisinin rəhbəri, “Folklor və Musiqi İrsinin Təbliği” İctimai Birliyinin sədr müavini

 Xırdalan şəhəri, 11.03.2026. s.08-55-s.13-15.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Mart 2026 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see229

COVID 19 yenidən "dirildi" Bir həftədə 14 ölüm

13 Avqust 2026 23:06see182

Əraqçidən ABŞ yə XƏBƏRDALIQ Ehtiyatlı olun

13 Avqust 2026 23:33see179

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see175

Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

14 Avqust 2026 01:50see175

Mahirin komandası pley offda

14 Avqust 2026 02:18see175

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see174

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see170

Dünya çempionunun yolu haradı?

13 Avqust 2026 19:27see170

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see170

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see163

Hansı xəstəliklərdə kişilərin cinsi orqanı kiçilir?

14 Avqust 2026 02:04see162

Avtomobillərin ev şəraitində şarj edilməsi nə qədər xərc tələb edir?

13 Avqust 2026 17:42see161

Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi Fotolar

14 Avqust 2026 02:44see160

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see157

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see156

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see155

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see152

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see147

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri