Icma.az
close
up
RU
Böyük Britaniya ilə ABŞ arasında yeni texnologiya tərəfdaşlığı sazişi imzalanıb

Böyük Britaniya ilə ABŞ arasında yeni texnologiya tərəfdaşlığı sazişi imzalanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London, 18 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Çekersdə birgə mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə Tramp və Starmer Böyük Britaniya ilə ABŞ arasında yeni texnologiya tərəfdaşlığı sazişini imzalayıblar. Kir Starmer ABŞ-ı Birləşmiş Krallığın ən böyük ticarət tərəfdaşı adlandırıb və bildirib ki, bununla hər iki ölkənin iqtisadiyyatında 2,5 milyondan çox iş yeri dəstəklənir.

O vurğulayıb ki, Böyük Britaniya və ABŞ texnologiya, maliyyə, müdafiə və enerji sahələrində lider mövqedədirlər. Baş nazir may ayında ABŞ-la imzalanmış tariflər barədə razılaşmanı da xatırladıb. Deyib ki, həmin vaxt ən yaxşı nəticə əldə edilib, həyati əhəmiyyət daşıyan sahələrdə dünyanın ən aşağı tariflərinə nail olunub. Onun sözlərinə görə, bu, çətin danışıqlar idi, lakin hər iki tərəf üçün qələbə oldu. Starmer əlavə edib ki, mülki nüvə enerjisi üzrə yeni razılaşma milyonlarla müəssisəyə enerji təmin edəcək.

ABŞ Prezidenti Donald Tramp isə iki ölkə arasında qırılmaz bağları vurğulayıb. O əlavə edib ki, bu il ABŞ-la ticarət sazişi imzalayan ilk ölkə Böyük Britaniya olub. D.Tramp iki ölkənin sənaye imkanlarını artırdığını və bunun müdafiə baxımından da böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Tramp onu da açıqlayıb ki, nüvə reaktorlarının yerləşdirilməsi ilə bağlı razılaşma nəhayət reallaşır. Onun sözlərinə görə, Amerikanın “X-energy” və Britaniyanın “Centrica” şirkətləri Böyük Britaniya ərazisində nüvə reaktorları quraşdırmaq barədə saziş imzalayır və bu məsələ nəhayət reallaşır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri