Icma.az
close
up
RU
“Böyük ehtimalla Laçın istiqamətindəki son atəşkəs pozuntusu Kremlin sifarişi ilə həyata keçirilib...”

“Böyük ehtimalla Laçın istiqamətindəki son atəşkəs pozuntusu Kremlin sifarişi ilə həyata keçirilib...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Görünür, Rusiya Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək...”  

Görəsən, Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin 2025-ci il yanvarın 5-i və 56-da məhz Azərbaycan təyyarəsinin Rusiyadakı faciəsindən və xalqımızın, dövlətimizin buna kəskin reaksiyasından sonra pozulması haqda xəbərlərin yayılması təsadüfdürmu? Özü də Rusiya lideri Vladimir Putin tərəfindən MDB paytaxtı elan edilmiş Laçın istiqamətində... Burada hər iki ölkədəki “5-ci kalon” və agentura nümayəndələrinin rolu ola bilərmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib:

“Əlbəttə, Laçın Azərbaycan üçün çox strateji əhəmiyyətə malik bir məntəqədir. Laçın uğrunda Ermənistan da 1990-cı illərdən bəri mübarizə apardı, digər ərazilərimizlə yanaşı həmin rayonu da bütövlükdə işğal etdi, 44 günlük müzəffər Vətən savaşımızdan, yəni Laçın rayonunun da azad edilməsindən sonra isə “sülhməramlı”larını ərazidə yerləşdirmiş Rusiya da 2020-2023-cü illər boyu Laçını əldən vermək istəmirdi. 2023-cü ilin aprel ayınadək Rusiya rəsmiləri və ilk növbədə xarici işlər naziri Sergey Lavrov bildirirdi ki, Laçın dəhlizi yalnız Rusiyanın nəzarətində olmalıdır, digər ikinci dövlət onu  nəzarətə götürə bilməz.  Azərbaycan yenə mövqeyini ortalığa qoydu, Moskvanı faktla razılaşmağa məcbur etdi və Ermənistanla sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsini qurdu. Ona görə bu gün də Rusiya Laçının öz nəzarətindən çıxmasıyla razılaşmır. Ermənistan isə həmişəki kimi piyadadır, onun müstəqil qərar vermək imkanı yoxdur və o, alətdir. Və görünür, Rusiya da Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək...  

Ancaq mən bu günlərdə sözügedən məsələ ilə bağlı maraqlı bir şərhlə də rastlaşdım ki, Laçın istiqamətində atəşkəsin pozulması Avropa Birliyinin təşəbbüsü də ola bilər. Çünki Avropa müşahidəçiləri regiondadır.  Onlar Ermənistan sərhədinə gələndə bildirmişdilər ki, əgər onlar olmasalar, Azərbaycan hərəkətə keçəcək,  guya Qərbi Zəngəzurda əraziləri ələ keçirəcək və nəticədə Ermənistan üçün ciddi təhlükə yaranacaqdır. Yəni avropalılar bu yollarla özlərinin regiona gəlişinə bəraət qazandırmağa çalışırlar. Ona görə də sabitlik onlara sərf etmir. Azərbaycan isə şərti dövlət sərhədində tam şəkildə mövqelərini qoruyub saxlayır... Və hansı tərəfdən təşkil edilməsinə baxmayaraq Laçın istiqamətində budəfəki təxribat da alınmadı. Azərbaycan ordusu erməni tərəfinə heç atəşlə də cavab vermədi və bununla o təxribatçılara yumşaq  sillə vurdu ki, sizə atəş də aça bilərik, həmişəki kimi postlarınızı da dağıda bilərik, amma ağlınızı başınıza yığın... 

Azərbaycan Prezidenti də dəfələrlə Ermənistan tərəfinə xəbərdarlıq edib ki, silahlandırmanı dayandırın. Bilirsiz ki, gələn ildən Azərbaycanın dövlət büdcəsindən müdafiə sahəsinə 8,4 milyard manat pul ayrılıb. İlk dəfədir ki, dövlətimiz silahlanmağa bu qədər vəsait ayırır. Bunu da Azərbaycan rəhbəri onunla izah etdi ki, Ermənistan son illər sürətlə silahlandığından biz də öz müdafiə qabiliyyətimizi gücləndirməliyik. Yəni bu şəkildə Azərbaycan qarşı tərəfə göstərir ki, siz nə etsəniz, biz on qat cavab verəcəyik...

Bununla belə, onu da qeyd etməliyik ki, söhbətimizin əvvəlində göstərdiyimiz kimi, həm Ermənistanda, həm də Azərbaycanda Rusiyanın “5-ci kalon”u, proksiləri, təsir agentləri mövcuddur və fəaliyyət göstərir. Ona görə də bir daha təkrar edirəm ki, böyük ehtimalla Laçın istiqamətindəki son atəşkəs pozuntusu da Rusiyanın sifarişi ilə həyata keçirilib.  O cümlədən Kremlin Ermənistanda təsir dairəsində olan agentlərinin iştirakıyla... Çünki Paşinyanın komandası siyasi mənada tam olaraq həmcins və həmfikir deyil, orada Qərbə də, Rusiyaya da sadiq müxtəlif qruplaşmalar var. Və belə olan halda Ermənistanda hər iki tərəfin sifarişinin yerinə yetirilməsi mümkündür..."

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri