Icma.az
close
up
RU
Böyük güclər arasında nüfuz müharibəsi: Əsəd rejiminin süqutunun zamanıdır

Böyük güclər arasında nüfuz müharibəsi: Əsəd rejiminin süqutunun zamanıdır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Suriyada yenidən başlayan silahlı toqquşma vətəndaş müharibəsi deyil 


“Suriyada Türkiyənin taktiki və strateji qələbə əldə etməsi mümkün görünür. ABŞ isə proseslərdən kənardadır”

İran, Türkiyə, Rusiya və Qətər xarici işlər nazirləri gələn həftə Dohada Suriya məsələsini müzakirə etmək üçün görüşəcəklər. Bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib. Diplomat qeyd edib ki, Suriya üzrə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Məlum olduğu kimi, Suriyada müxalif silahlı qüvvələr - "Həyat Təhrir əş-Şam" (HTŞ) Hələb şəhərini və İdlib vilayətini ələ keçiriblər. Qruplaşma Həma şəhərini də ələ keçirmək uğrunda Əsəd qüvvələri ilə vuruşur. Hücum nəticəsində Suriya ordusunun çoxlu sayda hərbçisinin öldürüldüyü bildirilir. Suriyanın Marat ən-Numan şəhəri də qiyamçıların nəzarəti altındadır. Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) isə PKK-ya qarşı hərəkətə başlayıb və illər sonra Tel-Rıfatı terrorçulardan geri alıb. 


Suriyada ara qarışdı - ABŞ ordusu çıxarılır?

Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, Vaşinqton Suriyada baş verənlərə görə ABŞ qüvvələrinin yerləşdirilməsinin dəyişdirilməsinə ehtiyac görmür: “Bildiyim qədər dəyişiklik yoxdur”. Rayder xatırladıb ki, İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində əvvəllər Suriyada 900-ə yaxın ABŞ hərbçisi yerləşdirilib: “O qüvvələr bir müddətdir Suriyanın şərq və şimal-şərqindədir. Yəni onlar Suriyanın şimal-qərbində, Hələb və Həmada baş verənlərə yaxın deyillər”.

Pentaqon rəsmisi ABŞ-nin hadisələri diqqətlə izləməkdə davam edəcəyini söyləyib.


ABŞ və Rusiya arasında razılaşma: Əlaqə kanalı işə salındı

Patrik Rayder əlavə edib ki, ABŞ ordusu Suriyada Rusiya ilə əlaqə kanalını aktivləşdirib: "Birgə Operativ Qərargah komandiri Suriyadakı qüvvələrimizin coğrafi baxımdan bir-birinə kifayət qədər yaxın fəaliyyət göstərdiyini nəzərə alaraq, açıq əlaqə kanalına əmin olmaq üçün Rusiya ilə qaynar xətdən istifadə edir. Təmaslar barədə təfərrüatı açıqlamayacağam, sadəcə, qeyd edim ki, mümkün səhv hesablamaların qarşısını almaq üçün əlaqə mexanizmimiz var. Vəziyyəti izləməyə davam etdikcə, regionun digər ölkələri ilə əlaqə saxlamağa davam edəcəyik".


Müxalifət Əsədi bitirir - Suriyanın xəritəsi dəyişir

Suriya müxalifətinin “Əhrar əş-Şam“ hərəkatı komandirinin müavini Əbu Məhəmməd Əhməd əl-Dəlati deyib ki, Suriyanın silahlı müxalifətinin nəzarətə götürdüyü ərazilərin miqyası 700 kvadrat kilometri keçib. Onun sözlərinə görə, Əsəd rejiminin süqutunun zamanıdır: "Birliyimizi təmin edən ədalətli dövlət qurmağın vaxtıdır”. Suriyalı müxalif bölgədə YPG/PKK terror təşkilatına sığınacaq verməyəcəklərini də dilə gətirib:  “Hələb və İdlib azad edilib. Beynəlxalq yollar, strateji obyektlər, dövlət idarə və qurumları nəzarətə götürülüb, işğaldan azad edilən ərazilər indiyədək 700 kvadrat kilometri keçib. Qəsəbələrin sayı 150-dən çoxdur. Həmanın şimal çöllərindəyik, oranı azad etmək üçün əməliyyatımız davam edir. Hələbdə YPG/PKK-nın nəzarətində olan Şeyx Maqsud və Əşrəfiyyə rayonları da mühasirəyə alınıb”. Hazırda Suriya müxalifətinin əsas hədəfinin Həma vilayəti olduğu bildirilir. Müxalif qruplar artıq vilayətin 16 yaşayış məntəqəsini ələ keçiriblər. Həma şəhər mərkəzinə yaxın İranın dəstəklədiyi qrupların yerləşdikləri ərazilər də hədəfə alınıb.


Bəşər Əsəd İsraildən kömək istədi 

Suriya Prezidenti Bəşər Əsəd “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı mübarizə üçün İsraildən yardım istəyib. Bildirilib ki, Bəşər Əsəd Avropadakı “ən güclü yardımçılarından birinin” vasitəsilə İsrailə bu mesajı göndərib.

İsrailin hansı cavabı verdiyi bəlli deyil. 


Küncə sıxılan Əsəd peşman oldu – Türkiyəyə sürpriz mesaj

Suriyanın silahlı müxalifətinin ələ keçirdiyi Hələb vilayəti strateji əhəmiyyəti və iqtisadi potensialına görə Dəməşqdən qat-qat əhəmiyyətlidir. “Türkiyə” qəzeti yazıb ki, hazırda Əsəd və “Bəəs” rejimi Dəməşqdə ilişib qalıb, bu məğlubiyyətdən çıxış yolu axtarırlar. Hələb sözün əsl mənasında “domino effekti” verdi, çöküşün ölçüləri çox dərindir: "Ordu, siyasət və bürokratiya qaynayır. Əsədin qurban verilməsi, müvəqqəti hökumətin qurulması kimi imkanlar da nəzərdən keçirilir. Federasiya variantı ilə yanaşı, bir nəfərə bağlı sistemin dəyişdirilməsi və demokratik hökumətin qurulması düsturu da masadadır”. Qeyd olunub ki, son iki ildə Türkiyə ilə bir masa arxasında oturmamaq da təəssüflənmək üçün bir səbəbdir: “Ankaranı danışıqlara razı salmaq üçün kimin vasitəçi olacağı ilə bağlı da müzakirələr gedir. Amma hakimiyyətin ümidləri çox zəifdir. Bütün gücümüzü sərf etdik, amma İdlibi ala bilmədik. Hələb indi bir xəyaldır. Həma ələ keçsə, Əsəd kresloda bir saat belə qala bilməz. Bundan sonra müqavimət yolunu seçsələr də, öz aralarında qan töküləcək və dəyişiklik çox qanlı olacaq. “Bəəs” körpü idi, indi o körpü uçur”.


"Suriyada güclər arasında nüfuz uğrunda həlledici müharibə gedir"


Siyasi şərhçi Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Suriyada Yaxın Şərqin siyasi nizamı qurulur. Ekspertin sözlərinə görə, Suriyada yenidən başlayan silahlı toqquşma vətəndaş müharibəsi deyil, regionda güclər arasında nüfuz uğrunda həlledici müharibədir: 

seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri