Icma.az
close
up
RU
Böyük güclərin təsiri altına düşənlər təyinatda yanlışlıqlara yol verir

Böyük güclərin təsiri altına düşənlər təyinatda yanlışlıqlara yol verir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Bu gün reallıqlar həqiqətlər üzərində qurulmur. Çünki dünya gücləri, dünyanın fəlsəfi mahiyyətinə təsir edən insanların şüuruna təsir imkanı olan qüvvələr, insanların həqiqətləri anlamaq imkanını əlindən alır. Çünki böyük maraqlar həyata keçirmək üçün belə lazımdır. Bu prosesi həyata keçirmək o qədər də çətin deyil, artıq sistemləşmiş bir texnologiya bunun üzərində daim işləyir. Təbiidir ki, yaranan maraqların çıxarları üçün bəşəriyyət üzərində idarəçilik sükanının mexanizmləri nəzarət altında saxlanılır, yenilənir və təkmilləşdirilir. Həmin güclər ilk növbədə öz ölkələrinin istək və arzularına nail olurlar.
Sonrakı illər ərzində isə qazandıqlarının lazım olduğu qədər verə bilərlər. Amma burada əsas məsələ, süni yaradılan reallıqların yaratdığı fəsadlardan və ziyanlardan yan keçmək, qazancalardan isə pay götürmək təcrübəsi əldə etməkdir. Çünki insanların öz fərqli nəticələri, inancaları və baxışları bucaqları onların reallıq anlayışlarını formalaşdırır. Biz bilirik ki, reallıqlar həmişə subyektiv olur, həqiqətlər isə daimi və daha obyektiv olur.
Reallıqları həmişə hər kəs öz dünya görüşünə görə təyin edir. Böyük güclərin təsiri altına düşənlər təyinatda yanlışlıqlara yol verir və həqiqətləri görə bilmirlər, obyektiv qiymətləndirmədən məhrum olurlar. Çox şükür ki, dövlət olaraq innovativ sistemində təcrübəli liderin sayəsində obyektiv yanaşmalar hesabına dövlət olaraq ciddi uğurlara imza atmışıq. Və bu uğurları davam etdiririk.
Bizim məqsəd və amalımız dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirib, qlobal siyasətin yaratdığı mürəkkəb keçid dövründən itkisiz, ziyansız çıxmaqdır. Təəssüf ki, bəzi siyasi şoumenlər həm reallıq, həm ədalət hissini itiriblər, ara-sıra xalqları meydanlara çağırır, milləti mübarizəyə səsləyirlər. Amma anlamırlar ki, biz mübarizə aparıb torpaqlarımızı azad etdik, biz mübarizə aparıb beynəlxalq siyasətdə dövlətimizin layiqli yerini qazandıq.
Biz mübarizə aparıb, bizə yönəlmiş çirkin ideologiya daşıyıcılarının ideoloji bazasını dağıtdıq. Bunlar hamısı son 30 ildə yetişən, maariflənən və güclənən xalqın mübarizəsidir. Sizin anti-reallıq, anti-həqiqət, anti-milli çağırışlarınızı, böyük mübarizə yolu keçmiş 44 günə bu xalqı qurur simvoluna çevirmiş siyasi idarəetmə məkanında yaşayanlar qəbul etmir. Bu faydasız və səmərəsiz uğursuz iddialarınızdan əl çəkin.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri