Icma.az
close
up
RU
Böyük ideyalar yolunda mətinləşən, tarix yazan Azərbaycan gəncliyi TƏHLİL

Böyük ideyalar yolunda mətinləşən, tarix yazan Azərbaycan gəncliyi TƏHLİL

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq 28 ildir ki, 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu gün 1997-ci ildə Ulu öndrə Heydər Əliyevin təşəbbüsü və Sərəncamı ilə təsis edilib. Qeyd edək ki, bu MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk hadisə idi ki, gənclər üçün xüsusi bir gün təsis olunurdu.
Bu da təsadüfi deyildi. Çünki gənclik cəmiyyətin ən aktiv, enerjili və iddialı qrupudur. Həm də gənclik gələcəyin kapital qoyuluşudur. Gəncliyə göstərilən diqqət cəmiyyətin sabahına qayıdır. 
Heydər Əliyev gəncləri vahid ideya ətrafında necə birləşdirdi?
Xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev gənclərlə işə böyük önəm verirdi.  O hələ Azərbaycan Respublikası Milli Məclisinin sədri olarkən gənclərin nümayəndələri ilə görüşdü. Onları dinlədi və onlara öz dəyərli tövsiyyələrini verdi. 22 sentyabr 1993-cü ildə baş tutan həmin görüşdə Dahi öndər gənclərə xitabən demişdi:
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir. Siz Azərbaycan xalqının gənc nəsli, bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında böyük rol oynayırsınız. Eyni zamanda, müstəqillik yoluna düşmüş Azərbaycan dövlətinin gələcəyinin, xalqımızın daha firavan yaşamasının təməlini qoymaqda iştirak edirsiniz. Buna görə də sizə ümid bəsləyirik.”
Bu günün prizmasından baxanda Heydər Əliyev cənablarının müdrik və uzaqgörən fikirləri öz təsdiqini tapıb. Çünki Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasında və qüdrətli dövlət quruculuğu yolunda gənclərin müstəsna rolu və xidməti var.
Ona görə də Dahi öndər 90-cı illərdə gənclərin savadlı, vətənpərvər və yüksək iridusiyalı yetişməsi üçün dövlətin bütün imkanlarını səfərbər etdi. Ən əsası dövlətin gənclər siyasətinin konturlarını cızdı. Bu siyasəti uğurla həyata keçirtmək üçün Heydər Əliyevin Fərmanı ilə 1994-cü il 26 iyulunda ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılmasında əsas məqsəd qısa vaxtda gəncləri milli və dövlətçilik ideyaları ətrafında birləşdirmək idi.
Bu hədəfə çatmaq üçün növbəti addım 1995-ci ildə Azərbaycanda Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması oldu. Bu da təsadüfi deyildi. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda müxtəlif xarici cərəyanlara qoşulan gənclər qrupu var idi. Bir sıra gənclər təşkilatı isə həm xarici donorlardan maliyyə dəstəyi alırdı, həm də onların ölkəmizdəki funksionerləri rolunu oynayırdı. Təbii ki, bu kimi hallar təkcə gəncləri doğru yoldan uzaqlaşdırmırdı, həm də dövlətimizin gələcəyi üçün real təhlükələr yaradırdı.
Ümummilli lider gənclərə dövlət qayğısını artırmaqla yanaşı, həm də onların cəmiyyətin inkişafı prosesinə və müxtəlif problemlərin həllinə cəlb edirdi. 
Beləcə qısa zamanda gənclər Azərbaycan cəmiyyətində aktiv qüvvəyə çevrildi. 
Bu qüvvəni daha da irəli aparmaq və dövlətçiliyimizə və milli maraqlarımıza daha çox töhfə vermək üçün Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Və 1996-cı il fevralın 2-də Bakıda gənclərin I Forumu keçirildi. Əslində bu tədbir həmdə 2 Fevralın Gənclər Günü qeyd edilməsinə bir əsas oldu.
Növbəti illərdə gənclər siyasəti daha uğurlu və daha geniş miqyasda həyata keçirildi. Nəticədə gənclərin hökümətin idarə olunmasında, qanunvericilik orqanında və məhkəmə sistemində iştirakı böyük ölçüdə təmin edildi. 
Təbii ki, gənclərlə işdə Ulu öndər ən çox inandığı şəxsə İlham Əliyevə arxalanırdı. Təsadüfi deyil ki, 1997-ci ilin 31 iyulunda keçirilmiş Milli Olimpiya Komitəsinin Baş Məclisində İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Beləliklə də Azərbaycanın idman tarixində yeni bir era başladı. Həmçinin, gənclər apasında idmanın populyarlaşdırılması üçün böyük layhələrə start verildi. Bu siyasətin sayəsində Azərbaycan idmanı və gənclər sektoru böyük tərəqqiyə nail oldu. 
Bununla paralel ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edildi, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artdı. Ölkəmizdə müntəzəm olaraq keçirilən böyük idman yarışları, idmançılarımızın beynəlxalq turnirlərdə əldə etdiyi çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin bariz təzahürləridir. 
İlham Əliyev və Azərbaycan gəncliyi
Ümummilli liderin gənclər siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən yeni müstəviyə çıxarılaraq daha təkmil formada inkişaf etdirildi. Onun təşəbbüsü ilə Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edildi və uğurla icra olundu. Bu sırada "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. 
Bu proqramlar nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alır, savadlı kadr kimi yetişirlər. Hazırda gənclərin peşəkar kadr kimi yetişməsində və idarəçilikdə aktiv iştirakı ilə müxtəlif maraqlı layihələr həyata keçirilir. Həmin layihələrdən biri də “Yüksəliş” müsabiqəsidir. Təsadüfi deyil ki, artıq neçə ildir ki, "Yüksəliş" müsabiqəsinin qalibləri yüksək vəzifələrə təyinat alırlar.
Hazırda Azərbaycanda gənclərlə iş əsasən qəbul edilən uzunmüddətli dövlət proqramları ilə icra olunur. 
Yaxın aylarda daha bir dövlət proqramının - “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın nəticələrini böyük qürur və fərəhlə qeyd edəcəyik. Bu da onunla bağlıdır ki, məhz bu strategiyanın nə qədər dəqiq işləndiyi və icra olunduğu göz önündədir. Məhz vətənpərvər Azərbaycan gəncliyi 44 günlük müharibədə və ondan sonrakı dövrdə Qarabağda keçirilən antiterror tədbirlərində əsas qüvvə oldu. 
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasında gənclərin böyük payı var. 
Tarixi nailiyyətin əldə olunması üçün 4 mindən artıq Azərbaycan gənci şəhid oldu, 10 minlərlə gəncimiz müqəddəs və qürurlu qazi adını qazandı. Azərbaycan Prezidenti İlham Əliyev 2 fevral
– Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrikində də bunu xüsusi qeyd edib:
“Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirib və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazıb”.
Amma əldə edilən qələbələr Azərbaycan dövləti və Azərbaycan gəncliyi üçün son hədəf deyil. Əsas hədəf regional oyunçu olan Azərbaycanı Beynəlxalq aktora çevirməkdir. Bunun üçün həm icra, həm qanunverici, həm məhkəmə, həm də cəmiyyətin digər sahələrində çalışan gənclərin üzərinə daha böyük məsuliyyət və iş düşür. İnanırıq ki, növbəti Gənclər Günündə biz qeyd etdiyimiz hədəflərə çatmağımızı qürurla qeyd edəcəyik.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri