Icma.az
close
up
RU
Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İctimai həyatın bütün sahələrində olduğu kimi, idmanda qazanılan uğurlar da yalnız o zaman davamlı xarakter daşıyır ki, idmançı dövlətin qayğısı ilə əhatə olunur. O, məşqçiləri və texniki heyətlə bir yerdə görəndə ki, çəkdiyi zəhmətə, qazandığı nailiyyətə təkcə doğmaları və yaxınları deyil, Dövləti də ən ali səviyyədə dəyər verir, bütövlükdə cəmiyyət onunla qürur duyur, idmançı bu halda növbəti qələbələrə ruhlanır.

Ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı iki min medalın 600-dən çoxunun məhz qızıl olması  o deməkdir ki, təltifetmə mərasimlərinin hər birində Dövlətimizin Himni səsləndirilib, Azərbaycanın Dövlət Bayrağını fərqli millətlərdən olan azarkeşlər ayaqüstə alqışlayıb. Bütün bu uğurların təməlində idmanın inkişafı ilə bağlı ardıcıl dövlət siyasəti və hərtərəfli qayğısı dayanır. Ən başlıcası, idmançılarımız artıq yaxşı bilirlər ki, qalib Dövlətin və qalib Xalqın təmsilçisi kimi indi daha böyük məsuliyyət daşıyırlar.

Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş yunan-Roma güləşi və sərbəst güləş üzrə  Avropa çempionatında milli komandamızın birinci olması elə bu səbəbdən xüsusilə qürurvericidir. Prezident İlham Əliyevin idmançı və məşqçiləri şəxsən qəbul etməsi həm də o deməkdir ki, hətta dövrümüzün mürəkkəb çağırışları və bundan irəli gələn vaxt məhdudluğu belə, Prezidentin cəmiyyətin ayrılmaz hissəsi-idman ictimaiyyəti ilə mütəmadi görüşlərinə mane olmur.

Bu ənənənin və Azərbaycanın böyük idman ölkəsi kimi təşəkkül tapması siyasətinin də əsasını qoyan Ümummilli Lider Heydər Əliyev vaxtilə belə demişdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.  Prezident İlham Əliyevin güləşçilərlə görüşü zamanı səsləndirdiyi bu açıqlama isə ictimai dəyərlərə yanaşmada mövqe ardıcıllığının, idman və idmançılarla bağlı fikir bütövlüyünün, dəyişməz dövlət siyasətinin təsdiqidir: “Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir”.

Bu böyük sevinci Azərbaycan Karate Federasiyası da səmimi-qəlbdən bölüşür, güləşçilərimizi, məşqçi və texniki heyəti, Güləş Federasiyasını, Gənclər və İdman Nazirliyini bir daha təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Ülvi Quliyev, 
Milli Məclisin deputatı,
Azərbaycan Karate Federasiyasının prezidenti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Aprel 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri