Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Böyük İsgəndərin ölüm səbəbi nə idi? 2 min illik sirrə dair yeni iddia

Böyük İsgəndərin ölüm səbəbi nə idi? 2 min illik sirrə dair yeni iddia

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ziyafət süfrəsində əyləşərək şənlik edən Böyük İsgəndər bir anda qışqıraraq ağrı içində qıvrılmağa başlayır. Qarın ağrısı və yüksək hərarətlə yataq istirahətinə göndərilən İsgəndər 13 gün sonra həyatını itirir. Yeni bir araşdırma isə bu sirli ölüm hadisəsinə dair olduqca maraqlı detalları üzə çıxarır.

Qayanrinfo xəbər verir ki, Miladdan əvvəl 323-cü ilin iyun ayında dünyanın o dövrdəki ən güclü şəxsi sayılan Böyük İsgəndər Babil şəhərində, kral II Nabukodonosorun sarayında vəfat edib.

Tarixin ən böyük fatehlərindən biri olan İsgəndər ölümündən cəmi 13 gün əvvəl tamamilə sağlam olub. Lakin həmin axşam adi günlərdəki kimi ziyafət süfrəsinə oturaraq yemək yeyərkən qəfil ağrı ilə qışqırmağa başlayıb. Qısa zamanda halsızlıq, susuzluq, qıcolmalar, ağrılar, qismən iflic kimi simptomlar müşahidə edilib. Şüuru da getdikcə zəifləyib. Son günlərində nə danışa, nə də hərəkət edə bilib - sanki canlı meyitə çevrilib.

Çürüməyən cəsəd və tanrı iddiaları

Ölümündən sonra baş verən hadisələr də qeyri-adidir. Heç bir qoruyucu tədbir görülmədiyi halda İsgəndərin cəsədində heç bir çürümə əlaməti müşahidə olunmayıb. Bu da antik yunanların onun bir insan deyil, tanrı olduğuna inanmalarına səbəb olub. Digər tərəfdən isə bu hadisə 2 min ildən çox müddətdə tarixçilərin və tədqiqatçıların diqqətini çəkən bir sirrə çevrilib.

Hələ antik dövrlərdə belə İsgəndərin ölüm səbəbi müzakirə edilib. Bəziləri xəstəlik və ya infeksiyadan öldüyünü irəli sürsə də, Yaşlı Pliniusdan Volterə qədər bir çox tarixçi onun qətlə yetirildiyini düşünüb. Məsələn, Diodor "İsgəndərin öldürülməsi planı onun varislərinin gücü ilə ört-basdır edildi” deyib.


Aristotel və Böyük İsgəndər


İsgəndəri Stiks çayı öldürüb?

Zəhərlənmə iddiaları da tarix boyu gündəmdə olub. Məsələn, eramızın II əsrində yaşamış romalı coğrafiyaçı Pausani İsgəndərin Stiks çayının öldürücü suyuyla zəhərləndiyini yazıb. Plutarx isə bir qədər də irəli gedərək zəhəri İsgəndərin keçmiş müəllimi olan filosof Aristotelin verdiyini iddia edib. Lakin o dövrdə Aristotelin Afinada olması bu iddianın reallığını şübhə altına alır.

Stiks çayı adətən mifologiyada yeraltı dünya ilə əlaqələndirilir. Ancaq tədqiqatlar göstərib ki, antik dövr mənbələrində adı keçən Stiks çayı əslində Korinf körfəzinə axan Karatis çayının bir qolu olan Mavroneri (Qara su) ola bilər.

Metalları belə əridən ölümcül su

Antik mənbələrdə Stiks çayının ölümcüllüyünə tez-tez toxunulur. Platon onun "qorxulu gücündən” bəhs edir, Strabon onu "öldürücü su” adlandırır, Plinius isə "suyunu içənin dərhal öldüyünü” qeyd edir. Hətta suyun metalları və keramik qabları belə əridə bildiyi deyilir.

XIX əsrdə məşhur alman təbiətşünası Aleksandr fon Humbold da bölgə sakinlərinin bu sulara qarşı qorxu hiss etdiyini yazıb. XX əsrdə belə yerli əhali bu suları içməkdən çəkinib.

Bu miflərə əsaslanan Stanford Universitetindən klassik filologiya və elm tarixi üzrə tədqiqatçı Adrien Meyor "Geoheritage" adlı elmi jurnalda yayımladığı məqaləsində bu suyun zəhərləyici xüsusiyyətlərini müasir elmlə izah etməyə çalışır.

Kalikeamisin - görünməz ölüm

Meyorun rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində məlum olub ki, Stiks çayının axdığı əhəng daşı hövzələri kalikeamisin adlı ölümcül maddənin və toksik likenlərin əmələ gəlməsi üçün ideal şərait yaradır.

Kalikeamisin ilk dəfə 1980-ci illərdə Texasda kəşf edilib və risindən daha təhlükəli olduğu bildirilir. Bu maddə DNA zədələnməsinə, orqan çatışmazlığına və nəticədə ölümə səbəb ola bilər. Kalikeamisin alkoqolda həll olduğu üçün İsgəndərin içkisinə əlavə edilməsi və heç kim tərəfindən fərq edilməməsi tamamilə mümkündür.


İkinci şübhəli: oksalik turşu

Meyorun məqaləsində vurğulanan digər zəhər isə liken və kif kimi orqanizmlərin ifraz etdiyi oksalik turşudur. Bu maddə də çox zəhərlidir və metallar üzərində korroziya yarada bilir. Günümüzdə də oksalik turşudan pas təmizləmək üçün istifadə olunur. Bu da qədim dövrlərdə suyun metalları parçaladığı ilə bağlı əfsanələri izah edə bilər.

Böyük İsgəndərin ölüm sirləri həll olunubmu?

Meyorun sözlərinə görə, bu maddələrin istənilən birinin yutulması ölümə səbəb ola bilərdi. Hətta bir neçə insan və ya heyvan ölüb, bunun nəticəsində yaranan mifologiya əsrlər boyu qorunmuş ola bilər. Onun fikrincə, İsgəndərin ətrafında onu zəhərləmək üçün həm səbəb, həm də imkan olan çox şəxs olub. Təsvir edilən simptomlar isə Stiks suyu ilə bağlı söylənənlərlə tam uyğunluq təşkil edir.

Bununla belə, Meyor araşdırmasının Böyük İsgəndərin ölümünə dair mübahisələri sonlandırmadığını bildirir. Çünki bu sualı tam cavablandırmaq üçün vaxt maşını ilə keçmişə gedib otopsiya aparmaq lazımdır. Buna görə də bu sirr sonsuza qədər gizli qala bilər.

Amma onun araşdırması göstərir ki, niyə qədim insanlar İsgəndərin Stiks suyunu içərək öldüyünə inanıblar. Onun ətrafı zəhərlənmədən şübhələndikdən sonra, mifoloji və qorxulu bir simvol kimi bilinən Stiks çayını günahlandırmaqda məntiq görüblər. Beləcə bu əlaqə zamanla əfsanəyə çevrilib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyul 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri