Icma.az
close
up
RU
Böyük müharibələ böyük dövlətlərin səhv qərarlarından qaynaqlanır ANALİZ

Böyük müharibələ böyük dövlətlərin səhv qərarlarından qaynaqlanır ANALİZ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dünyada geosiyasi balansın pozulması və güc mərkəzləri arasındakı rəqabət beynəlxalq sabitliyə ciddi təhdid yaradır. Tarix boyu baş verən böyük müharibələrdə olduğu kimi, bu gün də qlobal qarşıdurma riskinin əsas səbəbləri böyük dövlətlərin maraqları uğrunda apardıqları siyasətlərdir. Macarıstanın Baş naziri Viktor Orbanın sözlərinə görə, "böyük dövlətlərdən biri səhv edərsə, Üçüncü Dünya müharibəsi istənilən vaxt başlaya bilər". Onun fikrincə, mövcud şəraitdə “ciddi oyunçuların hər hansı bir səhvi geridönməz nəticələrə səbəb ola bilər”.

Artan silahlanma, dərinləşən regional münaqişələr və diplomatik dialoqun zəifləməsi dünya birliyini təhlükəli mərhələyə yaxınlaşdırır. Belə bir şəraitdə sülh çağırışları və siyasi rasionalizmə əsaslanan yanaşmalar daha çox diqqət və dəstək tələb edir.


Politoloq Tofiq Abbasov Sherg.az-a açıqlamasında böyük müharibələrin məsuliyyətinin, adətən, böyük dövlətlərin səhv qərarlarından qaynaqlandığını söyləyib: 


"Bu, tarixdə dəfələrlə sübut olunub və bunu gizlətməyə ehtiyac yoxdur. Vestfalya dövründən başlayaraq, dünya müharibələrinə qədər bir çox silahlı qarşıdurma məhz böyük dövlətlərin öz maraqlarını təmin etmək üçün apardıqları siyasətlərin nəticəsi olub. Onlar güclərinə arxalanaraq müxtəlif bölgələri öz aralarında bölüşdürməyə, xalqları və cəmiyyətləri öz təsirləri altına salmağa çalışıblar. Təəssüf ki, bu meyl bu gün də qalmaqdadır.

Macarıstanın Baş naziri Viktor Orbanın bu mövzularda yanaşmaları bəzən sərt tənqid olunsa da, onun mövqelərində rasional yanaşmalar görünür. Xüsusilə Rusiya-Ukrayna müharibəsi kontekstində Orban azsaylı realist liderlərdən biri kimi çıxış edir. Onun fikrincə, əgər bu münaqişədə sülh əldə olunması hədəflənirsə, problemin həlli üçün ABŞ-yə deyil, birbaşa Moskva ilə danışıqlar aparmaq lazımdır. O bu mesajı Avropa liderlərinə ünvanlayıb.

Avropa İttifaqı ölkələrinin bir çoxu isə fərqli mövqedən çıxış edir və bəzi hallarda müharibənin davam etməsini dolayısıyla stimullaşdıran addımlar atırlar. Bu isə son dərəcə təhlükəli tendensiyadır. Çünki hazırda dünyada eyni anda bir neçə qaynar nöqtə mövcuddur: Yaxın Şərq, Tayvan, Venesuela, Cənubi Qafqaz, Hindistan-Pakistan sərhədi və digərləri. Bu bölgələrdə baş verən qarşıdurmalar bir nöqtədə kəsişə və genişmiqyaslı münaqişəyə çevrilə bilər.

Orbanın çağırışı ondan ibarətdir ki, Avropa liderləri reallıqla üzləşməlidirlər. Çünki bəzən onlar şəxsi və ya ideoloji xülyalara qapılaraq, bu fikirləri siyasi həqiqət kimi təqdim edirlər. Halbuki silahlanma templərinin artması, geosiyasi gərginliklərin kəskinləşməsi və çoxtərəfli qarşıdurmaların fonunda vəziyyət son dərəcə narahatedicidir".


Ekspert ikinci Dünya Müharibəsinin başa çatmasından 80 il keçsə də, həmin dəhşətli illərin xatirəsinin hələ də unudulmadığını bildirib. O, Kopenhagendə keçirilən görüşə diqqət çəkib:

"II Dünya Mühribəsini yaşayanların yaddaşında və tarix səhifələrində bu ağrılı xatirələr hələ də qalır. Tarixi sənədlər, lent yazıları və kitablar bu faciələrin nə qədər genişmiqyaslı olduğunu göstərir. Bəşəriyyət həmin ssenarinin təkrarlanmasını istəmir və bu səbəbdən hazırkı çağırışlara ciddi yanaşmaq zəruridir.

Hazırda Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin toplantısı keçirilir. Toplantıda iştirak edən liderlər, Azərbaycan Prezidenti İlham Əliyev kimi real təhlükələr və konkret risklər barədə danışmalıdırlar. Mücərrəd çağırışlar dövrü bitib. Çünki qlobal risklər və təhdidlər realdır və artıq dünya birliyini ciddi şəkildə hədələyir. Bu təhdidlərin qarşısını almaq üçün bütün ölkələr-böyük və kiçik dövlətlər fərq etmədən birgə və məsuliyyətli şəkildə hərəkət etməlidirlər. Prosesləri öz axarına buraxmaq, nəzarətsiz buraxmaq son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.

Viktor Orban bu fikirləri səsləndirdiyi üçün bəzi dairələr onu tənqid edirlər. Xüsusilə onun hökumətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qoşulmasından sonra ona qarşı münasibətin dəyişdiyi müşahidə olunur. Bu isə Avropada islamofobiya və türkofobiyanın hələ də güclü şəkildə mövcud olduğunu göstərir".


Politoloq Viktor Orbanın kifayət qədər rasional və praqmatik düşünən siyasətçi olduğunu vurğulayıb:

"Viktor Orban qlobal və regional problemlərin səbəblərini düzgün təhlil edir və onların həlli yollarını açıq şəkildə ortaya qoyur. Slovakiyanın Baş naziri Robert Fico da bu qəbildən olan siyasətçilərdəndir. Onlar Rusiya ilə enerji sahəsində əməkdaşlıqlarını davam etdirirlər. Bu, geosiyasi reallıqlar fonunda başa düşülən yanaşmadır. Onlar müharibənin müvəqqəti, ancaq iqtisadi tərəfdaşlığın isə uzunmüddətli olduğunu anlayırlar.

Bu baxımdan, müasir siyasətdə iqtisadi və siyasi qərarların bir-biri ilə vəhdət təşkil etdiyini müşahidə edirik. Bu kompleks yanaşmaların hər biri ayrıca və detallı şəkildə təhlil edilməlidir. Çünki hazırkı qlobal risklər kifayət qədər ciddidir və insanlar bu risklərin idarəçisi olmalıdırlar. Risklərin insanları idarə etməsinə yol vermək, gələcək üçün ən böyük təhlükədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri