Icma.az
close
up
RU
Konstantin Zatulinin həyasızlığı haradan və nədən qaynaqlanır? ANALİZ

Konstantin Zatulinin həyasızlığı haradan və nədən qaynaqlanır? ANALİZ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tarixi reallıq ondan ibarətdir ki, heç zaman Rusiyanın münasibətləri səmimi dosluq üzərində qurulan müttəfiqi olmayıb. Buna Rusiyanın özü də maraq və cəhd göstərməyib. Nədən ki, Rusiyanı idarə etmiş çarlar, o cümlədən yalnız gecələr insan ovu həyata keçirmiş İvan Qroznı, fahişə və seks simvolu ikinci Yekaterina, birinci Pyotr, ikinci Aleksandr və nəhayət indiki dövrün liderləri hesab edirlər ki, Rusiya ilə bərabərhüquqlu tərəfdaş dövlət ola bilməz, Rusiyanın yalnız təsiri altında ola biləcək dövlət ola bilər. Həm də özləri iddia edirlər ki, "Rusiyanın yalnız iki müttəfiqi var, ordu və donanma". Bu baxımdan rus şovinistləri tarixən başqa xalqlara yuxarıdan aşağı baxıblar, müstəqil mövqe sərgiləməyə çalışan xalqlar arasında kütləvi qətliamlar törətməklə susdurmağa çalışıblar. Xüsusilə də, qonşu dövlətlərə və xalqlara, eləcə də heç zaman Rusiyanın işğalçılıq siyasəti ilə barışmayan və daim mübarizə aparan Azərbaycan xalqına qarşı dəhşətli vəhşiliklər törədiblər. Nəticədə minlərlə azərbaycanlı rus kriminal-terrorçu dəstələri tərəfindən öldürülüb, yaşayış məskənləri dağıdılıb, viran edilib. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1806-cı ildə Qarabağ xanı İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında rus mayoru, "alkaş" ləqəbli Lisaneviçin dəstəsi tərəfindən 78 nəfərdən ibarət olan ailə üzvləri ilə birlikdə qətlə yetirilmişdir. Bu cür amansız qətliamlarla yanaşı, rus gerizəakalı kazak dəstə başçıları ermənilərin Azərbaycan ərazilərinə köçürülməsini təşkil etmiş, eyni zamanda Azərbaycanın iki yerə parçalanmasının əsas müəllifi olmuşlar.

Baş cəlladın çara ünvanladığı məktub

Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın iki yerə bölünməsinin əsas layihəçisi, Rusiyanın tanınmış yazıçısı, siyasətçisi Aleksandr Sergeyeviç Qriboyedov olub. Əslində, söz, sənət adamı rəhmdil olmalı, humanist, xeyirxah mövqeyi ilə seçilməli, insan həyatına, onun yaşayışına xüsusi önəm verməlidir. Bu özünü yazıçı kimi təqdim edən Qribayedev soyadlı məxluq isə imperiya siyasətinə qarşı getməyib, əksinə, fəallığı ilə onu bir qədər də inkişaf etdirib.

Aleksandr Qriboyedov "Türkmənçay" müqaviləsinin hazırlanmasında və Qacarlarla danışıqların aparılmasında, eləcə də yazılan sənədlərin redaktor işinin aparılmasında əsas iştirakçı olub. Müqavilə tam şəkildə onun tərəfindən hazırlanıb və yazılıb. Hətta Qriboyedov müqavilədə ermənilərin də maraqlarını nəzərə almağı unutmayıb. Bunu Paskeviçin çara yazdığı məktubda da qeyd olunur. Baş cəllad çara ünvanladığı məktubunda bildirir ki, "Türkmənçay" müqaviləsinə 12, 14 və 15-ci bəndləri məhz Qriboyedov özü əlavə edib. "Türkmənçay" müqaviləsinin 15-ci maddəsi bütünlüklə ermənilərin xeyrinə yenidən yazılmışdı. (Sir Percy Sykes, A History of Persia, c.II, London, 1921, s. 314)

Bununla yanaşı Qriboyedov Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinin Rusiya müstəmləkəçilərinin malı etmək məqsədilə 1827-ci ildə "Təlimat layihəsi" adlı sənəd hazırlamışdır. Layihəyə ruslarla yanaşı gürcü və ermənilərin cəlb edilməsi nəzərdə tutulsa da, azərbaycanlılar nəzərdə tutulmamışdır. Bu da Rusiyanın Qacar dövlətindəki səfiri Qriboyedovun Azərbaycana, azərbaycanlılara qarşı düşmən münasibətinin göstəricisi idi. Lakin onun düşmən fəaliyyəti həyatının itirilməsi ilə nəticələndi. Qacarlar dövlətinin Rusiyanın işğalçılıq siyasətinə etiraz edən insanları Rusiyanın səfirlyinə hücum edirlər və səfiri, eləcə də ermənilərin himayədarı Aleksandr Qriboyedov öldürülür. Yazılı məlumata görə, qəzəbli insanlar Qriboyedovun cəsədini o dərəcədə tanınmaz hala salırlar ki, uzun müddət onun kimliyini müəyyənləşdirmək mümkün olmur. Nəhayət, əynindəki səfir mundirinin hissələri və boyun nahiyəsində olan çapıq izləri ilə onun cəsədini tanımaq mümkün olur.

Maraqlıdır ki, Aleksandr Qriboyedovun öldürülməsindən ermənilər dərin sarsıntı keçirmiş və bir neçə həftə onu din ayinlərlə yadd ermişlər. Təbii ki, bu, səbəbsiz deyildi, ermənilərin əsas dayaqlarından olan Qriboyedov o dünyaya yola salınmışdır. Bununla da Qriboyedov vasitəsi ilə ermənilərin maraqlarına uyğun həyata keçirilməsi planlaşdırılan bir sıra təxribatlar və terror planları alt-üst olmuşdur. Bu gün də ermənilər Aleksandr Qriboyedovu dərin hüznlə yad edirlər. Hətta adına küçə və meydanlar verib, haqqında kitablar yazıblar. Ermənilərin əsas terrorçu ideoloqlarından sayılan Zori Balayan "Ocaq" kitabında A.Qriboyedovu tərifləyir "1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı… Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçmüşdür".

Zatulin erməni ağılı ilə hərəkət edir

Müasir dövrün inkişafı, yenilikləri rus millətçilərini orta əsrlər düşüncəsindən xilas edə bilməyib. Onlar yenə də öldürməyə, dağıtmağa, millətlərarası qarşıdurmalar yaratmağa çalışırlar. Salavyovlar, simonyanlar, zatulinlər və digərləri yenə də milli qarşıdurmalar yaratmağa, qırğınlar törətməyə çağıran fəaliyyət yolu tuturlar. Təbii ki, bu məxluqları separatçı çağırışlarla çıxış etməyə qaranlıq dairələr məcbur edir. Hansı ki, həmin qaranlıq dairələrin bir ucu Kremlə gedib çıxır. Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini ermənipərəst Konstantin Zatulinin öz ağılı ilə Azərbaycana qarşı hədyanlara səsləndirə biləcəyi inandırıcı deyil. Çünki birincisi, hansısa məmurun Putinin iradəsindən kənar dövlətlərarası münasibətlərə xələl gətirə biləcək fikirlər səslənməsi mümkünsüzdür. İkincisi, Zatulin V.Putinin şəriki Dmitri Medvedevin rəhbərlik etdiyi "Vahid Rusiya" partiyasından Rusiya Federasiyası Dövlət Dumasının deputatı seçilib. Bu səbəbdən "Vahid Rusiya" partiyasının hər bir üzvü, o cümlədən Zatulin razılaşdırmadan siyasi bəyanatlar və çağırışlarla çıxış etməsi inandırıcı görünmür. Düzdür, Zatulinin kimi zatıqırıq məxluqun müəyyən sərsəmləmələrinin arxasında deputata qayırıldığı Soçi şəhərindəki varlı ermənilərin xüsusi tapşırıqları olur. Məhz Soçi şəhərindəki erməni milyonçularının tapşırıqları ilə Zatulin Qarabağdakı erməni separatçılarına dəstəyini nümayiş etdirən açıqlamalarla çıxış edib, müsahibələr verib. Əslində, bu əndərəbadi miki ayaqlı məxluq Azərbaycan əleyhinə şovinist bəyanatlar səsləndirməsi yeni deyil. Dəfələrlə ölkəmizlə bağlı eyni mövqeni nümayiş etdirib, hətta vaxtilə işğal altında olan Qarabağa qanunsuz səfər də edib. Məhz bu əməlinə görə Azərbaycan onu "arzuolunmaz şəxs" elan edib. 2019-cu ildə Zatulin Qarabağa səfər edib və Azərbaycan əleyhinə bəyanatlar səsləndirmişdir.

Zatulin ulduza hürən köpək rolunda çıxış edir

Ulduza mənasız yerə hürən köpək kimi davranış sərgiləyən Zatulin anti-Azərbaycan xarakterli, aqressiv bəyanatlar səsləndirməklə erməni lobbisindən aldığı maliyyə vəsaitlərinin məbləğini artırılmasına çalışır, istəyinə də nail olur. 2023-cü ilin sentyabrında Yunanıstanın paytaxtı Afinada özünə aldığı malikanənin pulunu erməni milyonçusu Karen Saakyan ödəmişdir. Soçi şəhərində "Brezi" adlı restoran erməni lobbisi tərəfindən Zatulinə hədiyyə edilib.

Erməni lobbisi tərəfindən verilən hədiyyələrin bol olması və maliyyə yardımlarının məbləğinin artırılması üçün Zatulin dəridən-qabıqdan çıxır. Hətta Zatulin Qarabğdakı erməni separatçıların müdafiəsinə qalxıb, onların Bakıda keçirilən məhkəməsi ilə bağlı sərsəm ifadələr səsləndirir. Hətta bu üzdəniraq məxluq kriminal-terrorçu dəstənin başçıları olmuş Bako Saakyanı, Arkadi Qukasyanı, Artunyanı, Vardanyanı şəxsi dostu adlandırır. Bildirir ki, guya separatçılar günahsızdılar. Halbuki, sözügedən separatçılar məhkəmə prosesində cinayətlərini etiraf ediblər. Ancaq bu üzdəniraq ünsür anlamır ki, artıq Qarabağ problemi mövcud deyil, Azərbaycan öz gücü və qüdrəti hesabına Qarabağ münaqişəsini bitirib və ərazi bütövlüyünü təmin edib. Anlamalıdır ki, Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Əsgəranda, Xocalıda, Laçında, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərimizdə dalğalanır. Bundan sonra heç bir güc və qüvvə o yerlərə göz dikə bilməz. Xalq-hakimiyyət birliyi hesabına, torpaqlarımıza göz dikənlərin, yenidən separatçılığa meyil edənlərin gözünü tökər və məhv edərik. Bunu qanmazlığa qoyan K.Zatulin və dalını söykədiyi qaranlıq dairələr, o cümlədən də Soçidəki erməni lobbisi yaxşı anlamalıdır. Müsbət haldır ki, Ermənistandakı hakim zümrə Zatulin və onların havadarları kimi düşünmürlər. Dərk edirlər ki, adi bir səhv dövlətçiliklərinin itirilməsi, mövcudluqlarının məhv olması ilə nəticələnə bilər.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see546

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see117

Alim Qasımov yenidən rep deməsi ilə gündəmdə Video

15 İyul 2025 10:54see114

FİFA PSJ nin baş məşqçisi və futbolçusunu cəzalandıra bilər

15 İyul 2025 07:32see114

Çin “Tuencou 9” yük gəmisini orbitə göndərib

15 İyul 2025 07:50see114

Ukraynanın 55 PUA sı vurulub

15 İyul 2025 08:24see113

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see113

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see113

Meningitin müalicəsi də icbari tibbi sığorta hesabına həyata keçirilir

15 İyul 2025 10:54see113

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see112

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see111

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see111

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see111

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see111

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see109

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri