Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın ərazi bütövlüyünü möhkəmləndirən strateji prosesdir ŞƏRH EDİLDİ

Böyük Qayıdış Azərbaycanın ərazi bütövlüyünü möhkəmləndirən strateji prosesdir ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Böyük Qayıdış prosesi Azərbaycan dövlətinin müasir dövr üçün müəyyən etdiyi ən mühüm strateji prioritetlərdən biridir. Bu, təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsi, sosial-iqtisadi həyatın bərpası və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, bu proses Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində reallaşır. Dövlət başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrası, müasir infrastrukturların – yolların, məktəblərin, xəstəxanaların, enerji xətləri və kommunikasiya sistemlərinin qurulması, həmin bölgələrin gələcək inkişafının əsasını formalaşdırır: "Böyük Qayıdış proqramı yalnız sosial deyil, həm də geosiyasi xarakter daşıyır. Əhalinin həmin bölgələrə köçürülməsi və həyatın bərpası Azərbaycanın ərazi bütövlüyünün praktik təsdiqidir. Yəni, dövlət bu ərazilərdə real idarəçilik, sosial xidmət və iqtisadi fəaliyyətin bərpası ilə faktiki olaraq suverenliyini gücləndirir. Bu, həm də Ermənistanın illərlə yaratdığı “boş ərazi” mifini tamamilə dağıdır. Sosial aspektdən yanaşdıqda, köç prosesi insanların dövlətə inamını, milli birliyi və həmrəyliyi daha da gücləndirir. Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurduna dönməsi yalnız bir ailə hadisəsi deyil, ümummilli qürur və ədalətin bərpasıdır. Bu, xalqın psixoloji dirçəlişinə, milli identikliyin möhkəmlənməsinə mühüm töhfə verir. İqtisadi baxımdan isə Böyük Qayıdış proqramı yeni istehsal mərkəzlərinin formalaşmasına, kənd təsərrüfatının və turizmin inkişafına, eyni zamanda regionda dayanıqlı məşğulluğun təmin olunmasına şərait yaradır. Zəngilan, Laçın, Füzuli, Cəbrayıl kimi rayonlarda artıq sənaye parkları, hava limanları və logistika mərkəzləri yaradılması bunun ən bariz nümunəsidir.

Bütün bu addımlar Azərbaycanın gələcək inkişaf konsepsiyasının tərkib hissəsidir. Bu proses həm daxili sosial sabitliyi möhkəmləndirir, həm də regionda Azərbaycanın liderliyini daha da artırır. Böyük Qayıdış yalnız köç deyil – bu, Azərbaycan xalqının öz torpağı üzərində yenidən qurduğu həyat, milli suverenliyin möhkəmləndirilməsi və gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri