Icma.az
close
up
RU
Böyük Qayıdış həm də iqtisadi və geosiyasi mahiyyət daşıyır ŞƏRH EDİLDİ

Böyük Qayıdış həm də iqtisadi və geosiyasi mahiyyət daşıyır ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal etdikdən sonra, həmin işğal olunmuş ərazilərdə yaşayan insanlar kütləvi şəkildə Bakıya axın etdilər. Bu insanların sosial və iqtisadi vəziyyətlərini təmin etmək məqsədilə dövlət tərəfindən xüsusi proqramlar həyata keçirildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

O bildirib ki, işğal nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk edərək Bakıya və digər şəhərlərə yerləşdi ki, bu da paytaxtda əhali sıxlığının artmasına, sosial gərginliyin yaranmasına və işsizlik probleminin ortaya çıxmasına səbəb oldu: "Lakin 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız azad edildikdən sonra, həmin ərazilərdə sürətli şəkildə infrastrukturun bərpası və yenidənqurma işlərinə start verildi. Bu məqsədlə dövlət tərəfindən genişmiqyaslı proqramlar həyata keçirilməyə başlandı və həmin bölgələrdə həyatın bərpası istiqamətində ciddi addımlar atıldı. İnfrastrukturun bərpasına dair işlərə start verildi və bu dövlət proqramları birbaşa Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Çünki işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən layihələr icra olunur.

Təbii ki, bu problemlərin aradan qaldırılması üçün ilk növbədə infrastrukturun qurulması vacibdir. Bundan sonra "Böyük Qayıdış" çərçivəsində əhalinin həmin bölgələrə geri qayıtması prosesi həyata keçirilir. Əhalinin geri qayıtması üçün isə yalnız yolların, məktəblərin və digər obyektlərin bərpası kifayət etmir, bununla yanaşı, sosial rifahın təmin olunması və yeni iş yerlərinin yaradılması əsas şərtlərdəndir. Bu proses kompleks şəkildə həyata keçirilir və əhalinin rahat yaşaması üçün bütün zəruri şərait yaradılır. Əhalinin geri qayıtması, uzun illər Bakıda yataqxanalarda və müxtəlif müvəqqəti yaşayış məntəqələrində məskunlaşmış insanların daha yaxşı şəraitdə yaşamasına imkan verir. Bu, həm onların sosial vəziyyətinin yaxşılaşdırılması, həm də ədalətli məskunlaşmanın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumilikdə aparılan bu yenidənqurma prosesi Azərbaycan dövlətinin daxili siyasətinin mühüm tərkib hissəsidir. Çünki sosial vəziyyəti ağır olan insanların narazılığı nəticə etibarilə etirazlara çevrilə bilər və bu etirazlar birbaşa dövlətə qarşı yönələ bilər. Təbii ki, belə halların qarşısını almaq, daxili sabitliyi qorumaq və əhalinin narazılığına səbəb ola biləcək amilləri aradan qaldırmaq dövlətin əsas prioritetlərindən biridir. Sosial problemlərin həlli daxili siyasətin ayrılmaz hissəsidir və eyni zamanda xarici siyasətlə paralel şəkildə aparılmalıdır. Yəni, ölkədə sabitliyin təmin olunması üçün ilk növbədə əhalinin sosial rifahı yaxşılaşdırılmalıdır. Buna görə də sosial siyasətin uğurlu icrası həm ictimai məmnunluğu, həm də ümumi siyasi sabitliyi təmin etmək baxımından olduqca vacibdir.

Əgər ölkə daxilində, xüsusilə də strateji əhəmiyyətə malik bölgələrdə sabitlik pozularsa, bu, xarici sərmayələrin axınına ciddi şəkildə mənfi təsir göstərə bilər. Xarici kapitalın və iri investisiyaların ölkəyə, xüsusilə də işğaldan azad olunmuş ərazilərə cəlb olunması üçün mütləq şəkildə daxili sabitlik təmin olunmalıdır. Bu baxımdan hesab edirəm ki, həmin ərazilərə əhalinin qayıdışı ilə yanaşı, bölgəyə qoyulacaq sərmayələrin təhlükəsizliyi və uzunmüddətli perspektivlərinin təmin olunması da əsas şərtlərdəndir.

Stabil və inkişaf edən bir cəmiyyət xarici investorlar üçün cəlbedici mühit yaradır. Məhz bu səbəbdən də Azərbaycan Prezidentinin xarici səfərləri – istər Çinə, istərsə də digər ölkələrə, eləcə də işğaldan azad olunmuş ərazilərdə keçirilən görüşlər və beynəlxalq toplantılar mühüm əhəmiyyət daşıyır.

Bu yaxınlarda Türkiyə Prezidenti və Pakistanın Baş naziri də daxil olmaqla, yüksək səviyyəli nümayəndə heyətlərinin azad edilmiş ərazilərə səfərləri və orada keçirilən görüşlər bu bölgənin beynəlxalq əhəmiyyətini və Azərbaycanın strateji məqsədlərini bir daha nümayiş etdirmiş oldu. Bu cür əməkdaşlıqlar həm siyasi dəstək baxımından, həm də gələcək iqtisadi layihələrin reallaşması üçün mühüm zəmin yaradır.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və beynəlxalq tədbirlərin təşkili bu bölgələrin dirçəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, həm də beynəlxalq ictimaiyyətə bir mesajdır: həmin ərazilərdə həyat yenidən canlanır, əhali geri qayıdır və yeni sərmayələrin cəlbi üçün münbit şərait yaranır.

"Böyük Qayıdış" prosesi, əslində, təkcə sosial deyil, eyni zamanda iqtisadi və geosiyasi mahiyyət daşıyır. Əhalinin bölgələrə köçürülməsi orada işçi qüvvəsinin formalaşmasına səbəb olur ki, bu da xarici sərmayələrin yatırılması üçün əsas amillərdən biridir. Çünki hər bir investisiya üçün yalnız infrastruktur yox, həm də insan resursu vacib şərtdir.

Bu baxımdan daxili sabitliyin qorunması birbaşa xarici kapital axınının stimullaşdırılmasına xidmət edir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində bu sabitlik təmin olunur, xarici tərəfdaşlarla əməkdaşlıq genişlənir və beynəlxalq tədbirlərin işğaldan azad olunmuş ərazilərdə keçirilməsi bu bölgələrin inkişaf potensialını nümayiş etdirir".

Onun sözlərinə görə, geri qayıdış prosesi bir daha sübut edir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda yenidənqurma işlərini uğurla davam etdirir: "Həmin ərazilərdə iş yerlərinin yaradılması və xarici kapitalın cəlb olunması nəticəsində bölgədə davamlı sosial-iqtisadi inkişaf təmin edilir. Yəni, demək istədiyim budur ki, daxili siyasət xarici siyasətlə paralel şəkildə aparılır və bu prosesdə bir sıra mühüm faktorlar – təhlükəsizlik, siyasi sabitlik və iqtisadi imkanlar hərtərəfli şəkildə analiz edilir. Xarici investorlar üçün ən vacib amillərdən biri inamdır. Onlar əmin olmalıdırlar ki, qoyacaqları kapital qorunacaq, sabitlik mövcuddur və sərmayələri qısa müddət ərzində özünü doğruldacaqdır. Bu baxımdan “Böyük Qayıdış” proqramlarının sürətli və effektiv şəkildə həyata keçirilməsi vacibdir. Bu, bir tərəfdən artıq yüklənmiş Bakı şəhərinin üzərindəki sosial-iqtisadi yükü azaldacaq, digər tərəfdən isə regionlarımızın inkişafını təmin edəcək. Bölgələrin inkişafı isə avtomatik olaraq xarici sərmayə axınını daha da stimullaşdıracaq.

Qeyd etmək lazımdır ki, bu, kompleks və çoxşaxəli bir prosesdir. Həm daxili, həm də xarici siyasətin məqsədyönlü və koordinasiyalı şəkildə aparılması, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Bu proseslər təkcə bugünkü deyil, uzunmüddətli strateji məqsədləri əhatə edir. Hesab edirəm ki, bu siyasət uğurla davam etdiriləcək. Təbii ki, bu proseslər zaman və mərhələli yanaşma tələb edir. Lakin Azərbaycan dövləti qarşıya qoyulan vəzifələri ardıcıl və dövlətçilik prinsipinə uyğun şəkildə həyata keçirəcək gücdədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri