Icma.az
close
up
RU
Böyük Qayıdış: “Milli iradəmizin təntənəsidir”

Böyük Qayıdış: “Milli iradəmizin təntənəsidir”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Ağdərə rayonunun Kolatağ və Vəngli kəndlərinə ilk köç prosesinin başlanması və bu kəndlərdən olan məcburi köçkünlərin doğma yurduna qovuşması dövlətimizin həyata keçirdiyi genişmiqyaslı Böyük Qayıdış siyasətinin növbəti parlaq təzahürüdür".

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, illərdir ölkəmizin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış soydaşlarımız artıq ata-baba yurduna qovuşur, doğma torpaqlarında yeni həyat qurulur:

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə sürətli bərpa və quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və yaşayış məntəqələri yenidən dirçəlir. Bu proses tarixi ədalətin bərpası, xalqımızın qələbəsi və milli iradəmizin təntənəsidir".

Millət vəkili qeyd edib ki, Böyük Qayıdış prosesi çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç edən sakinlərin məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl işlər görülür və yeni yaradılan müəssəsələr nəticəsində bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlənir:

"Bütün bunlar davamlı inkişafın və tərəqqinin əsasını təşkil edir. Böyük Qayıdış hər bir azərbaycanlının qəlbində yaşayan böyük arzu, milli amal və müqəddəs vətən sevgisinin təcəssümüdür. Yaxın illərdə bütün azad edilmiş yurd yerlərimizə həyat geri dönəcək, Qarabağ və Şərqi Zəngəzur torpaqları əvvəlkindən daha gözəl, daha abad olacaq". 

Günay Ağamalı vurğulayıb ki, bu proses milli həmrəyliyi daha da möhkəmləndirəcək:

"Bu tarixi gün münasibətilə Kolantağ və Vəngliyə qayıdan soydaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara doğma yurdda xoşbəxt və firavan ömür arzulayıram. 

Dövlətimizin həyata keçirdiyi bu böyük missiya xalqımızın əzmini, birlik və həmrəyliyini daha da möhkəmləndirəcək". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: Böyük Qayıdış Günay Ağamalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri