Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

“Böyük Qayıdışa” qarşı risk və təhdidlər: Nə etməliyik?

“Böyük Qayıdışa” qarşı risk və təhdidlər: Nə etməliyik?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


2022-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla “Böyük Qayıdışa dair I Dövlət Proqramı” məcburi köçkünlərin Qarabağda məskunlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərinə qayıdış və məskunlaşmanı təmin edən "Böyük Qayıdış" proqramı təhlükəsizliyin təmin edilməsi, dağıdılmış infrastrukturun, yollar, kommunikasiya xətlərinin bərpası, müasir yaşayış evlərinin tikintisi, məşğulluq və iqtisadi canlanma kimi istiqamətləri özündə birləşdirir.

Proqrama əsasən 2026-cı ilin sonuna qədər Qarabağa 10270 ailənin köçürülməsi hədəflənib.

Ötən dövr ərzində proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bir sıra irimiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Artıq 50 mindən çox soydaşımız doğma yurdlarına qayıdıb, Füzuli, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl və Ağdam kimi şəhər və kəndlərdə məskunlaşıb.

Bu müddət ərzində köçün təhlükəsizliyini təmin etmək üçün ərazilər minalardan və partlamamış sursatlardan intensiv şəkildə təmizlənməsi işləri davam etdirilir.

Habelə, müasir tələblərə cavab verən kəndlər ("Ağıllı kənd" konsepsiyası) salınıb, çoxmənzilli yaşayış binaları tikilir və bərpa olunur. Ərazidə elektrik, su, qaz və rabitə xətləri sıfırdan qurulub.

Bölgədə beynəlxalq standartlara uyğun aeroportlar (Füzuli, Zəngilan, Laçın) inşa edilib. Eyni zamanda, minlərlə kilometr uzunluğunda yeni avtomobil və dəmir yolları çəkilib.

Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar və mədəniyyət ocaqları istifadəyə verilib. Xankəndidə Qarabağ Universiteti artıq fəaliyyət göstərir.

Köçürülən insanların işlə təmin olunması üçün Dövlət Məşğulluq Agentliyinin xətti ilə proqramlar həyata keçirilir, yeni iş yerləri yaradılır.

Rəsmi məlumatlara görə, 2025-ci ilə qədər proqramın həyata keçməsi üçün dövlət büdcəsindən 22 milyard manat xərclənib. 2026-cı ildə isə bu məqsəd üçün 3.5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.

Amma təəssüf ki, görülən bu müqəddəs işin vaxtında həyata keçməsi prosesində müəyyən çərçivələrdə bəzi obyektiv və subyektiv əngəllər, təhdidlər və ləngimələr də meydana çıxır.


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bakupost.az-a bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma və quruculuq işlərini ləngidən bir sıra risk faktorları vardır.

O qeyd edir ki, prosesə qarşı əsas təhdidlər mina və partlamamış hərbi sursatlar, regional hərbi-siyasi qeyri-sabitlik, ətraf mühitin ekoloji problemləri, o cümlədən su qıtlığı, eləcə də dayanıqlı iqtisadi infrastrukturun və yeni iş yerlərinin yaradılması prosesinin yaratdığı sosial-iqtisadi çətinliklərdir:

“Ən ciddi və birinci dərəcəli təhdid azad edilmiş torpaqların minalanmasıdır. Bu, həm inşaat işlərinin aparılmasını, həm də əhalinin təhlükəsiz qayıdışını əngəlləyir.

Bundan başqa, su ehtiyatlarının, xüsusilə transsərhəd çayların vəziyyəti, həmçinin yaşayış massivlərinin elektrik, qaz və yolla təmin edilməsi böyük maliyyə və zaman tələb edir”.

Ekspertin sözlərinə görə, proqramının vaxtında və uğurla həyata keçirilməsi üçün əsas iqtisadi təhdidlərdən biri maliyyə yükünün yüksək olmasıdır:

“Azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin, yolların, enerji və kommunal infrastrukturun yenidən qurulması böyük vəsait tələb edir. Dövlət gəlirlərinin azalması və ya qlobal iqtisadi qeyri-sabitlik bu prosesin sürətinə təsir göstərə bilər”.

Digər mühüm təhdid isə mərkəz sədrinin fikrincə, həmin ərazilərdə iqtisadi fəallığın yetərincə formalaşmamasıdır:

“Əgər sahibkarlar investisiya qoymaqda maraqlı olmazsa, yeni iş yerlərinin yaradılması ləngiyə bilər və qayıdan əhalinin məşğulluq imkanları məhdudlaşar. Bu isə məskunlaşma prosesinin dayanıqlılığı üçün risk yaradır.

İşçi qüvvəsi çatışmazlığı, tikinti materiallarının bahalaşması və inflyasiya da layihələrin maya dəyərini artıran amillər sırasındadır. Bundan əlavə, bəzi ərazilərdə minaların mövcudluğu tikinti və təsərrüfat fəaliyyətinin genişlənməsini ləngidə bilər”.

Bu təhdid və riskləri azaltmaq üçün müsahibimiz dövlət və özəl sektor əməkdaşlığının genişləndirilməsini, investorlara əlavə təşviqlərin verilməsini, kiçik və orta biznesin inkişafının dəstəklənməsini təklif edir: “Eyni zamanda kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələri üzrə iqtisadi layihələrin həyata keçirilməsi də qayıdan əhali üçün daimi gəlir mənbələri yarada bilər. İnfrastruktur layihələrinin səmərəli idarə olunması, maliyyə vəsaitlərinin düzgün planlaşdırılması və minatəmizləmə işlərinin sürətləndirilməsi də “Böyük qayıdış”ın uğurla və vaxtında reallaşmasına mühüm töhfə verə bilər”.

Rüfət Sultan, BakuPost


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 İyun 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri