Icma.az
close
up
RU
Böyük Qələbədən cəmi bir il sonra...

Böyük Qələbədən cəmi bir il sonra...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şuşaya aparan Zəfər yolu tarixin bu günündə - 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açıldı

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə son 200 illik tarixinin ən şərəfli səhifəsini yazıb. Biz ilk dəfə olaraq torpaq itkilərinə məruz qalmamışıq, əksinə ölkənin ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməyə nail olmuşuq. Bu Qələbə, həmçinin 2023-cü ildə respublikanın bütün ərazisində suverenliyimizin tam təmin edilməsi üçün zəmin yaratdı.

Şübhəsiz, igid əsgər və zabitlərimizin daim irəli getdikləri Vətən mühraibəsinin hər günü bizim üçün bir qəhrəmanlıq dastanıdır. Ancaq Vətən müharibəsi ilə bağlı elə məqamlar var ki, onlar xüsusilə əlamətdardır. Qürur yerimiz olan Şuşaya Zəfər yolunun çəkilməsi məhz belə əlamətdar hadisələrdəndir. Tarixin bu günündə - 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəfər yolunun açılışı baş tutub.

Şuşaya uzanan Qələbə cığırı

Uca dağlar qoynunda qərar tutan Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu bizim üçün milli iradə, milli kimliyin təsdiqi məsələsidir. Buna şörə də 1992-ci il mayın 8-də Şuşa şəhərinin xəyanət nəticəsində işğal altına düşməsi hər bir azərbaycanlı üçün son dərəcə kədərli idi. Otuz ilə yaxın bir dövrü əhatə edən işğal gecə-gündüz qəlbimizi göynədirdi. Biz daxilən Şuşanın işğalını heç vaxt qəbul etmirdik, bununla barışmırdıq. Hər birimizin qəlbində mənfur işğala qarşı bir etiraz, müqavimət var idi. Elə Prezident, Ali Baş Komandan İlham Əliyev də Şuşanın düşmən əlində qalmasına qətiyyən razı deyildi. Məlumdur ki, uzun sürən danışıqlar prosesində və elə Vətən müharibəsi günlərində dövlətimizin başçısına ermənilərin havadarlarından müxtəlif təzyiq cəhdləri göstərilirdi. Bizdən yarımçıq sülh istənilirdi. Prezident İlham Əliyev qətiyyət və diplomatik məharət göstərdi, müharibənin dayandırlması üçün Ermənistanın ərazilərimizdən tamam geri çəkilməsini, bununla bağlı cədvəl təqdim etməsini istədi. Həm də bütün dünyaya birmənalı şəkildə bəyan etdi ki, Şuşasız bizim işimiz, missiyamız yarımçıq qalar, tamamlanmaz. Beləliklə, ana torpaq, doğma ərazilər, o cümlədən də Şuşanın azad edilməsi məsələsində xalqın istəyi ilə dövlət başçısının siyasi iradəsi bir-birini tamamlayırdı.

Bu vəhdət, həmrəylik, Şuşanı azad etmək əzmi igid əsgər və zabitlərimizə də sirayət etmişdi. Onların Şuşanı azad etmələri, sözün əsl mənasında bir qəhrəmanlıq nümunəsidir.  Meşənin içindəki cığırdan keçib Şuşaya çatan hərbçilərimiz misilsiz şücaətlər göstərdilər. Vətən müharibəsi günlərində KİV-də bir foto manşetlərdə təqdim olundu. Həmin fotoda əlində silah, çiyinlərində yaralı səngər yoldaşını daşıyaraq həmin o cığırla Şuşaya doğru irəliləyən Azərbaycan əsgəri təsvir olunmuşdu. Budur, bizim hərbçilərin sərhəd tanımayan Vətən, torpaq və Şuşa sevgisi!   Noyabrın 8-i, 2020-ci il. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azadlığa qovuşduğu barədə xoş müjdəni Azərbaycan xalqına çatdırdı. Şuşanın azad olunması 44 günlük müharibənin taleyini həll etdi. Düşmən bundan sarsıldı və müqavimət göstərməyin mənasız olduğunu anladı. Prezident İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra hərbçilərlə görüşdəki çıxışında əsgər və zabitlərimizin Şuşa uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıqları bir daha xatırladaraq vurğulayıb: “Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Şanlı Zəfərin simvolu

Zəfər yolunun tikintisinin 44 günlük müharibənin başa çatmasından cəmi bir il sonra tamamlanması Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda reallaşdırılan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub. Dövlət başçısı yolun tikintisi ilə bağlı davamlı şəkildə Özünün dəyərli tövsiyələrini verib.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

MÜBARİZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see357

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see208

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see201

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see185

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see182

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see175

Tramp: İranla bağlı razılaşma hələ yekunlaşmayıb

25 May 2026 01:18see173

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see171

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see164

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see164

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see163

İyunda bu bürclərin yeni şansları olacaq

25 May 2026 08:20see159

Real ın ulduzu hamını geridə qoydu

25 May 2026 02:20see157

Nigeriya ordusu 92 girovu azad etdi

25 May 2026 01:41see157

Kür məcrasından çıxır Təhlükəli anlar+Video

25 May 2026 00:07see157

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

25 May 2026 18:28see155

İngiltərə Premyer Liqasında 2025/26 mövsümü başa çatdı

25 May 2026 00:57see153

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see150

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

25 May 2026 14:33see147

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

25 May 2026 14:28see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri