Icma.az
close
up
RU
Böyük savaşa doğru? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Böyük savaşa doğru? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytına istinadən Icma.az xəbər verir.

Səadət Məmmədova, jurnalist:

- Gəlin sizə gözəl bir ailədən və əsl Qarabağ kətəsindən danışım.

Dünən Qırmızı Bazar qəsəbəsindən (bu qəsəbə ayrı bir gözəllikdir) Xankəndinə gedən yolun üstündə, Şuşakənd ərazisində bir kətə bişirən köşk görüb dayandıq.

Yolun qırağında dadlı otlardan kətə bişirib satan ailə əslən Laçındandır. "Böyük qayıdış"da Şuşakənddə onlara ev təklif olunub, razılaşıblar. Çox məmnundurlar, ev böyük, bağ-bağat, torpaq bərəkətli, hər tərəf dağ-dərə, meşə, gül-çiçək...

O qədər mehriban insandırlar ki, adam az qalır ürəyini kəsib içinə qoysun onları...

Məni dərhal tanıdılar, təkidlə qalmağımı istədilər. Həcər xanım deyir ki, vallah, evimiz geniş, qəşəng mir-mitilimiz, beyjə qal, savax gedərsən.

Söz vermişəm ki, mütləq gələcəm.

Kətənin dadı inanılmaz möhtəşəmdir. Qiyməti də cəmi 1,5 manat. Oradan keçəndə mütləq dadın və ya yolunuzu mütləq oradan salın.

Heydər Oğuz, jurnalist:

- İşğaldan azad olunmuş ərazilərin yenidən inşa prosesi barədə oxuduğum yazılar məndə belə bir təəssürat yaratmışdı ki, burada tikilən binalar az qala bir-birinə bitişik olacaq. Şuşada qarşılaşdığım mənzərə isə tamamilə fərqli idi.

Şuşada üzü bir-birinə baxan 4-5 mərtəbəli binalarla əhatələnmiş şəhərciklər inşa olunub və həyətləri də uşaqların asudə zamanlarını keçirmələri, oynamaları üçün kifayət qədər genişliyə sahibdir. Hər halda Bakıdakı 18-20 mərtəbəli binaların həyətlərindən müqayisə edilməyəcək qədər böyükdür.

Diqqətimi cəlb edən digər məqam isə binaların fasadlarının ornamentləri idi. Binalara çaylaq daşından inşa edilmiş kimi görüntü verən bu bəzəklər Şuşanın ruhu ilə də həmahəng görünür. Zira Şuşa torpağı yerin maqma qatından fışqırıb ətrafa sıçrayan iri daşlarla örtülüdür. Vaxtilə babalarımız at oynatdığı Cıdır düzündə belə torpaqla iri qayalar, daşlar bir-birinə qarışıb. Şuşa ətrafında salınmış şəhərciklər də eyni görüntüdədir.

İlqar Əlfioğlu, yazıçı:

- "Qarabağ" - "Neftçi" oyununa ləzzətlə baxdım. Bəri başdan deyim ki, aldığım həzzin oyunun nəticəsinə heç bir aidiyyəti yox idi. Mən o oyuna bir-birindən xeyli fərqlənən iki adam kimi baxırdım - gənc İlqarla qoca İlqar kimi; biri gəncliyimin, ikincisi qocalığımın komandası idi. Oynayan iki komandanın hər ikisinə azarkeşlik etmək qəribə hissdir vallah. Hər ikisinin meydanda uğurlu hərəkətinə eyni dərəcədə sevinirdim.

Və birdən anladım ki, deyəsən, artıq, xalq olmuşam...

"Qarabağ" mənə Azərbaycan futbolunun bu günü, "Neftçi" dünəni kimi əzizdir. Yadıma çox şey düşdü. "Neftyannik"in adını "Neftçi" qoyanda necə sevindiyim, Stepanakertin "Karabax" komandasının adı gələndə, necə coşduğumu xatırladım...

Həyat belədir də... Ömür dediyimiz tamaşanın sonuncu pərdəsində insan mütləq müdrikləşir və bir də baxırsan ki, indi meydanda bir-birinə rəqib olanların hər ikisi səninkidir. Onda, sənə gözəl oyuna azarkeşlik etməkdən böyük ləzzət qalmır...

Bilmirəm, inanacaqsınız, yoxsa, yox, amma mən 38 il idi ki, "Neftçi"nin oyununa baxmamışdım. Sevindim ki, oyunlarından evimizə həmişə piyada qayıtdığım komanda dirçəlir, çünki "Neftçi"nin dirçəlməsi milli çempionatimızın dirçəlişi, onda münbit rəqabət mühitinin yaranması, futbolumuzun yüksəlməsi deməkdir.

Amma istəyirəm bir şeyi dəqiq biləsiniz: rəqabətin ən gözəli qısqanclıqdan, paxıllıqdan uzaq olanıdır. Onun faydasını yalnız bu halda görmək olar...

P.S. Bunlar düzələndən sonra, qalır milli futbolun formalaşması. Onda, komanda azarkeşi yox, vətən futbolunun azarkesi olacağıq inşallah!

Ülviyyə Heydərova, jurnalist:

- "Baku International Arts" Festivalı keçirilir. Qəşəng proqram tərtib ediblər. Ötən həftə Fransadan gələn teatrın ifasında baletə baxdım. İnanılmaz idi. İnsan hisslərinin bədən dilində ifasına baxdım sanki. Dünən də dünyaca məşhur rejissor Robert Lepajın "Hamlet-Danimarka şahzadəsi" tamaşasına baxdım Akademik Musiqili Teatrda. Kanada teatrı idi.

Lepaj özü gəlməmişdi. Amma səhnədə Vilyam Şeskpir də vardı, Hamlet də və ən başlıcası da Lepaj vardı. Tamaşa baletlə pantomimin sintezi idi elə bil. Tamaşanın məziyyətləri haqqında yazmaq teatrşünasların işidir. Mən dünən gündüz Zəfər paradını, axşam isə Hamletin faciəsini seyr elədim. Sözsüz, hərəkət və musiqinin gücüylə Lepaj "Hamlet"ə sözün həqiqi və məcazi mənasında işıq tutmuşdu. Rejissor qurduğu işıq oyunları ilə sehr yaratmışdı. Teatrın sehrinə düşməyin əyani vəsaiti həm də dünən baxdığım "Hamlet" idi.

Səhnənin başında ekranda bir-iki cümləylə remarkalar verilirdi. Ən xoşuma gələn Hamletin öz kölgəsini qılınclamaq səhnəsi idi. Ekranda "Words, words, words", yəni "Sözlər, sözlər, sözlər" yazılandan sonra "S" hərfi hər üç sözdə qabağa keçdi və "Sword, sword, sword", yəni "Qılınc, qılınc, qılınc" sözü alındı. "Qılınc və qələm"in bura dəxli olmasa da, dünən həm də onu düşündüm. Lepaj Şekspirin sözüylə qəşənqcənə oynamışdı. Şekspirin sözünü qılınclamışdı, amma əsərin mahiyyətinə toxunmamışdı.

Palyaşdığım səhnələrdən biri "Ofelyanın ölümü" səhnəsidir. Rejissorun yozumunda Ofelyanın ölümünə siz də şahid olun.

Festivalı təşkil edənlərə böyük təşəkkür edirəm! Onu da qeyd edim ki, 14-15 noyabrda elə Musiqili Teatrda rəhmətlik Rimas Tuminasın "Anna Karenina" tamaşası göstəriləcək. İsrail teatrı gəlir. Sənət əslində budur. Rejissor dünyasını dəyişir, amma qurduğu tamaşalarında yaşayır.

Sağlıq olsun 15 noyabrda yer tapmasam əgər, ayaq üstə tamaşaya baxacam. Tamaşanın biletlərinin qiyməti yüksəkdir. Belə götürəndə dünya standartlarına uyğundur, (Moskvada tamaşaya biletlər 400-500 AZN-dir) amma bizim kasıb, az maaşa baxan mədəniyyət adamlarımızın cibinə uyğun deyil.

Rahil Kərimov, jurnalist:

- Avropa ilə Rusiyanın müharibəsi qaçılmazdır.

Son vaxtlar rastıma çıxan və diqqətimi çəkən xəbərlərə fikir verin:

* Belçika ilk dəfə olaraq yaşı 17-ni haqlamış 149 min gənci könüllü hərbi xidmətə çağırıb.

* Dünyanın ən sakit və xoşbəxt ölkəsi olan Finlandiyanın paytaxtı Helsinkidə 5500 bomba sığınacağı hazır vəziyyətdədir.

* 2026-cı ildə Polşada 400 mindən çox insan hərbi təlimlərə cəlb ediləcək. Onların arasında məktəblilər və təqaüdçülər də var.

* Almaniya 3,5 milyard dollarlıq müdafiə avadanlığının alınmasını təsdiqləməyə hazırlaşır. Bura 20 hərbi helikopter də daxildir.

Bütün proseslər böyük savaşa doğru aparır. Bu həm də bir növ təbii prosesdir. Gec-tez bu olacaq. Yalnız Putinin vaxtında gedişi prosesi təxirə sala bilər.

Nihat Pir, jurnalist:

- İctimai Televiziyada bir həftədir, davam edən "Təmas xətti" layihəsi televiziya tariximizin ən uğurlu siyasi layihəsidir. Qarabağ müharibəsinin alovlanmasından sülh sazişinin paraflanmasına qədər baş verən bütün pərdəarxası məqamları xarici işlər nazirləri şəxsən danışır. İkinci belə bir layihə olmayıb. Oxşarı da olmayıb, güman. İndicə Ceyhun Bayramov iyirminci ilin doqquz oktyabrında Moskvada baş tutan on bir saatlıq görüşdən danışırdı. O gün, o tarix mənim üçün o qədər sehrli, o qədər maraqlı bir tarixdir ki, az qala, Bayramovu hansısa tədbirdə görəndə özündən soruşmaq istəmişəm həmişə. Yəni o dərəcədə. Sual da elə məhz belə: nə vaş verirdi o otaqda. Başqa suala onsuz da lüzum yoxdur. Azərbaycan, Ermənistan və Rusiya xarici işlər naziri müharibənin ortasındaca görüşür. Vəssalam. Tək sual kifayətdir. Bu layihədə əməllicə aydınlandım o görüş barədə. İctimai Televiziya rəhbərliyinə, bu layihənin təşəbbüskarlarına, bütün heyətə və qonaq nazirlərə təşəkkürlər.

Əlirza Həsrət, şair:

- 525

(Hamının sevimlisi "525-ci qəzet" - 525.az üçün)

Üzümüzə Günəş kimi, -

Doğdu 525.

Heç kim deməz bizim evdə,

Yoxdu 525.

Qocanın da, cavanın da,

Qəzet eşqi var canında.

Ədəbiyyat meydanında,

Taxtdı 525.

Pərvazlandı Könül quşum,

Qoy mən də bir nəğmə qoşum.

Düşmənin gözünə qurşun, -

Sıxdı 525...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri