Icma.az
close
up
RU
Dünya iqtisadi müharibəyə doğru So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Dünya iqtisadi müharibəyə doğru So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Cavid Zeynallı, yazıçı:

- İki-üç gün əvvəl Şəhriyar Del Gerani yazmışdı ki, sorğu keçiriblər və məlum olub, 10 milyonluq ölkədə 5-7 min arası aktiv kitab oxucusu var. Bilmirəm, nə dərəcədə real rəqəmdir, amma aşağı-yuxarı inandırıcıdır.

Dünən isə zəif bir filmdə Buzovna adının çəkilməsinə görə qalmaqal yarandı və yaradıcı heyət güzəştə gedib filmi yutubdan sildi.

Bu iki fakt ispan ədəbiyyatı ilə bağlı yaddaşımda bəzi şeyləri oyatdı.

1939-cu ildə İspaniyada vətəndaş müharibəsi general Frankonun rəhbərlik etdiyi millətçilərin qələbəsi ilə başa çatdı. 40-cı illərdən sonra həmin millətçi və mühafizəkarlar yetişən gənc yazıçılar nəslinə "bir dəstə tərbiyəsiz" və "pis uşaqlar" damğası ilə həqarətlə yanaşırdı. Belə "tərbiyəsiz"lərdən biri də Anna Mariya Matute idi.

Anna Mariyanın kiçik bir essesini Anarın tərcüməsində oxumuşam. Matute yazır ki, bizim üçün qadağan mövzular var idi.

Məsələn, məktəblərdə öyrədirdilər ki, İspaniyada heç kim intihar eləmir. İspan ailəsində problem yoxdur, arvad ərinə xəyanət eləmir, ər arvadına vəfasız çıxmır, övladlar həmişə ata-anasına qayğı göstərir, tez-tez onlara baş çəkir.  

Həmin məktəblərin yetişdirdiyi insanlar isə bu yalanı faş edən gənc yazıçıları təhqir edir, onları gözdən salırdılar.

Anna Mariya yazırdı:

"Ən amansız düşmənimiz laqeydlik, etinasızlıq və biganəlik idi. Ümumiyyətlə, ədəbi və hər növ intellektual, zehni fəaliyyətə həqarətlə baxılırdı. Heç kəs ədəbiyyatla maraqlanmaq istəmirdi. Oxuyanlar da ya məzəmmət, ya da rişxənd edirdilər. Bizə hücum edirdilər. Bizim hekayələri oxuyan bəzi adamlar redaksiyalara məktublar yazırdılar:

- Belə xoşagəlməz yazıçıları jurnalınızın səhifələrinə buraxmayın. Mən evimə qayıdıb qəhvə içirəm. Ancaq sizin jurnalın səhifələrini vərəqləyəndə başqalarının aclığı, kasıblığı mənim evimə də daxil olur. Mən bütün bu şeyləri bilmək istəmirəm. Mən rahat yaşamaq istəyirəm".

Sahib Alıyev, millət vəkili:

- İnəyin öz südünün ən dadlı hissəsini balasına - buzova saxladığını mən hələ uşaqlıqdan eşitmişdim. Meyvələrin, məsələn gilasın dərildikdən bir neçə saat sonra yumşalmasının kökündə də "bala sevgisi"nın durduğunu Ağdaşda Aqrar Biznes Festivalında öyrəndim. Sən demə, meyvənin getdikcə xarab olmağa başlaması əslində onun öz qiymətli minerallarını tuma ötürməsi prosesi imiş. Yəni meyvə tumunu yaşatmaq, torpağa düşəndə cücərməsi şansını artırmaq üçün qiymətli minerallarını ona ötürərək özünü sürətlə "öldürməyə" çalışırmış. Ancaq aşağı temperaturda bu proses dayanır. Ona görə də meyvə dərildikdən sonra nə qədər tez soyuducu anbara daşınarsa, bir o qədər belə demək mümkünsə, "diri" qalır, yəni faydalı minerallarla zəngin olur.

Mərkəzi Aran iqtisadi rayonunun fermerləri bu festivalda məhz çağdaş standartlara tam cavab verən soyutma sistemlərindən tutmuş, qiymətləri elə bahalı olmasa da, onların son dərəcə işinə yarayacaq çeşidli kənd təsərrüfatı texnikalarıyla tanış oldular və dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya, güzəştli kredit haqda bilgi əldə etdilər.

Festivalın rəsmi açılış hissəsindəki çıxışımda da vurğuladığım kimi, maarifləndirmə ilə yanaşı, uğurlu təcrübələrin bölüşülməsi, fermerlərin məhsullarını bazarlara çıxarmaları üçün yeni imkanların yaradılması, burada innovasiyanın geniş tətbiqinin yolunun açılması,  bir sözlə, strateji əhəmiyyəti gələcəkdə indikindən qat-qat çox artacaq aqrar sektorun daha da inkişafı baxımından belə tədbirlərin keçirilməsi çox önəmlidir.

Məhsəti Musa, jurnalist:

- Dünən Ağcabədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   Hindarx qəsəbə 1 saylı tam, 3 saylı ümumorta məktəblərinin şagirdləri, psixoloqları, uşaq birliklərinin rəhbərləri ilə maarifləndirici görüş keçirildi. Qeyd edim ki, görüşlər  bütün məktəbləri əhatə edəcək. "Uşaq hüquqları və vəzifələri" mövzusunda keçirilən görüşlərdə erkən nigah, zərərli vərdişlər və bu kimi vacib məsələlərə də toxunulacaq. Məktəblərdə hüquqi söhbətlərlə yanaşı, psixoloq və  həkimlərimizin də iştirakı və açıq söhbətləri şagirdlərlə görüşlərin daha effektli olmasına imkan verir. Xatırladım ki, bundan əvvəl də məktəblərdə bu cür mütəmadi görüşlər keçirilirdi və bunun effektini hər birimiz aydın hiss edirdik. Bu günlərdə Ağcabədidə baş verən bir xoşagəlməz hadisəyə görə sosial şəbəkələrdə yazılanları oxuduqca dəhşətə gəlirdim. Bəziləri Ağcabədini elə təsvir edirdi ki, sanki bu rayon dünyadan təcrid olunmuş, qızları gözünü açan kimi ərə verilən, təhsildən tamamilə uzaq, nə bilim e, ibtidai icma quruluşunda yaşayan bir bölgədir. Xoşagəlməz hadisə hər yerdə olub, olur, olacaqdır da. Yəni bu, qaçılmazdır. Amma bununla bağlı heç bir tədbir görülmür? Bax bunu deyənlər çox səhv düşünür və danışır. Bəlkə də maarifləndirmə işində Ağcabədi qədər bu işə həssaslıqla yanaşan bölgə yoxdur. Neyləmək olar ki, səhvlər də olur. Növbəti maarifləndirmə işlərinə məhz Hindarx qəsəbəsindən başlanılması təsadüfi deyildi. Bu,  məhz o 13 ( bu heç nəyi dəyişməsə də, əslində 14 yaş) yaşlı qızın yaşadığı qəsəbədir. Biz orada məktəblilərlə görüşdük. Onlara müəyyən suallar ünvanlandı. O qızların demək olar ki, yarıdan çoxu ali təhsil almaq istəyir. Onlar öz hüquqlarını kifayət qədər bilir, öz fikirlərini sərbəst, rahat şəkildə çatdırır, əsaslandırır və bizə suallar da ünvanlayırdılar. Yəni hadisənin baş verdiyi bir qəsəbənin timsalında deyirəm ki, o qızla yanaşı, bu qızlar da var. Bu qədər yazmağımın da səbəbi budur ki, bir dağınıq ailədə baş vermiş bir hadisəyə görə bütöv bölgəni qaralamaq, ağzına gələni yazmaq da elə o hadisə qədər xoşagəlməzdir. Bəli, qınanılmalı idi, ictimailəşdirilməli idi, səbəbkarlar, günahkarlar cəzalanmalı idi. Problemin kökü araşdırılmalı, bu kimi bəlaların qarşısının alınması  üçün tədbirlər görülməli, tövsiyələr verilməli idi. Amma məhz bir məsələyə görə kifayət qədər gərəkli, dəyərli insanlar yetişdirən bir rayon o boyda səviyyəsiz sözlərə tuş gəlməməli idi.

Elçin Rüstəmli, jurnalist:

- Deməli, hərbi xuntanın idarə etdiyi Myanmada 7.7 bal gücündə zəlzələ olub, 28 milyon əhalinin yerləşdiyi bölgə xaraba qalıb. Minlərlə insan ölüb, itkin düşüb, yaralanıb, milyonlar köməksiz qalıb.

Hərbi xunta isə ölkəyə xaricdən göndərilən yardımları əngəlləyir, xilasedicilərə viza vermir və s. Üstəlik, çarəsiz qalmış, etiraz edən insanların üstünə ordu göndərir, həmin ərazilərə humanitar yardımların çatdırılmasına imkan vermir.

Bu arada ABŞ Myanmaya cəmi 2 milyon dollar yardım təklif edib.

Dövlət katibi Rubio deyib ki, biz dünya hökuməti filan deyilik, zəhmət çəksin, başqa zəngin ölkələr əlini daşın altına qoysun.

Hacıbəy Heydərli, jurnalist:

- Cənubi Azərbaycanımızın "Traktor" klubu tarixində ilk dəfə olaraq İran çempionu olmağa çox yaxındır. Sona 6 tur qalmış təbrizlilər ən yaxın rəqibindən 5 xal öndədir.

Bu gün "Traktor" Tehranın "İstiqlal" klubunu qəbul edib. Təbrizin Səhənd stadionunda keçirilən oyununa 120 min azarkeş gəlib, onların çoxu stadiona daxil ola bilməsələr də, qələbədən sonra küçələrdə "Yaşa, Azərbaycan" və "Azərbaycan var olsun" mahnılarını ifa ediblər.

Şahin Cəfərli, politoloq:

- Türk dünyasında nə baş verir?

Diqqət mərkəzindən kənarda qalan bir proses var: türk dövlətləri - Qazaxıstan, Özbəkistan və Türkmənistan bir-birinin ardınca Kipr (yunan) Respublikasına səfir təyin edərək onunla münasibətləri yeni səviyyəyə qaldırıblar. Bu ölkələr Kipri daha əvvəl tanısalar da, Türkiyə ilə münasibətlərə zərər verməmək üçün ora səfir təyin etməmişdilər.

İlk olaraq 2024-cü il dekabrın 19-da Özbəkistanın səfiri (həmçinin, İtaliyadakı səfir) Abat Fayzullayev öz etimadnaməsini Kipr prezidentinə təqdim edib. Daha sonra - 2025-ci il fevralın 24-də Qazaxıstan səfiri Nikolay Jumakanov, iki gün əvvəl, aprelin 2-də isə Türkmənistan səfiri (eyni zamanda İtaliyadakı səfir) Toylı Komekov etimadnamələrini prezident Nikos Xristodulidisə təqdim ediblər.  

Kipr Respublikası ilə əlaqələrin inkişafında Qazaxıstanın xüsusi fəallığı diqqəti cəlb edir.

Özbəkistan və Türkmənistan öz İtaliyadakı səfirlərini Kiprə akkreditə etdikləri halda, Qazaxıstan birbaşa Nikosiyada səfirlik açıb. Ötən ay - martın 6-da ilk dəfə olaraq Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Kiprə rəsmi səfər edib. M.Nurtleu və N.Xristodulidis arasındakı görüşdə 2026-cı ildə iki ölkə arasında birbaşa aviareyslərin açılması haqqında razılıq əldə olunub. Bundan öncə səfir Jumakanov isə Kipr prezidenti ilə görüşündə "Qazaxıstan Kipr Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" deyib. Bu o deməkdir ki, Qazaxıstan Kipr Respublikasının təkcə de-fakto nəzarət etdiyi ərazidə deyil, bütün ada üzərində (türklərin yaşadığı şimal hissəsi də daxil olmaqla) suverenliyini tanıdığını konkretləşdirir. Qazaxıstan səfiri ilə görüşdə N.Xristodulidis Türkiyəni işğalçılıqda ittiham edib.  

Xatırladaq ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti 2022-ci ildə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Lakin QKTC 1 il sonra təşkilatın Qazaxıstanda keçirilən yubiley (10-cu) zirvə görüşünə dəvət edilməyib.

Fərid Pərdəşünas, texnobloger:

- Bütün Dünya iqtisadi müharibəyə doğru irəliləyir. bunlar da ABŞ və Çinin mübarizəsi fonunda baş verəcək. İki bir-birindən asılı iqtisadiyyata sahib nəhəngin mübarizəsində uduzan onlar yox, ümumi dünya iqtisadiyyatı olacaq.

Tarmpın tarif qərarları tamamilə haqlı və əsaslıdır. Əgər dünya ölkələri onlara qarşı tarif tətbiq edirsə, niyə ABŞ belə bir şey etməsin?

Dünyanın texnologiya nəhəngi də, iqtisadi nəhəngi də maliyyə nəhəngi də ABŞ-dir. Çin hələ də onlar üçün ucuz işçi bazarından başqa bir şey deyil. Dünyada ABŞ-yə iqtisadi müharibə edə biləcək ikinci ölkə yoxdur.

Orxan Kərimov, Feysbuk istifadəçisi:

- Sizə bəd xəbərim var.

Ölkəmizdə nəzərdən qaçan, çox ciddi problem yaranıb. O da arıların kəskin şəkildə azalmasıdır. Mən rayonda yaşayıram, hər gün çiçəklənən ağacları görürəm. Və inanın bu il, çiçəklərin üzərində olan arılar keçən ilkinə nisbətən qat-qat azdır.

Arı ailəsi saxlayan, tanışlardan maraqlanıram, hamısı arıların kütləvi şəkildə tələf olmasından narahatdır.

Bu məsələ gündəm olmalıdır.

Arıçılıq, arılar Azərbaycan və ümumiyyətlə dünya üçün çox önəmlidir.

Arı yoxdusa, çiçəklərdə (meyvə- tərəvəz) tozlanma da yoxdur. Dolayısıyla, məhsul da yoxdur (Azdır).

Elə məhsullar var ki, (Alma, armud, çiyələk, pomidor, xiyar və s.) onların tozlanmasının 70-80 faizini arılar təşkil edir. Məhsul azdırsa, qiymət də bahadır.

Fikir verin, 11 iqlimdən 9-nun ölkəmizdə olduğu halda bazarda meyvə tərəvəz qiymətləri hər il qalxır. Bu, dünya bazarında da belədir.

Digər tərəfdən arıçılıq, kəndli fermerlər üçün çox böyük gəlir mənbəyidir. Onsuz da kiçik kəndlərdə, ələlxüsus dağlıq yerlərdə iş yerləri azdır. Bu sahədə işlər zəif olsa, o kütlə üçün daha çətin olar.

Arılar təkcə meyvə tərəvəzi yox, həm də digər yabanı bitkilərin də tozlandırır. Hansı ki, ekosistem, kiçik heyvanlar və təsərrüfat üçün o bitkilər də önəmlidir.

P.S. Əvvəlki illə müqayisədə ölkəmizdə arı ailələrinin sayı 8.4% və ya 54.8 min azalıb.

Sonda qeyd edim ki, Nisbilik nəzəriyyəsinin banisi olan Albert Eynşteyn uzun illər arılar üzərində ciddi araşdırmalar aparıb.

Onun gəldiyi nəticələrə əsasən,  əgər arılar kütləvi şəkildə Yer üzündən itərsə, ondan sonra insanlar cəmi 4 il yaşaya bilər. Çünki arıların məhvi tozlanmanın, bitki və insan nəslinin artmasının sonu deməkdir...

...Müqəddəs Quranın bal arısı mənasını verən "Ən-Nəhl" surəsindən bir hissə: "Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarında insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:19
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see131

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see125

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see120

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see120

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see115

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see113

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see112

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see112

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see111

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see111

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see111

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see111

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see111

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see111

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see111

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see110

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see108

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri