Icma.az
close
up
RU
Böyük yük gəmiləri balinaların həyatı üçün ciddi təhlükə yaradır FINS Initiative /AÇIQLAMA

Böyük yük gəmiləri balinaların həyatı üçün ciddi təhlükə yaradır FINS Initiative /AÇIQLAMA

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Bakıda keçiriləcək COP29 çərçivəsində, FINS Initiative (Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi) adı altında baş tutacaq xüsusi panel müzakirələr və sərgi proqramı, dünya sularının və sualtı ekosistemlərin qorunmasının vacibliyini vurğulamağı hədəfləyir.

Fotosərgi sualtı dünyaya və dünya sularında yaşayan canlıların əhəmiyyətinə həsr olunaraq, onların qorunmasının vacibliyini ön plana çıxarır.

Qeyd olunub ki, iqlim dəyişikliyi mövzusunu müzakirə edərkən, dünyanın 70%-ni əhatə edən suları və onların ekosistemini nəzərə almamaq mümkün deyil. Bu ekosistemin qorunması böyük əhəmiyyət daşıyır, çünki balans pozulduqda yaranan təhlükələr düşündüyümüzdən daha ciddi ola bilər:

“Təəssüf ki, dünyanın bir çox yerində dəniz canlılarına qarşı təhlükələr mövcuddur. Hər il dünyada 100 milyondan çox köpək balığı öldürülür, bəzi ölkələrdə isə delfin ovu qanunidir və hətta adət halını alıb. Misal üçün, Danimarka və İslandiyada delfin ovu qanunla qorunur. Norveçdə isə balina ovu qanuni olmaqla yanaşı, dövlət tərəfindən dəstəklənir və hər il bu ov kvotaları artırılır. Bu balina ətinin ev heyvanları üçün yemə çevrilməsi böyük narahatlıq doğurur.

Balinaların qorunması üçün yalnız ovu məhdudlaşdırmaq kifayət deyil. Hazırda bütün dünyada böyük yük daşıyan gəmilər də onların həyatı üçün ciddi təhlükə yaradır. Bu gəmilər tez-tez balinaları vurur və onların həyatı üçün risk yaradır.

Norveç hazırda öz dərin sularını yerli mədən şirkətlərinə açmağı müzakirə edir. Bu ərazinin ölçüsü Böyük Britaniya qədərdir və 800-dən çox beynəlxalq alim, bu fəaliyyətin sualtı ekosistemlərə zərər verəcəyini bildirərək, mədən işlərinin dayandırılması üçün petisiya imzalayıb.

FINS Initiative olaraq məqsədimiz, bu vacib məsələləri COP29-da müzakirəyə çıxarmaqdır. 11 gün ərzində yaşıl zonada qurulmuş pavilyonumuzda xarici ekspertlərlə panel müzakirələri, təqdimatlar və mövzuya aid çəkilmiş sənədli filmlərin nümayişini təşkil edəcəyik. Məqsədimiz, dünya okeanlarının, o cümlədən Xəzər dənizimizin problemlərini müzakirə edərək, COP29-a təklif etmək üçün birgə bəyanat hazırlamaqdır. Ümid edirik ki, bu müzakirələr nəticəsində yeni texnologiyalar və yanaşmalar vasitəsilə Xəzər dənizinin və dünya sularının qorunması üçün yeni yollar tapacağıq.

Xatırladaq ki, 20 il əvvəl Xəzərin sahillərində su itlərini görmək adi hal idi, amma bu gün bu nadir hadisəyə çevrilib. Bu, onların sayının azalmasını və Xəzər dənizindəki ekoloji təhlükəni göstərir. FINS Initiative olaraq, Xəzərimizi və dünya sularını qorumağa yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri