Icma.az
close
up
RU
BP yeni strategiya çərçivəsində neft və qaz hasilatına investisiyaları artıracaq

BP yeni strategiya çərçivəsində neft və qaz hasilatına investisiyaları artıracaq

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif - Eldar Kərimov - Banco.az

Britaniyanın "BP Plc" şirkəti yenilənmiş strategiyasını elan edib. Bu strategiya neft və qaz hasilatına investisiyaların artırılmasını, eyni zamanda aşağı karbonlu texnologiyalara investisiyalarda daha seçici yanaşmanı nəzərdə tutur.

Şirkət əvvəlki neft-qaz əməliyyatlarını azaltma planlarından imtina edərək hasilatı artırmağa söz verib.

"Bu, 'BP'nin səhmdar dəyərinin uzunmüddətli artımına fokuslanan yenidən yüklənməsidir," - deyə şirkətin baş direktoru Myürrey Okinçloss bildirib.

"BP" 2027-ci ilin sonuna qədər 20 milyard dollarlıq aktivlərini satmağı planlaşdırır, bu barədə investorlar üçün keçirilən tədbirdə yayımlanan mesajda qeyd olunub. Xüsusilə, şirkət "Castrol" sürtkü materialları istehsalı biznesinə strateji baxış keçirəcək. Daha əvvəl KİV-də bu bölmənin dəyərinin təxminən 10 milyard dollar ola biləcəyi barədə məlumatlar yayılmışdı.

"BP" neft və qaz istehsalına investisiyalarını 2027-ci ilə qədər ildə 10 milyard dollara çatdırmağı və 2030-cu ilə qədər hasilatı gündə 2,3-2,5 milyon barel neft ekvivalentinə (b.n.e./sut.) yüksəltməyi hədəfləyir. Əvvəlki strategiya 2019-cu ildəki 2,6 milyon b.n.e./sut. səviyyəsi ilə müqayisədə cari onilliyin sonuna qədər hasilatın 25% azalmasını nəzərdə tuturdu.

"BP" 2027-ci ilin sonuna qədər 10 böyük "upstream" layihəsini işə salmağı və 2030-cu ilə qədər əlavə 8-10 layihəni həyata keçirməyi vəd edir.

Şirkət yaxın üç ildə "downstream" layihələrinə 3 milyard dollar investisiya qoymağı planlaşdırır. Bununla yanaşı, aşağı karbonlu həllərə investisiyaları kəskin şəkildə azaldacaq - bu seqmentə illik investisiyalar 1,5-2 milyard dollar təşkil edəcək ki, bu da əvvəlki planlardan 5 milyard dollardan çox azdır.

"BP" 2027-ci ilin sonuna qədər 2023-cü il səviyyəsi ilə müqayisədə 4-5 milyard dollar xərc qənaəti əldə etməyi hədəfləyir. Xərclərin azaldılması tədbirlərinin bir hissəsi - təxminən 800 milyon dollar - 2024-cü ildə həyata keçirilib, mesajda qeyd olunub.

Bundan əlavə, "BP" 2027-ci ilin sonuna qədər borcunu 14-18 milyard dollara endirməyi planlaşdırır (2024-cü ilin sonunda 23 milyard dollar).

Şirkət əməliyyat mənfəətinin 30-40%-ni səhmdarların təşviqi üçün həm səhmlərin geri alışı, həm də dividend ödənişləri hesabına yönəltmək niyyətindədir. 2025-ci ilin birinci rübündə geri alış həcmi 0,75-1 milyard dollar təşkil edəcək ki, bu da əvvəlki illərin səviyyələrindən xeyli aşağıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Fevral 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri