Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat

BQXK: “neytral” maskalı, siyasi məzmunlu təşkilat

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı ofisinin fəaliyyətinə son verməsi ilə bağlı bəyanatı həm simvolik, həm də qanunauyğun hadisədir. Təşkilatın Ermənistandakı nümayəndəliyinin rəhbəri Dafne Mare bu qərarı "qalmaq üçün getmək" kimi təqdim etməyə çalışsa da, onun diplomatik nikbinliyinin arxasında açıq bir həqiqət dayanır - Azərbaycanın BQXK-yə olan etimadı tamamilə tükənib. Bu inamsızlığın səbəbləri son onilliklərlə məhdudlaşmır, kökləri çox daha dərinə gedir: təşkilatın illərlə formalaşmış qərəzli, ikili standartlı, ikiüzlü, saxta və siyasi məzmunlu fəaliyyət təcrübəsinə əsaslanır.

BQXK özünü "beynəlxalq" adlandırsa da, əslində, sırf İsveçrə QHT-sidir. 1863-cü ildə yaradıldığı gündən bu günə qədər təşkilatın bütün 16 prezidenti İsveçrə vətəndaşları olub. İdarəetmənin 90 faizdən çox əsas vəzifələri də məhz isveçrəlilərin əlindədir. Bu cür kadr monomillətçiliyi bərabər təmsilçilik və çoxtərəflilik prinsiplərinə tam ziddir. Əslində, biz "neytrallıq" bayrağı altında Bernin və onun müttəfiqlərinin xarici siyasət alətini görürük.

Məhz buna görədir ki, BQXK böhran nöqtələrində seçici mövqe tutur: bəzilərini dəstəkləyir, digərlərini isə görməzdən gəlir. Afrikadakı müharibələrə münasibəti yaddan çıxarmaq olmaz: 1990-cı illərdə Ruandadakı faciələri qeydə alsa da, Qərb dövlətlərinin rolunu qəsdən susqunluqla ötüşdürdü. 2003-cü ildə İraqa ABŞ müdaxiləsindən sonra isə BQXK minlərlə mülki şəxsin ölümünə dair rəqəmlərə malik olsa da, bu faktları geniş ictimaiyyətə təqdim etmədi.

Azərbaycanın BQXK ilə təcrübəsi acı dərslərlə doludur. 1990-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı təxminən 4000 azərbaycanlı erməni əsirliyinə düşdü. 1998 və 2001-ci illərdə BQXK-nin rəsmi məktublarında 54 azərbaycanlı hərbi əsirin mövcudluğu təsdiqlənsə də, vətənə yalnız 17 nəfərin nəşi qaytarıldı. Yüzlərlə insanın taleyi isə hələ də qaranlıq olaraq qalır. Azərbaycan dəfələrlə Qızıl Xaçdan araşdırmalara dəstək göstərməyi tələb etsə də, cavab ya sükut, ya da formal məktublardan ibarət oldu. Nəticədə on minlərlə ailə onillərlə ümid və bilinməzlik içində yaşamağa məhkum edildi.

Başqa bir nümunə Xankəndidəki ofisin fəaliyyətidir. Həmin ofis Bakının razılığı olmadan, birbaşa İrəvandakı nümayəndəliyə tabe şəkildə işləyirdi ki, bu da neytrallığın əsas prinsiplərinin kobud şəkildə pozulması demək idi. Əslində, BQXK işğal altında olan ərazilərdə Ermənistanın inzibati üstünlüyünü tanıyırdı. Bu isə sadəcə hüquqi anlaşılmazlıq deyil, açıq siyasi mövqe idi və Azərbaycanın inamını kökündən sarsıtdı.

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı BQXK bir daha öz əsl simasını göstərdi. Təşkilatın nümayəndələri Füzuli istiqamətində Azərbaycan ordusunun irəliləməsini ləngitmək üçün cəbhə xəttində "humanitar məsələlər" adı altında görüşlər təşkil edirdilər. Qubadlıda isə onlar Bakının Laçın dəhlizi ilə bağlı planlarını öyrənmək bəhanəsi ilə danışıqlarda israr edirdilər. Əslində isə humanitar missiya adı ilə BQXK əməkdaşları strateji məlumat toplayır, kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olurdular.

Bu fakt onların fəaliyyətinin əsasını şübhə altına qoyur. Çünki humanitar təşkilat münaqişənin tərəfinə çevrilə və ya hansısa tərəfin maraqlarına xidmət edə bilməz. Amma reallıqda məhz bu baş verirdi.

İndisə Dafne Mare iddia edir ki, BQXK "itkin düşənlərin probleminin həllinə kömək etməyə hazırdır". Amma rəqəmlər tam başqa mənzərəni göstərir.

Birinci Qarabağ müharibəsindən sonra 3890 nəfər vətəndaş itkin düşmüş hesab olunur. Onların arasında dinc sakinlər, qadınlar, qocalar, uşaqlar da var. Onlarla müraciət, yüzlərlə sənəd və şahid ifadələrinə baxmayaraq, BQXK heç vaxt real axtarış mexanizmini işə salmadı. Heç bir ciddi beynəlxalq kampaniya, heç bir genişmiqyaslı missiya təşkil olunmadı. Sadəcə sözlər və sonsuz vədlər.

Bu hərəkətsizlik xüsusilə də BQXK-nin Ermənistan istiqamətində aktiv fəaliyyət fonunda daha da qərəzli görünür. Ermənistanda təşkilat tibbi və sosial layihələr maliyyələşdirirdi, əsir ailələrinə yardım göstərirdi, beynəlxalq forumlar təşkil edirdi. Azərbaycanda isə fəaliyyət formal səfərlər və rəsmi hesabatlarla məhdudlaşırdı.

BQXK dəfələrlə beynəlxalq qalmaqalların mərkəzinə düşüb. 2016-cı ildə məlum oldu ki, Əfqanıstanda təşkilatın anbarlarının bir hissəsi üzərində nəzarət itirilib və onlar "Taliban"ın əlinə keçib. 2017-ci ildə Afrikada BQXK əməkdaşları humanitar yardımdan asılı qadınların seksual istismarı ilə günahlandırıldı. 2019-cu ildə isə təşkilatın rəhbərliyi özü etiraf etdi ki, ən azı 21 əməkdaş bu cür cinayətlərdə ifşa olunub.

Analitiklər daha bir məqama diqqət çəkirlər - BQXK-nin Qərb ölkələrinin kəşfiyyat strukturları ilə sıx əlaqəsinə. Soyuq müharibə illərində təşkilatın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə öz rabitə kanallarına çıxış verdiyi barədə ABŞ və İsveçrədə açıqlanan məxfi materiallar bunu təsdiq edir.

BQXK özünü dövlətlərin və fərdi donorların könüllü ianələri ilə maliyyələşən humanitar təşkilat kimi təqdim edir. Amma rəqəmlərə diqqətlə baxanda tam başqa mənzərə üzə çıxır. 2023-cü ildə təşkilatın ümumi büdcəsi 2,3 milyard dollardan çox olub. Bu vəsaitin 80 faizdən çoxu NATO və Aİ üzv dövlətlərindən daxil olub. Ən böyük donorlar: ABŞ (təxminən 500 milyon dollar), Almaniya (təxminən 450 milyon), İsveçrə (200 milyon civarında), Böyük Britaniya və Avropa Komissiyasıdır.

Bu maliyyələşmə strukturu təşkilatın "neytrallığını" birbaşa şübhə altına qoyur. ABŞ və Brüsselin siyasi iradəsindən asılı olan bir təşkilat necə qərəzsiz qala bilər? Cavab aydındır. Harada bu ölkələrin maraqları üst-üstə düşürsə, BQXK fəal olur, harada yoxdursa - göz yummağı üstün tutur. Məsələn, Liviyada 2011-ci ildən sonra Qızıl Xaç onlarla layihə, o cümlədən, tibbi proqramlar həyata keçirdi, amma NATO bombardmanlarının nəticələrini, minlərlə mülki şəxsin ölümünü demək olar ki, tamamilə görməzdən gəldi.

Ümumiyyətlə, Beynəlxalq Qızıl Xaç Komitəsi yaranan gündən ətrafında xüsusi imtiyazlılıq aurası daşıyır. 1863-cü ildə Cenevrədə yaradılan bu qurum əvvəlcə silahlı münaqişələrdə humanitar vasitəçi kimi nəzərdə tutulmuşdu. Amma bir yarım əsrdən çox vaxt ərzində təşkilat təkcə beynəlxalq humanitar hüququn simvoluna çevrilmədi, həm də idarəetmənin tamamilə bir ölkənin - İsveçrənin vətəndaşlarının əlində cəmləşdiyi qapalı klub formasını aldı.

Hüquqi baxımdan BQXK İsveçrə mülki hüququ əsasında fəaliyyət göstərən özəl assosiasiyadır. Lakin Cenevrə konvensiyaları və İsveçrə ilə imzaladığı xüsusi saziş sayəsində təşkilat beynəlxalq hüquqi subyektlik və hökumətlərarası qurumlarla müqayisə olunan immunitetlər əldə edib. 1993-cü ildə İsveçrə Federal Şurası BQXK-nin bu statusunu rəsmən təsbit etdi, 2020-ci ildə isə sazişi yeniləyərək Komitənin müstəqilliyini və imtiyazlarını bir daha təsdiqlədi.

BQXK 100-dən çox dövlətlə imtiyaz və immunitetlər barədə ikitərəfli razılaşmalar bağlayıb. Bu, təşkilata, demək olar ki, diplomatik missiya kimi fəaliyyət göstərməyə imkan verir, amma nə BMT, nə də milli parlamentlər tərəfindən ciddi nəzarətə tabe deyil.

BQXK-nin əsas idarəedici orqanı Assambleyadır. Onun tərkibində 15-dən 25-ə qədər üzv olur və hamısı yalnız İsveçrə vətəndaşlarıdır. Kooptasiya prinsipi (öz-özünü tamamlaması) o deməkdir ki, yeni üzvləri mövcud olanlar seçir. Beləliklə, orqan tam qapalı və özünütəmin edən mexanizmə çevrilib. BQXK-nin prezidenti və vitse-prezidenti eyni zamanda Assambleyanın rəhbərliyində də yer alır, həm siyasəti, həm də kadr məsələlərini tam nəzarətdə saxlayır.

Məhz bu fakt ən çox tənqid doğurur. Araşdırmaçılar qeyd edirlər ki, rəhbərliyin qapalı və monovətəndaşlı strukturu təşkilatı xarici təzyiqlərdən qorusa da, eyni zamanda onu "isveçrəli klub" obrazına salır. Bu isə humanitar fəaliyyətin çoxtərəfli təbiətinə ziddir.

BQXK BMT strukturlarına daxil deyil və onun kadr qaydalarına tabe olmur. 1990-cı ildən BMT Baş Assambleyasında müşahidəçi statusuna malikdir, amma UNICEF, ÜST və ya ÜDM kimi ixtisaslaşmış qurumların etdiyi kimi beynəlxalq kadr rotasiyasını həyata keçirməyə məcbur deyil.

Əslində, biz unikal fenomenlə üzləşirik: İsveçrənin özəl assosiasiyası qlobal səviyyədə fəaliyyət göstərmək və beynəlxalq immunitet əldə etmək imkanı qazanıb, amma digər millətlərin nümayəndələrinə qapalı olaraq qalır.

Bu gün BQXK dünyanın ən böyük humanitar təşkilatlarından biridir. 2024-cü ildə onun strukturlarında təxminən 18 min əməkdaş çalışırdı, 100-dən çox ölkədə 96 nümayəndəlik və missiya fəaliyyət göstərirdi. 2025-ci il üçün büdcəsi 2,17 milyard İsveçrə frankı təşkil edir. Əsas vəsait istiqamətlərisə Ukrayna, İsrail və işğal olunmuş ərazilər, Suriya, Yəmən, Əfqanıstandır.

Tənqidçilər bu idarəçilik modelini humanitar gündəliyin monopoliyalaşdırılması adlandırırlar. Çünki qlobal strategiya və resurs bölgüsü barədə qərarları dar bir çevrə - yalnız isveçrəlilər qəbul edir, bir-birlərini təyin edir və beynəlxalq institutlara hesabat vermirlər. Bu, BQXK-nin humanitar fəaliyyətinin İsveçrənin milli maraqları ilə sıx bağlı olduğu barədə şübhələri gücləndirir.

BQXK isə monovətəndaş prinsipini neytrallığı qorumaq zərurəti ilə izah edir. Onların məntiqinə görə, məhz başqa ölkələrin nümayəndələrinin olmaması təşkilatın siyasi təsirlərdən uzaq qalmasına və münaqişə zonalarında etimad qazanmasına zəmanət verir.

BQXK-nin tarixi uğurlu lobbiçilik, diplomatiya və hakimiyyətin bir əlin altında cəmlənməsi tarixidir. Təşkilat qlobal oyunçuya çevrildi, amma idarəçilik modeli dəyişmədi: "isveçrəli klub", öz-özünü tamamlayan, amma heç bir xarici nəzarətə tabe olmayan qapalı sistem olaraq qaldı. Bu hakimiyyət strukturundakı təhrif labüd şəkildə sual doğurur: bir qapalı çevrə, həqiqətənmi, humanitar hüququn ümumbəşəri prinsiplərini təmsil edə bilər?

Son onilliklərdə Qızıl Xaç strukturu - BQXK, Beynəlxalq Federasiya (IFRC) və milli cəmiyyətlər - korrupsiya, vəsaitlərin mənimsənilməsi və etik pozuntularla bağlı səs-küylü qalmaqallarda hallanıb. Bu hadisələr bütün sistemin nüfuzuna ağır zərbə vurub.

2018-ci ildə BQXK rəsmi şəkildə etiraf etdi: 21 əməkdaş ya işdən qovuldu, ya da istefaya məcbur edildi. Səbəb - təşkilatın humanitar yardım göstərdiyi ölkələrdə onların pulla cinsi xidmətlərdən istifadə etməsi idi. Pozuntular 2015-ci ildən etibarən müxtəlif regionlarda qeydə alınmışdı. Bu fakt beynəlxalq humanitar qurumdan cəmiyyətin gözlədiyi yüksək etik standartların darmadağın olmasına gətirib çıxardı.

2017-ci ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası elan etdi ki, Ebola epidemiyası ilə mübarizə zamanı (2014-2016) dələduzluq və korrupsiya səbəbindən təxminən 6 milyon dollar itirilib. Daha dəqiq olsaq, Syerra-Leonedə əməkdaşların bankla sövdələşməsi nəticəsində 2 milyon dollardan çox pul yoxa çıxıb. Qvineyada saxta hesablar üzərindən gömrük xidmətləri üçün 1 milyon frankdan artıq vəsait mənimsənilib. Liberiyada isə saxta siyahılar və şişirdilmiş qiymətlərlə təxminən 3 milyon dollar mənimsənilib.

Bu, Qızıl Xaçın humanitar əməliyyatları tarixində ən böyük korrupsiya qalmaqallarından biri oldu.

2010-cu ildə baş verən dağıdıcı zəlzələdən sonra Amerika Qızıl Xaçı təxminən 500 milyon dollar ianə topladı. Amma 2015-ci ildə ProPublica və NPR-in araşdırması şok həqiqətləri üzə çıxardı: toplanan bu nəhəng vəsaitlə təşkilat cəmi altı daimi ev inşa etmişdi. Qalan pullar inzibati xərclərə, məsləhətçilərə və daxili proqramlara sərf olunmuşdu. Bu qalmaqal səmərəsizliyin və vəsaitlərin məqsədsiz xərclənməsinin simvoluna çevrildi.

Bütün bu faktlar göstərir ki, Qızıl Xaç strukturlarında daxili nəzarət sistemi çox vaxt zəif olur, korrupsiya sxemləri və sui-istifadələr milyonlarla dolları, insan həyatını xilas etməyə yönəldilmiş vəsaitləri udub aparır, bəzi hallarda əməkdaşlar güclü dövlət və qanuni hakimiyyət olmayan ərazilərdə "özlərini sahib" kimi aparırlar və nəticədə ən çox zərər görənlər məhz bu sistemin yaradıldığı insanlar olur - köməyə və müdafiəyə ümid edən həssas təbəqələr.

Azərbaycan üçün BQXK ofisinin bağlanması tam məntiqli addımdır.

Birincisi, təşkilat azərbaycanlı əsirlərin və itkin düşənlərin taleyi məsələsində onilliklər boyu fəaliyyətsizliyə görə birbaşa məsuliyyət daşıyır.

İkincisi, 44 günlük müharibədəki müdaxiləsi göstərdi ki, "humanitar mandat" əslində siyasi məqsədlər üçün istifadə olunur.

Üçüncüsü, Vaşinqton bəyannaməsinin imzalanmasından və Bakı ilə İrəvan arasında birbaşa dialoqun başlamasından sonra xarici vasitəçilərə ehtiyac qalmadı. Artıq Azərbaycan və Ermənistan humanitar məsələləri birbaşa müzakirə edəcəklər. Özünü "qaçılmaz vasitəçi" kimi görməyə öyrəşmiş BQXK isə kənarda qaldı.

Dafne Marenin "BQXK-nin işi unudulmayacaq" sözləri həqiqətdir. Azərbaycanda həqiqətən də unutmayacaqlar - təşkilatın minlərlə ailənin ağrı-acısını illərlə görməzlikdən gəldiyini, neytrallıq pərdəsi altında siyasət oynadığını və hərbi əməliyyatlara müdaxilə etdiyini. Qızıl Xaç artıq Anri Dyunanın humanizm simvolu deyil, siyasi mərkəzlərdən asılı, qalmaqallara bulaşmış bürokratik bir qurumdur. Azərbaycanın bu təşkilatın qapısını bağlamaq qərarı humanitar dəyərlərdən imtina yox, ədalətin və müstəqilliyin bərpasına atılmış addımdır.

Elçin Alıoğlu
TREND

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Avqust 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri