Braziliya FİFA ya etiraz etdi
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya millisi DÇ-2026-da Şotlandiya ilə oyunda Vinisius Juniorun ləğv edilən qolu ilə bağlı FİFA-ya rəsmi etiraz göndərib.
QOL.az xəbər verir ki, Braziliya tərəfi qolun ləğvi turnirdə tətbiq olunan hakimlik meyarlarına uyğun olmadığını hesab edir.
Etirazın əsasını Argentina millisinin yarımmüdafiəçisi Aleksis Mak Allisterin Avstriya ilə oyunda cəzalandırılmayan qayda pozuntusu təşkil edir. Braziliya Futbol Konfederasiyası bildirir ki, həmin epizoddan sonra Lionel Messi ilk qolu vurub və hakimlər müdaxilə etməyiblər.
Braziliya Futbol Konfederasiyasının açıqlamasında deyilir:
"Şotlandiya ilə oyunda ləğv edilən qol, bu turnirdə qəbul olunmuş hakimlik fəlsəfəsinə uyğun gəlmir. Qərar təkcə Braziliya üçün deyil, Şotlandiya futbolçuları üçün də gözlənilməz oldu. Onların reaksiyası göstərirdi ki, nə epizodun VAR-da izlənəcəyini, nə də qolun ləğv ediləcəyini gözləyirdilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 İyun 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















